• 27.06.2024 14:34

Taksilər azalacaq, qiymət kəskin BAHALAŞACAQ

Taksilər azalacaq, qiymət kəskin BAHALAŞACAQ

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar isə kifayət qədər ciddidir. Ona görə də bu vaxtadək fəaliyyət göstərən 45-50 min taksi sürücüsünün heç də hamısı yeni tələbləri qarşılaya bilməyəcək.

Belə vəziyyətdə, iyulun 1-dən sonra nə baş verəcək?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni qaydaların tətbiqinə bir neçə gün qalsa da, cəmi 7 min sürücü icazə vərəqəsi alıb:

“Bu da onu göstərir ki, icazə vərəqəsi alan sürücülərin sayı tələbatdan dəfələrlə aşağıdır. Burada məsələyə iki cür- statistik və praktik yanaşma var. Bizim mental xüsusiyyətimiz belədir ki, bütün məsələləri müddət bitməsinə bir neçə gün qalmış və hətta sonuncu gün həll edirik. Fikrimin təsdiqi üçün avtomobillərin texniki baxış və sığorta məsələsini xatırlatmaq istəyirəm. Çoxluq əsasən sonuncu gün hərəkətə keçir. Ona görə də iyunun son günlərində icazə vərəqəsi almaq istəyənlər daha çox olacaqlar.

İkinci yanaşma ondan ibarətdir ki, yeni tələblərə cavab verəcək avtomobillərin ortaya çıxarılmasıdır. Məlumdur ki, hazırda ölkənin avtomobil parkındakı maşınların ən azı 70 faizi 10 il və daha çox istismar olunan avtomobillərdir.

Ona görə də hesab etmirəm ki, bu gün Bakıda və ölkədə yeni tələblərə cavab verən onminlərlə avtomobil olsun. İndiki reallıqdan çıxış edib deyə bilərik ki, gələn həftə güclü taksi qıtlığı və kəskin qiymət artımı ilə rastlaşa bilərik. Çünki tələb təklifi üstələyəndə qiymət artımı qaçılmaz olur. Ona görə də biz iyulun 1-dən sonra fərqli mənzərənin şahidi ola bilərik”.

Fuad İbrahimov onu da əlavə edib ki, qiymət artımı yeni avtomobil sahiblərinin bu sahəyə marağını artıracaq:

“Bundan əlavə qiymət artımı ictimai marağı çoxaldacaq. Bununla belə heç kəs deyə bilməz ki, “Prius”lar iyulun birindən yoxa çıxacaqlar. Ola bilsin ki, həmin avtomobillər qanunsuz yolla fəaliyyətlərini davam etdirməyə çalışacaqlar. Bundan başqa bir çox ölkələrdə qanunsuz onlayn taksi xidmətləri var. Ehtimal ki, bu varianta da əl atılacaq. Yəni qısa zamanda bu qədər taksini bu və digər səbəbə görə dövriyyədən çıxarmaq asan olmayacaq”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…