• 08.07.2024 16:24

“Məni qatı cinayətkar kimi həbs etdilər” – Polkovnik-leytenant

“Məni qatı cinayətkar kimi həbs etdilər” – Polkovnik-leytenant

2022-ci ilin avqustunda DSX-nin hərbi hospitalında əsgər Mirkamal Cabbarovun xəstəlikdən vəfat etməsi ilə əlaqədar məsuliyyətə cəlb edilən tibb xidməti polkovnik-leytenantı Eldar Məmmədov barəsində seçilmiş qətimkan tədbirindən şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən E.Məmmədov bildirib ki, Bakı Hərbi Məhkəməsinin 15.03.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma-ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona 1 il tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verib. Həmin tarixdə E.Məmmədov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də dəyişdirilib və o, məhkəmə zalındaca həbs edilib.

Şikayətçi zabit bildirib ki, o, istintaqdan heç vaxt yayınmayıb, həmçinin təqsirləndirildiyi maddə üzrə əməlin xarakterinə uyğun olmayan formada həbs edilib: “Cinayət Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, həbs qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində yalnız cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq halları mövcud olduqda seçilə bilər. Lakin mən birinci instansiya məhkəməsində bütün iclaslarda iştirak etmişəm, məhkəmədən gizlənməmişəm, eyni zamanda cinayət işinin materiallarının saxtalaşdırılması ilə istintaqın gedişinə mane olmaq və cəmiyyət üçün təhlükəli olaraq qalma halı da olmayıb. Dövlət Sərhəd Xidmətində uzun illər qüsursuz xidmət göstərmişəm, 2020-ci ildə Vətən müharibəsi dövründə yüzlərlə hərbi qulluqçunun həyatını xilas etmişəm, bununla bağlı bir cox təltiflər və medallar almışam. Habelə törətdiyim iddia edildiyi cinayət ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Bununla bağlı hətta Avropa Məhkəməsinin təcrübəsinə də nəzər salsaq görərik ki, şəxsə qarşı hətta ağır cinayətə dair ittiham irəli sürülməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinin müstəqil əsası deyil”.

E.Məmmədov əlavə edib ki, birinci instansiya məhkəməsi onun barəsində ən ağır cəzanı təyin edərkən bir sıra vəsatətləri təmin etməyib, ekspertiza rəylərini işə daxil etməyib: “Əksər hallarda bu kimi hökmlər çıxarılarkən azadlıqdan məhrum edilmiş şəxs məntəqə tipli müəssisəyə göndərilir. Uzun illər tibb sahəsində qüsursuz xidmət etsəm də, məni qatı cinayətkar kimi məhkəmə zalında həbs etdilər və barəmdəki qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya instansiyasına müraciət etsəm də, mənə rədd cavabı verildi. Bu, Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş bir zabitə qarşı, ən yumşaq dildə desək, hörmətsizlikdir”.

Polkovnik-leytenantın sözlərinə görə, xidmətdə olduğu müddətdə əsgər M.Cabbarova bir neçə dəfə zəruri tibbi yardım göstərilməsi ilə bağlı göstəriş verib. Həmçinin həmin vaxt DSX-nin qəzaya düşmüş çavuşuna tibbi yardım göstərilməsi ilə bağlı işlərə də böyük vaxt sərf edib: “Mərhum Cabbarovu müalicə edərkən bütün hərəkətləri dəqiq və ardıcıllıqla qeyd etmişəm, ekspert olmadığımdan bu hərəkətlərin tibbi prosedurlara tam uyğun olub-olmadığı barədə bir söz deyə bilmərəm. Ona tibb məntəqəsinin bütün imkanları daxilində və vicdanla tibbi yardım göstərilib. Əgər əsgərdə hansısa ciddi patalogiya hiss etsəydim, dərhal həmin gün müvafiq tədbirlər görülərdi. Bütün müayinə tədbirlərini yerinə yetirdikdən sonra onda pnevmoniya xəstəliyinə xarakterik olan hansısa digər patalogiya aşkar etməmişdim”.

Məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsindən sorğumuza belə cavab verilib: “Bakı Hərbi Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə Məmmədov Eldar Vaqif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (Həmin maddənin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub).

Hökmün icrasını dərhal təmin etmək məqsədilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilib.

Müdafiəçinin şikayəti əsasında iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır”.

DİGƏR XƏBƏRLƏR

“18 minlik kostyumumun üstünə 4 bakal pivə tökdü” – VİDEO

“18 minlik kostyumumun üstünə 4 bakal pivə tökdü” –…

Xalq artisti Bilal Əliyevin sosial şəbəkələrdə yayılmış videosu müzakirə yaradıb. “Qafqazinfo” xəbər verir ki, sözügedən videoda Xalq artistinin stolun üstündən…
“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

Aktyor Taleh Yüzbəyov bir neçə gün əvvəl dünyasını dəyişən anası Xuraman xanımla bağlı paylaşım edib: Proses.az həmin paylaşımı təqdim edir:…
İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı – VİDEO

İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı –…

Bilgəh çimərliyində ata son anda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki oğlunu xilas edib. Hadisə ötən gün baş verib.  27…
Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz iyrənməsin sizdən”

Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz…

Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  Sənətçi sosial şəbəkə hesabında onu keçirdiyi plastik və estetik əməliyyatlarına görə…
Ziya Bünyadovun qatillərini həbsdən buraxmaq istədilər – XARİCİ KƏŞFİYYAT İFŞA EDİLDİ

Ziya Bünyadovun qatillərini həbsdən buraxmaq istədilər – XARİCİ KƏŞFİYYAT…

Xarici xüsusi xidmət orqanları akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Zeynalov Mahir Nurhüseyn oğlunun azadlığa…
“Real”ın yeni səfər formasının FOTOSU

“Real”ın yeni səfər formasının FOTOSU

“Real Madrid” 2024/2025 mövsümündə geyinəcəyi yeni səfər formasını təqdim edib. “Qafqazinfo” bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir. Yeni…
Jurnalist Mətbuat Günündə vəfat etdi

Jurnalist Mətbuat Günündə vəfat etdi

Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib. Proses.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. O, Milli Mətbuat Günündə dünyasını…
II Şuşa Qlobal Media Forumu başa çatıb

II Şuşa Qlobal Media Forumu başa çatıb

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb.…
“Qarabağ”ın mümkün rəqibləri bəlli olub – PÜŞK

“Qarabağ”ın mümkün rəqibləri bəlli olub – PÜŞK

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. İdman.biz xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra…
Bu il xarici ölkələrdən Azərbaycana 24 nəfər ekstradisiya edilib

Bu il xarici ölkələrdən Azərbaycana 24 nəfər ekstradisiya edilib

Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan…
Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Proses.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb. Bildirilib ki,…
Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə…
Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı bişirdiyi yeməklərlə ilə dünyada tanınan Əzizə xanımın Qusardakı məşhur evinə gedib. Aparıcı həyat yoldaşı Doğuş, əkizləri Arın…
“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlar “CBC Sport” telekanalında  yayımlanmayacaq. Proses.az xəbər verir ki, bu barədə…
“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42 yaş fərq var – FOTO

“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42…

İngiltərədə sevgilisi özündən 42 yaş böyük olan gənc qadın münasibətlərinin necə başladığını açıq etiraf edib. O bildirib ki, sifariş etdiyi kababın…