• 28.06.2024 23:07

Ağ kəpənəklər – Faiq Xudanlı yazır

Ağ kəpənəklər – Faiq Xudanlı yazır

Faiq XUDANLI

Fəlsəfə üzrə fəlsəfə doktoru

Üz-üzə, sakit dayanmışıq. Lal-dinməz izləyirik bir-birimizi. Nəsə danışmaq istəyirik. Danışmağa isə ehtiyac yoxdur. Hiss edirəm ki, məndən nəsə gözləyir, nəsə deməliyəm. Nə deyə bilərəm? Nə deməliyəm? Uzun sükutun içində bir gurultu qopardığını, özü ilə qarşısıalınmaz təlaş və həyəcan gətirdiyini hiss edirəm. Bilinməz bir boşluğun içinə düşürəm. Bu ahıl çağında da – açığı, ahıl deməyə dilim gəlmir – ata elə atadır. Nə qocadır, nə də ahıl. Yəqin başqa biri olsaydı, elə qoca, ahıl kişi deyərdi. Olsun, amma heç bir bəndə bu ahıl kişinin sakit üzünün cizgilərində film kimi əks olunan ötən illərin yaşantılarını mənim kimi görə bilməz. Alnının, üzünün, əllərinin qırışları və bu qırışların ahəngi daxili iztirabla mənəvi məmnunluğu birlikdə əks elətdirir, sanki. Olub keçənlər, keçməyənlər onun simasından mənəvi müstəvidə proyeksiya kimi mənim daxilimə ötürülür. Bu məqamda kiməsə çevrilir, bilinməyən bir dünyaya köç edir, bilmədiyimiz dildə danışırıq. Əslində, nə dil var, nə də danışmaq. Burada dil də, danışmaq da nələrisə ifadə etmək üçün yetərsizdir. Danışmasaq da, danışa bilməsək də, ünsiyyət qura bilirik. Sözsüz, səssiz-səmirsiz…

Real həyatda bu yazılanlar gülünc və qəribə görünə bilər. İnsan bu hissləri danışa bilmir, yazmaq isə elə də asan deyil. Hisslərin, duyğuların və fərqli bir dünyadan gələn nəsnələrin ifadəsi xüsusi sənətdir: incə sənətdir. İncəsənət adamlarının bizə qəribə görünən hərəkətlərinin kökündə elə bu yatır və onlar bu dünyada heç cür xoşbəxt ola bilmirlər. Hərdən, deyəsən, mən də belə bir dünyaya köç edir, bir müddət burada yaşayıram. Özlüyümdə bir çoxlarını anlamıram, anlaya bilmirəm və bilirəm ki, heç məni də anlamırlar. Düzü, anlaşılmağı ummuram da heç. Adam iki dünya arasındakı birini niyə və necə anlamalıdır ki?! Yaxşı ki, həmişə belə deyil. Razılaşmışam özümlə. Bəzən razılaşma pozulsa da, ümumən məni haçalayan tərəflər arasında ümumi prinsiplərə tam əməl olunur. Hardan gəlib, hara gedirəm?! Nədən yazmaq istəyirəm, nə yazıram?!

Bu rayonda doğulub, böyüyüb bu ahıl kişi. Sovet İttifaqını gəzib-dolaşsa da, yenə ünvanı bura olub. Dostu-qonşusu, səhvləri-düzləri, ailəsi-uşağı bu rayonla bağlıdır. Başqa şəhərləri-kəndləri, dağı-dərəni bu yerlərlə, insanları, dostları, pisi-yaxşını buranın insanı ilə müqayisə edib. Elə hamı kimi. Uşaqlıqdan mal-qara otarıb, daş daşıyıb, iki qardaş ataları ilə kənd-kənd gəzərək dülgərlik edib və sair. Bir sözlə, nə iş olsa, görüblər, zəhmətləri ilə cavanlıq da ediblər, dolanışıq da qurublar. Heç vaxt heç kimə möhtac olmayıblar. Əllərindən gələn köməkliyi digərlərindən əsirgəməyiblər. Qucaqlarında daş daşıyaraq şəhərin ən mənzərəli yerində gözəl bir ev tikiblər, bağ salıblar, bu dünyada özləri üçün kiçik bir cənnət qurublar. Mənə görə, zəhmətlə qurduğun ev, ailə – bütün çətinliklərə baxmayaraq – hər kəsin kiçik cənnətidir. Bax belə. Elə ki ailə, güzəran qurdular, oğul-qız sahibi oldular, evdə böyük-kiçik oldu, əsrin əvvələrində bu nəslə dəyən zərbə yenidən, ən sarsıdıcı şəkildə təkrar vuruldu.

Bir vaxtlar Şura hökuməti bu nəsli didərgin salmışdı, oğlu-qızı atadan-anadan ayrı qoparmış, Mərkəzi Asiyanın çöllərinə səpələmişdi. Elə həmin əsrin sonunda hər kadrı üzlərə iztirablı bir qırış saldığı filmin ikinci hissəsi çəkilirdi, deyəsən. Bu dəfə də ağbirçəyi, ağsaqqalı yollarda qaldı, sığınmağa yer aradı, ancaq kiməsə sığınmağı özlərinə ar bildi. Beləcə, 1993-cü ildən sonra çərxi-fələk tərsinə fırlandı. Ölənlər fərqli yerlərdə dəfn olundu, körpə olan uşaqlar yollarda böyüdü, qohum-qonşu pərən-pərən düşdü. Ölənindən, itənindən, böyüyənindən xəbərsiz qaldılar. Hərə başına bir çarə axtardı. Ev-eşik bir tərəfə, itirilən insanlar, dəyərlər onları hər gün biraz daha öldürdü. Hamı bilir bunları, hamı xəbərdardır olanlardan, amma hər kəs bunu öz içindən keçirə bilmir. Bu həmdərdlər bir-birini görəndə həsrətlərini ovutmaq üçün ağlayaraq həmin günlərin geri qayıdacağına inanır, arzu edir, xəyal qurardılar. Beləcə, həsrətin sonu gəlməyən ağrısı ilə dünyalarını dəyişənlər az olmadı. Qərib məkanlarda, yad qəbirlər arasında dəfn olundular, torpağa tapşırıldılar. Bircə bilmirəm, özgə qəbiristanlıqda yanlarına köçən doğmalarını onlar necə qarşılayıbılar. Bu dəfə yad qəbiristanlıqda qəbir qonşusu oldular. Niyə yazıram bunları, onsuz da bilirsiniz. Yəqin mətləbə keçmək üçün qeyd edirəm. Mətləbə keçmək isə uzanır yaman. Çətindir…

Qəfil səs məni ayıldır:

– Qalacaqsan?

– Yox qayıdıram, elə istədim, sizi görüm.

– Qal, kəndə gedək. Gör nə yerlərdir ee… Sabah tezdən gedərsən.

Bir az fikrə getdikdən sonra: “Yaxşı, mən hazır”, – deyirəm.

Şəhərdən, daha doğrusu, xaraba qalan şəhər yerindən çıxanda yolun kənarında evimizin yerini göstərərək dedi:

– İndi ora getmək olmur, hasara alıblar. İnşallah oralar hamısı park olacaq. Bax buranı görürsən, bura da göl olacaq. Çox gözəl şəhər tikiləcək buralarda. Əvvəlkindən daha yaxşı. Bircə kəndimizdən də yer versələr, özüm tikəcəm evi, gəl kef elə eee. Uşaqları da özüm gəzdirəcəm, qoy tanısınlar. Görəcəksən, burdan getmək istəməyəcəklər. Hələ bir buranın tutunu yesinlər, onda bax.

Kəndə çatırıq.

– Yadına gəlir, tez-tez kəndə gəlirdik?

– Yox, heç yadıma gəlmir, xatırlamıram.

– Necə yəni xatırlamıram?! Burdan qaçmağın, ordan yıxılmağın, dee bax o ağacın altında güləşirdiniz. Necə xatırlamaya bilərsən?!

– Unutmuşam, yəqin.

– Sən elə uşaq olanda da heç nə yadında qalmırdı. Kağıza yazıb verirdik ki, verəsən satıcıya. Amma qardaşın… (bu sözləri deyəndə məlahətli səsin içində qəribə əsəb də vardı).

İçimdə deyinirdim: axı burda xatırlanası heç nə qalmayıb, olsa-olsa ağaclar var da. Nə ev var, nə hasar, nə həmin o mağaza… Nəyə baxım xatırlayım ki?!

Kişi məndən xeyli uzaqlaşmışdı. Bir anın içində necə oldusa, ayağım yerdən üzüldü. Hava qanıma işlədikcə dəyişirdim. Quşların səsi nəfəs aldıqca damarlarıma axırdı. Bədənimdə axan qanı hiss edirdim. İlahi hiss burulğanının içində idim. Tanımadığım insanlar məni qucaqlayırdılar.

– Bax, o tut ağacını görürsən?

– Hə, görürəm

– Yadında saxla, onu mənim nənəm əkib. Üç tut ağacı əkmişdi, qalan təkcə odur.

Sevinirdim, içimə xoşbəxtlik dolmuşdu. Xeyli ağaca baxdım, gözlərimi hərlədim. Atam mənə tərəf gəlirdi, bu məqamda onu “Qladiator” filmindəki Maksimus kimi görürdüm. Əgər baxmamısınızsa, o filmə mütləq baxın. Deyəsən, öldürülən oğlunun qisasını alıb, filmdən fərqli olaraq, o dünyadan bu dünyaya gəlir. Uşaqtək ona doğru qaçmaq duyğusu ilə hərəkət edərkən, saysız ağ kəpənəklər hər tərəfi sarmağa başladı. Ağ kəpənəklər elə uçurdular, elə bil uşaq kimi tullanıb düşürlər. Çaya doğru kəpənək addımlarla kənddən çıxdıqca böyüyürdüm. Yol uzunu kişi gələcəklə bağlı arzularından danışır, nə etməli olduğumu izah edirdi.

Axşamüstü köhnə şəhərin xarabalıqları üzərində ucalan yeni şəhərdəki evimizə gəldik.

– Ata, burda darıxmırsınız bəs?

– Yox eee darıxmaq nədir, hamını tanıyıram. Köhnə qonşularımız burdadır, niyə darıxım ki?! Bütün rayonu onlarla birlikdə gəzirəm. O gün, bir kəndin girəcəyi var, orda yeddi şəhid vermişik, başa düşürsən, yeddi şəhid, hə, bax həmin yeri təmizlədik, səliqəyə saldıq. Elə oğullarımız gedib ki, adamın yaşamağı gəlmir. Çalışırıq, biz də onlara borcumuzu belə ödəyək, uşaqlar kəndləri səliqəyə salır, mən də hərdən kömək edirəm. Darıxmağa vaxt olmur. Bircə anan evdə qalır, o, hərdən deyinir ki, məni də apar. Mən də, kişilərdi yanımda, onu necə aparım axı.

Bu an anam səslənir:

– Hə, bala, məni ev dustağı edib, xəbərin yoxdu, elə bil təzə gəlinəm.

– Nə danışırsan hər gün tezdən Xanlar küçəsini gəzmirik? Göyərtini hardan yığmısan? Hələ sənə dedim ki, camaatın həyətinə girmə…

– Elə danışırsan, guya orda ev var, həyət var. Belədi də, atan özündən uydurur həmişə.

– Göyərtini evimizin yanındakı həyətdən yığmadın? Evin, həyətin yiyəsi yoxdu, yiyəsiz qalıb deyə caamatın haqqına girməliyik? Dünən halallığın aldım, şükür. Onsuz da düzələn deyilsən… Hə, keçən dəfə də anan şəhərin girəcəyindəki bulaqdan yıxıldı. O bulağı heç kim xatırlamırdı, getdim tapdım, ananı da aparmışdım. İndi həmin bulağın enişinə pilləkən də düzəltmişik ki, bir də heç kim yıxılmasın, camaat bulağa rahat gələ bilsin.

Təəccüblənirəm:

– Necə yəni, olmayan küçədə gəzirsiniz? Az qala oranı şumlayıblar axı.

– O sənə elə gəlir. Sən başa düşməzsən. Anan səni o küçə ilə bağçadan o qədər döyə-döyə gətirib. Uşaq bağçasından evə gəlmək istəmirdin. Hər bir daş, qalan ağac nəyisə xatırladır, bilə bilməzsən. Necə gözəl günlər idi. Qədrin bilməmişik, bala. Hərdən deyirəm ki, bütün bunlar olmalı idi. Çox haqsızlıq, ədalətsizlik olmuşdu o şəhərdə, vicdansızlıq baş alıb gedirdi. Bəziləri yolunu azmışdı, camaat təngə gəlmişdi. Bir Allah, o gözəgörünməz qüvvə hər şeyi görür və bilir. Olsun, bu da bizim cəzamız idi. Yəqin ki, şəhidlərimizin qanı ilə təmizləndik, paklandıq. İndi bu paklığı, təmizliyi qorumalıyıq. Haqqı-ədaləti qorumalıyıq, vicdansızlıq etməməliyik, bunu bacarmasaq, cəzamız daha ağır ola bilər. Unutma, haqq-ədalət olmayan yer mütləq bir gün xaraba qalır. Bu yerlər bir də xaraba qalmamalıdır.

Çalış haqsızlıq, vicdansızlıq eləmə. Ədalətsiz davranan, vicdansızlıq edən biri, bəlkə də nəsə qazanar, amma bir gün haqq öz yerini tapar, cəzası ağır olar. Etdiyin və sənə edilən yaxşılığın mükafatı olduğu kimi, etdiyin və sənə olunan haqsızlığın da cəzası var, unutma, bilməsən, görməsən də, var.

Bunları dedikdən sonra köks ötürüb susdu, daha dillənmədi. Elə mən də…

Aşağı düşdüm, zil qaranlıq düşənə kimi xaraba şəhəri gəzdim. Kiçicik ağcaqanadlar məni yesə də, danışmadan, bu həşəratlara etina etmədən addımladım.

Bu qədər.

Səhər yuxudan ayılanda ağlıma gələn ilk fikir “yoluma davam etməliyəm” oldu.

DİGƏR XƏBƏRLƏR

Əri tərəfindən döyülən qadının görüntüsünü paylaşdı

Əri tərəfindən döyülən qadının görüntüsünü paylaşdı

Aparıcı Lalə Azərtaş həyat yoldaşı tərəfindən döyülən qadının görüntülərini yayıb. Proses.az axşam.az-a istinadən bildirir ki, aparıcı üzü döyülməkdən şişən və…
“Yaxşı ki, Fazil kimi atam var, ərimdən 1 manat belə istəməmişəm” – VİDEO

“Yaxşı ki, Fazil kimi atam var, ərimdən 1 manat…

Müğənni Aysun İsmayılova şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. Milli.Az xəbər verir ki , o, “Rəngarəng” verilişində etirafı ilə diqqət…
Türkiyəli gənc müğənni vəfat etdi – FOTO

Türkiyəli gənc müğənni vəfat etdi – FOTO

Türk musiqisinin gənc müğənnilərindən olan solist Duyğu Kiraz dünyasını dəyişib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni epilepsiya xəstəliyindən əziyyət çəkirdi.…
Qəribə OLAY: Mühafizəçi “Mall”da dava etdiyi adamın ayağını DİŞLƏDİ – VİDEO

Qəribə OLAY: Mühafizəçi “Mall”da dava etdiyi adamın ayağını DİŞLƏDİ…

Türkiyədə yaşan hadisə görənləri təəccübləndirib. Ölkənin Bursa şəhərində yerləşən alış-veriş mərkəzlərindən birində mühafizəçinin dava etdiyi anların görüntüləri yayılıb. Olayı qəribə edən…
50 minlik saatına toxunmaq istəyən Zaura görün nə dedi… – VİDEO

50 minlik saatına toxunmaq istəyən Zaura görün nə dedi……

Azərbaycanlı müğənninin lüks saatı efirdə müzakirəyə səbəb olub. Milli.Az xəbər verir ki, “Azad Azərbaycan” televiziyasında yayımlanan “Rəngarəng” verilişində Samir Abbasovun qızıl…
“Survivor”un iştirakçısı həbs ediləcək – FOTO

“Survivor”un iştirakçısı həbs ediləcək – FOTO

Paytaxtda maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrindən birinin görüntüsü yayılıb. Milli.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol…
İlham Bayramova yüksək vəzifə verildi

İlham Bayramova yüksək vəzifə verildi

İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib. Proses.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət…
22 yaşlı nişanlı qızın meyiti tapıldı – Türkiyə bu cinayəti müzakirə edir

22 yaşlı nişanlı qızın meyiti tapıldı – Türkiyə bu…

22 yaşlı tibb bacısının ölümü şübhə doğurub. Milli.Az ntv-yə istinadla bildirir ki, Samsunda 22 yaşlı Kübra Güner yatdığı yerdə qəfil…
ABŞ-də yaşayan azərbaycanlı jurnalisti ölümlə hədələdilər

ABŞ-də yaşayan azərbaycanlı jurnalisti ölümlə hədələdilər

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanı ölümlə təhdid edirlər. Proses.az xəbər verir ki, bu barədə o özü məlumat verib. Həmin məlumatı…
Ermənistanın yeni Daxili İşlər Naziri qadın oldu – FOTO

Ermənistanın yeni Daxili İşlər Naziri qadın oldu – FOTO

Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutan Arpin Sarkisyan rəhbərlik edəcək. Milli.Az xəbər verir ki, bu barədə baş nazir…
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış

Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pallone…
“Kişilərin başında mikrofon sındırmışam” – “Niqulya xanım” ilə MÜSAHİBƏ

“Kişilərin başında mikrofon sındırmışam” – “Niqulya xanım” ilə MÜSAHİBƏ

Lent.az hamının “Tamara”, “Niqulya xanım” kimi tanıdığı məşhur müğənni Kəmalə Günəşlidən müsahibə alıb. Proses.az həmin müsahibəni təqdim edir: – Kəmalə xanım,…
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik

Aİ-92 benzini və dizellə bağlı dəyişiklik

Təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən enerji effektivliyi…
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”

“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi davam edir. “Qafqazinfo”nun…
Ərinin xəstəxanada tərk etdiyi Tünzalə Ağayevanın taleyi necə olacaq? (VİDEO)

Ərinin xəstəxanada tərk etdiyi Tünzalə Ağayevanın taleyi necə olacaq?…

Əri tərəfindən xəstəxanada tərk edilən qadın barəsində ARB TV-nin “Günə Son” verilişində ətraflı xəbər verilmişdi. Bildirilirdi ki, 24 həftəlik hamilə…