• 07.07.2024 20:46

Borrelin Türk dövlətləri ilə bağlı MƏKRLİ PLANI – Onu idarə edən “yeraltı dünya”nı narahat edən nədir?

Borrelin Türk dövlətləri ilə bağlı MƏKRLİ PLANI – Onu idarə edən “yeraltı dünya”nı narahat edən nədir?

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi.  Bu zirvə görüşü xüsusi əhəmiyyətə malik bir görüş idi. Çünki ilk dəfə idi ki, azad olunmuş ərazilərdə türk dövlətlərinin rəhbərləri belə geniş formatda beynəlxalq tədbirə toplaşırdı. Ona görə də bu görüşə maraq kifayət qədər geniş idi. 

Bu gün TDT artıq regionun yeni güc mərkəzinə çevrilməkdədir, xüsusi vurğulamaq lazımdır ki, türk dövlətlərinin sərhədləri Çindən başlayaraq bütün Mərkəzi Asiya, Cənubi Qafqaz Anadolu və nəhayət Avropanın sərhədlərinə qədər uzanır. Bu isə öz növbəsində çox geniş ərazilər deməkdir. Alparslandan başlayan, Osmanın ideyasıyla  möhkəmlənən böyük Turan  yenidən dünya tarixini lərzəyə salmağa başlayıb. Türk yenidən atlanıb. Avropa ötən minilliklərdəki kimi ya türkün gücünü öz istəyi ilə qəbul etməlidir, ya da gec-tez qəbul etməyə məcbur olacaq. Bu gün türk dövlətlərinin zəngin təbii sərvətləri, sürətlə artan zəngin insan kapitalı və yüksək hərbi potensialı da TDT-nın qlobal əhəmiyyətini artıran amillərdəndir. Bu o deməkdir ki güclənən TDT regionda böyük iqtisadi layihələrdə əsas söz sahibidir. Həmçinin yeni qlobal layihələrə imza atmaq astanasındadır.

Şuşada keçirilən zirvə görüşündə Macarıstanın Baş naziri Viktor Orban da iştirak etdi. Qeyd edək ki, hal-hazırda Macarıstan Avropa İttifaqına  rəhbərlik edir. Macarıstanın baş naziri də ittifaqın faktiki prezidentidir.

Lakin Macarstanın bu mövqeyi yumşaq desək Aİ-də TDT-nın güclənməsini istəməyən bir çox xəbislərin, səlibçilərin və kolonistlərin xoşuna gəlmədi. Həmin səlibçilərdən biri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borreldir. Borrel Macarıstanın Baş naziri, ittifaqın hazırkı prezidenti Viktor Orbanı hədəfə alaraq onun “Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısı”nda iştirakı ilə bağlı açıqlama verdi. Orbanın bu zirvəyə birliyin nümayəndəsi kimi qatılmadığını bildirdi. Orbanın bu görüşdə Macarıstan ilə TDT arasında ikitərəfli əlaqələr çərçivəsində iştirak etdiyini bildirdi. Hətta biraz da irəli gedərək sərsəmlədi, Şimali Kipr Türk Cümhuriyyətinin TDT-də müşahidəçi statusunu almasını müstəqilliyin tanınması istiqamətində cəhd olduğunu və Aİ-nın bunu tanımadığını dilə gətirdi. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, bu fikirlər Josep Borrellin öz fikirləri yox, onu idarə edən bu cür  şovinist fikirlər hazırlamaqda mahir olan Avropa İttifaqının xarici əlaqələr departamentində çalışan bəzi şəxslərin fikirləridir. Ümumiyyətlə, Borrell hər zaman Ermənistanın mövqeyini dəstəkləyən, Azərbaycanın Qarabağ zəfərini həzm edə bilməyən şəxs kimi tanınır. Son zamanlar isə o, sanki açarla burulub buraxılan və ortada rəqs edən gəlincik kuklalara bənzəyir. Sanki məlum bir xətt var və Borrell o xətt üzrə rəqs edir. Bu rəqs üçün musiqi çalan, açarı idarə edən də həmin müstəmləkə təfəkkürlü şəxslərdir. Avropa İttifaqındakı həmin şəxslər hələ də türk dövlətlərinin böyük gücə çevrildiyini həzm edə bilmirlər. Hələ də türk dövlətlərini zəif, asanlıqla işğal edilməsi mümkün olan, müstəmləkəyə çevrilməyi asan olan bir bölgə hesab edir. Təssüf ki, həmin şəxslər TDT-nın iqtisadi və hərbi gücünün durmadan artdığını görmək istəmirlər. TDT-nın ən əsas üzvlərindən olan Azərbaycan ordusunun 44-gün ərzində əksər Avropa dövlətlərinin dəstəklədiyi Ermənistan ordusunu necə məhv etdiyini gözardına alır.

Aİ-də fəaliyyət göstərən həmin şovinistlər Yunanıstanın və Yunan Kiprinin maraqları naminə Şimali Kipr Türk Cümhuriyyətinin inkişafını əngəlləməyə çalışır. Bu gün TDT-nın güclənməyi Aİ-nin bölgəyə təsir gücünün zəifləməsi deməkdir. Artıq Türk dövlətləri Çin ilə Avropa arasında ən mühüm nəqliyyat marşrutlarında əsas söz sahibləridir. Avropa istəsə də istəməsə də TDT dünyanın yeni geosiyasi güc mərkəzidir. Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi “Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.  Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir”

Nəhayət bütün bunlar  bir daha onu göstərir ki, həmin koloniya təfəkkürlü  şəxslər istəsə də istəməsə də Türk Dövlətləri Təşkilatı artıq öz tarixi türk gücünü, əzəmətini bərpa edib və durmadan da güclənməkdə davam edir.

Rəhman Bayramov, 

Proses.az xəbər saytının baş redaktoru

DİGƏR XƏBƏRLƏR

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Proses.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb. Bildirilib ki,…
Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə…
Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı bişirdiyi yeməklərlə ilə dünyada tanınan Əzizə xanımın Qusardakı məşhur evinə gedib. Aparıcı həyat yoldaşı Doğuş, əkizləri Arın…
“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlar “CBC Sport” telekanalında  yayımlanmayacaq. Proses.az xəbər verir ki, bu barədə…
“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42 yaş fərq var – FOTO

“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42…

İngiltərədə sevgilisi özündən 42 yaş böyük olan gənc qadın münasibətlərinin necə başladığını açıq etiraf edib. O bildirib ki, sifariş etdiyi kababın…
Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır – AÇIQLAMA

Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır – AÇIQLAMA

“Dezinformasiya, nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var”. Bunu “Report”a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin…
Ronaldo ailəsi ilə istirahətdə – Foto

Ronaldo ailəsi ilə istirahətdə – Foto

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo istirahətini ailəsi ilə keçirir. “Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı sosial…
“Çılpaq gecə” təşkilatçısının ölkədən çıxışına QADAĞA qoyuldu

“Çılpaq gecə” təşkilatçısının ölkədən çıxışına QADAĞA qoyuldu

Rusiyalı bloger və aparıcı Anastasiya İvleyevaya Federal Vergi Xidmətinə borclarına görə ölkəni tərk etmək qadağan edilib. Oxu.az xəbər verir ki, hazırda…
Prezident onun adından yayılan saxta elanlardan danışdı

Prezident onun adından yayılan saxta elanlardan danışdı

“Vaxtaşırı rəsmi məlumatlar, Azərbaycanın səlahiyyətli qurumlarının rəsmi məlumatları onu göstərir ki, mənim adımdan fərqli biznes layihələrinin elan olunması haqqında məlumatlar…
“Bildirirdilər ki, guya işğala məruz qalan onlardır” – Prezidentin köməkçisi

“Bildirirdilər ki, guya işğala məruz qalan onlardır” – Prezidentin…

“Dezinformasiya yeni fenomen deyil. İnformasiya çox güclü vasitədir. Lakin onun necə istifadə edildiyi böyük sual altındadır. Ən təhlükəlisi isə odur…
Aysel Şükür üçüncü dəfə ərə getdi – FOTO

Aysel Şükür üçüncü dəfə ərə getdi – FOTO

İnfluenser Aysel Şükür üçüncü dəfə ailə qurub. Milli.Az xəbər verir ki, Aysel Şükürün Kappadokiyada nikahı olub. Aysel nikahından görüntüləri sosial…
Aygün Kazımova səhnə stili ilə diqqət çəkdi – FOTO

Aygün Kazımova səhnə stili ilə diqqət çəkdi – FOTO

Xalq artisti Aygün Kazımova dənizkənarı məkanların birində səhnəyə çıxıb.​ Proses.az olay.az-a istinadən xəbər verir ki, gecədə pop ulduz hit mahnılarını…
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

Türkiyəli məşhur aktyor Şener Kökkaya 82 yaşında dünyasını dəyişib. Proses.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Cümhuriyyəti Mədəniyyət…
Elçin Sanqu toyda ləzginka oynadı – VİDEO

Elçin Sanqu toyda ləzginka oynadı – VİDEO

Türkiyəli aktrisa Elçin Sanqu rəqsi ilə diqqət çəkib. Proses.az axşam.az-a istinadən bildirir ki, aktrisa əmisi oğlunun toyunda ləzginka oynayıb. Həmin…
45 yaşlı Nahid faciəvi şəkildə öldü

45 yaşlı Nahid faciəvi şəkildə öldü

Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Abdulov Nahid Qurban oğlu…