- 13.06.2024 12:43
Simonyan Seyran Ohanyanı tribunadan QOVDU – VİDEO
Ermənistan parlamentinin sədri Alen Simonyanla müxalif deputatlar, o cümlədən “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan arasında insident yaşanıb.
Proses.az APA-ya istinadən bildirir ki, müxalif deputatlar Simonyanı deputat avtomobillərinin parlamentə girişinə məhdudiyyət qoymaqda ittiham ediblər.
Seyran Ohanyan parlamenti tribunasına qalxaraq Alen Simonyanı “yalan danışmaqda” ittiham edib. Erməni spiker isə Ohanyanın özünün yalan danışdığını bildirib və onu parlamentin tribunasından qovub.