• 28.06.2024 11:02

Natiq əsir düşəndə niyə idman paltarında idi? – Qardaşı

Natiq əsir düşəndə niyə idman paltarında idi? – Qardaşı

Proses.az Azərbaycan Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımovun axar.az-a müsahibəsini təqdim edir:

– Mümkünsə, Natiq Qasımovun uşaqlığından danışın: necə uşaq idi?

– Dəcəl uşaq olub, ancaq sözəbaxan idi. Hara göndərmişiksə, yarıdıb gəlib. Bütün qonşular istəklərini Natiqə deyir, Natiq də hamısının öhdəsindən gəlirdi.

– Daha çox nəyə maraq göstərirdi?

– İdmana marağı böyük idi. Şəhərdəki (Natiq Mingəçevirdə böyüyüb – red.) bütün idman növləri məşqlərinə gedib. O vaxt 9 may (Qələbə günü – red.) və 7 noyabr (Oktyabr inqilabı – red.) təmtəraqlı, bayram kimi keçirilirdi, paradlar olurdu. Həmin paradlarda böyük maşınların yük yerinə xalçalar sərirdilər. İdmançılar o xalçaların üzərində tribunada nümayişlər göstərirdilər. Hər paradda Natiq xalça üstündə hansısa bir idman növünü sərgiləyirdi.

– Məktəbdə necə, dərsləri ilə arası necə olub?

– Oxuyan şagird olmayıb, dərslərindən zəif idi. O, daha çox sənət sahibi olmağa maraqlı idi. Hələ orta məktəbdə oxuya-oxuya şəhərimizdəki ən böyük kinoteatrda – “Kosmos”da kinomexanik işləyirdi. O kinoteatrda 800-ə yaxın tamaşaçı filmə baxırdı. Balaca uşağa o boyda kinoteatrı həvalə eləmişdilər. Natiq də öhdəsindən gəlirdi.

– Dava-dalaşları çoxmu olurdu?

– Məktəbdə davası olmayıb. Natiq itkin düşəndən sonra həmin məktəbin direktoru – yaxın vaxtlarda rəhmətə gedib – həmişə onun adını nümunə kimi çəkirdi. Yəni oxuyan olmasa da, təlim-tərbiyədə nümunəvi şagird olub. Ancaq məhəllədə davaları olurdu.

Bu yerdə Natiqin uşaqlıq dostu, döyüş yoldaşı, 1-ci Qarabağ əlili Zaməddin Novruzov söhbətə müdaxilə edir:

– Uşaq idik. Novruz ərəfəsində məhəllədə tonqal yandırılmışdı. Tonqalın ətrafına böyüklü-kiçikli hamımız yığılmışdıq. Qardaşım ayağını tonqala yaxın qoyduğu üçün ayaqqabısının altı əridi və ocağın qızdırdığı dəmirə yapışdı. Qardaşım ayağını çəkmək istəyəndə artıq gec idi. Ayağı yanırdı. Ətrafda olan hamı qorxdu. Çünki ayaqdan başlayan yanğın genişlənərək, qardaşımı əhatə edirdi. Natiqin həmin an cəsarətli addımı indi də xatırlanır. O, kənara çəkilən digərlərindən fərqli olaraq özünü odun içinə atıb, zəif cüssəsi ilə qardaşımı çəkdi, dartdı, nəhayət qopararaq kənara atdı. Yəni hələ uşaqlıqdan cəsarətli idi, özünü təhlükəyə atıb, daha böyük faciənin qarşısını almağa meylli olub

Zaməddin Novruzov uşaqlıq dostu və döyüş yoldaşı haqda danışmağın onun üçün çətin olduğunu deyir. Nofəllə davam edirik:

– Əsgərliyini harada keçib?

– Rusiyada Krasnayardski vilayətində Daxili Qoşunlarda hərbi xidmətdə olub. Əsgərlikdə olduğu müddətdə komandirlərindən bizə 200-dən çox təşəkkürnamə gəlib. Bir dəfə atamla hərbi hissəyə onun yanına getmişdim. Hərbi hissədə onun komandiri atamla məni 3-4 gün qonaq saxladı ki, belə bir şərəfli oğul böyütmüsünüz.

– Hərbi xidmətdən kimə məktub göndərirdi?

– Hamımıza – hər birimizə məktub yazırdı, heç kimin könlünün sınmasını istəmirdi. O vaxtlar poçt qutusu var idi, qutuya məktub gələndə hərəyə bir məktub gəldiyini görürdük. Bacılarıma, mənə, anama, hətta yazıb-oxuması da olmayan qoca nənəm var idi, ona da yazırdı ki, inciməsin. “Nənəm necədir”, – deyə halını isə bizdən soruşurdu.

– Qarabağda hansı bölgələrdə döyüşüb?

– O, döyüşlərdə “Qarabağ şahinləri” dəstəsində olub. İndi Pirlər kəndi adlandırılan kənd, eləcə də Xanabad kəndi, Əsgəran, Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. Xüsusilə Ağdam və Xocalı ərazisində vuruşub.

– Son görüşünüz nə vaxt olub?

– Axrıncı dəfə 1992-ci ilin 27 fevralında görüşmüşük. Heç nə danışa da bilmədik. Gəldi, üst-başı tozun-torpağın içində, çox yorğun idi, ağzı üstə düşüb yatdı. O vaxt bütün əsgərlər qanqalın içində yatırdı. Hərbi geyimi belə yox idi. Müharibəyə də ayağında rezin çəkmə, əynində atamın idman geyimi ilə yollanmışdı. Əsir düşəndə fotosu çəkilib, həmin idman formasıdır. O idman geyimini mən Rusiyada yaşadığım vaxt atam yanıma qonaq gələndə ona hədiyyə kimi almışdım. Natiq birinci dəfə döyüşlərdən qayıdanda atamın idman geyimini istədi. Dedi, oralarda hava soyuqdur. Yanvar-fevral ayları idi. Qarabağ da dağlıq ərazi olduğu üçün qış ümumiyyətə sərt keçirdi. Az müddət sonra da əsir düşdü…

DİGƏR XƏBƏRLƏR

“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

Aktyor Taleh Yüzbəyov bir neçə gün əvvəl dünyasını dəyişən anası Xuraman xanımla bağlı paylaşım edib: Proses.az həmin paylaşımı təqdim edir:…
İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı – VİDEO

İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı –…

Bilgəh çimərliyində ata son anda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki oğlunu xilas edib. Hadisə ötən gün baş verib.  27…
Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz iyrənməsin sizdən”

Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz…

Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  Sənətçi sosial şəbəkə hesabında onu keçirdiyi plastik və estetik əməliyyatlarına görə…
Ziya Bünyadovun qatillərini həbsdən buraxmaq istədilər – XARİCİ KƏŞFİYYAT İFŞA EDİLDİ

Ziya Bünyadovun qatillərini həbsdən buraxmaq istədilər – XARİCİ KƏŞFİYYAT…

Xarici xüsusi xidmət orqanları akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Zeynalov Mahir Nurhüseyn oğlunun azadlığa…
“Real”ın yeni səfər formasının FOTOSU

“Real”ın yeni səfər formasının FOTOSU

“Real Madrid” 2024/2025 mövsümündə geyinəcəyi yeni səfər formasını təqdim edib. “Qafqazinfo” bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir. Yeni…
Jurnalist Mətbuat Günündə vəfat etdi

Jurnalist Mətbuat Günündə vəfat etdi

Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib. Proses.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. O, Milli Mətbuat Günündə dünyasını…
II Şuşa Qlobal Media Forumu başa çatıb

II Şuşa Qlobal Media Forumu başa çatıb

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb.…
“Qarabağ”ın mümkün rəqibləri bəlli olub – PÜŞK

“Qarabağ”ın mümkün rəqibləri bəlli olub – PÜŞK

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. İdman.biz xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra…
Bu il xarici ölkələrdən Azərbaycana 24 nəfər ekstradisiya edilib

Bu il xarici ölkələrdən Azərbaycana 24 nəfər ekstradisiya edilib

Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan…
Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Proses.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb. Bildirilib ki,…
Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə…
Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı bişirdiyi yeməklərlə ilə dünyada tanınan Əzizə xanımın Qusardakı məşhur evinə gedib. Aparıcı həyat yoldaşı Doğuş, əkizləri Arın…
“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlar “CBC Sport” telekanalında  yayımlanmayacaq. Proses.az xəbər verir ki, bu barədə…
“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42 yaş fərq var – FOTO

“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42…

İngiltərədə sevgilisi özündən 42 yaş böyük olan gənc qadın münasibətlərinin necə başladığını açıq etiraf edib. O bildirib ki, sifariş etdiyi kababın…
Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır – AÇIQLAMA

Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır – AÇIQLAMA

“Dezinformasiya, nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var”. Bunu “Report”a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin…