- 21.06.2024 22:13
Məhkum qadınlardan uşaqlara hədiyyə
“Cəza Çəkmiş Qadınlarının Cəmiyyətə Qayıdışı” İctimai Birliyi, “Güvən” Xeyriyyə Təşkilatı və “AL Market” mağazalar şəbəkəsinin birgə təşkilatçılığı ilə aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə aksiyası həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sosial məsuliyyət layihəsi çərçivəsində Qəbələdə yay düşərgəsində iştirak edən 40 şagirdə müxtəlif məktəb ləvazimatları və oyuncaqlar hədiyyə olunub.
Qeyd edək ki, hədiyyə bağlamaları məhkum qadınlar tərəfindən hazırlanıb.