- 16.06.2024 16:51
Tanınmış jurnalist insult keçirdi: Vəziyyəti ağırdır
Tanınmış jurnalist Sərxan Kamal insult keçirib.
Oxu.Az bildirir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar.
O, hazırda Xətai Tibb Mərkəzinə yerləşdirilib, komatoz vəziyyətdədir.
Qeyd edək ki, Sərxan Kamal bir çox media qurumlarında çalışıb.