• 09.07.2024 13:41

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” – VİDEO

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” – VİDEO

“Boşanmaya qərar verilibsə, demək ki, arxasında ciddi səbəblər var. Qadınlarda ayrılıq qərarı “küsdüm, getdim” kimi olmur. Ayrılıq qərarını qarşı tərəf vermişdi. İndi düşünəndə deyirəm ki, nə yaxşı ki, bunu etmişəm. Mən çox çalışdım ki, ailəmi qoruyum. Amma demək ki, ciddi səbəblərim var idi. Mən bu ayrılığa görə ona çox minnətdaram. Çox sağ olsun ki, çox doğru qərar verdi”.

Proses.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “Həftənin qonağı” verilişində danışıb.

Sənətçi bildirib ki, o, hamilə ikən kecmiş həyat yoldaşı İlham Qafarov xəbərsiz onu boşayıb:

“O dövrdə ailəmin dağılması mənim üçün zərbə idi. Böyük zərbə idi, çünki bətnimdə övladım vardı. Mən bu həyatda iki ömür sürmüş insanam. Hamilə ola-ola o mənə demədi ki, ayrılaq. Elə birbaşa xəbərsiz məhkəmədən boşanma ilə bağlı sənəd gəldi. O vaxt mən qərar vermişdim ki, övladımı dünyaya gətirəcəyəm. Çünki bu övlad Allahın verdiyi paydır.

Mən o zaman məhkəməni saxlatdırdım. Dildə mənə söyləmişdi ki, ayrılaq. İnsanıq da, fikirləşirik ki, dildə deyib də… Bəlkə bunu əsəbiləşib deyib. Amma bu qərara görə ona çox minnətdaram. Hələ mən fikirləşdim ki, bu qərara görə gecikmişəm. Kaş ki, daha əvvəl ayıq olub bu qərarı daha tez verərdim. İndi gülə-gülə danışım, amma nələrdən keçmədik ki…

Hərdən fikirləşirəm ki, bu mərhələlərdən mən necə keçdim. Mənə kömək olan əlbəttə ki, sənətim oldu. Ən son ana kimi də işlədim və maddi cəhətdən heç kimdən  asılı olmadım. Sənət qoymadı kiminsə qapısında boynu bükük durmağa. Amma mənəvi cəhətdən çox çətin idi. Dünyaya övlad gətirirsən və bilirsən ki, onun atası ilə bir daha bir yerdə olmayacaqsan.

Çox çətindir… Nə yaxşı ki, iki qızım var. Onları mənə verənə qurban olum. Dünyaya gələcək körpəni mən necə bətnimdə parça-parça edib, götüzdürüm? Buna heç dilim gəlmir deməyə…”.

Lalə boşanmasının səbəbini ərinin ikinci övladı istəməməsi ilə əlaqələndirib:

“Atası heç o uşağı istəmirdi. Əslində əsas səbəblərdən də biri bu idi. O ikinci övladı istəmirdi. Birinci övlad da onun istəyib-istəməyini hiss eləmədim. Amma ikinci övladda konkret şərt qoydu. Heç bir şeyə görə peşman deyiləm. O, mənim həyatımdır və mən bunu yaşamalı idim. Hərə həyatda bir cür sınaqlardan keçir. Mən də burada sınaqdan keçdim. Yəqin ikinci övlad onun həyat fəlsəfəsinə görə uyğun deyilmiş”.

Məmmədova bir zamanlar keçmiş əri İ.Qafarovun “Lalə uşaqlarımla görüşməyə icazə vermir” fikirlərini cəfəngiyyat adlandırıb:

“Qızlarım ataları ilə görüşmürlər. Mən tərəfdən heç bir problem yoxdur. Sadəcə ataları və qızlarım özləri istəmirlər görüşmək. Onun çıxıb deməsi ki, “Lalə imkan vermir ki, qızlarımla görüşüm” hamısı cəfəngiyat idi”.

Qeyd edək ki, Lalə Məmmədovanın ilk evliliyindən Çinarə və Nərgiz adlı iki qız övladı var.

DİGƏR XƏBƏRLƏR

Blogerlərin muğam müsabiqəsinə getməsi müzakirə yaratdı – VİDEO

Blogerlərin muğam müsabiqəsinə getməsi müzakirə yaratdı – VİDEO

IX “Muğam” Televiziya Müsabiqəsinə bir sıra blogerlərin getməsi müzakirə yaradıb. Layihənin münsifləri, Xalq artistləri Mənsum İbrahimov və Mələkxanım Eyubova bu…
Tehranın mərkəzində GÜCLÜ PARTLAYIŞ – Pezeşkiandan SƏRT XƏBƏRDARLIQ

Tehranın mərkəzində GÜCLÜ PARTLAYIŞ – Pezeşkiandan SƏRT XƏBƏRDARLIQ

Əgər İsrail İrana hücumlarını davam etdirərsə, Tehran daha dağıdıcı zərbələrlə cavab verəcək. Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian bildirib.…
Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

Trampdan İrana SƏRT XƏBƏRDARLIQ – “Bütün hərbi gücümüzlə…”

“Əgər İran Birləşmiş Ştatlara hücum edərsə, Amerikanın silahlı qüvvələrinin bütün gücü onun üzərinə çökəcək”. “Ölkə.az” xəbər verir ki, bunu ABŞ…
İntizam Məmmədov həbs olundu

İntizam Məmmədov həbs olundu

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs…
“3-cü arvadıyam, heç cür boşana bilmirəm”

“3-cü arvadıyam, heç cür boşana bilmirəm”

Aktrisa Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə boşanma prosesinin uzanmasından şikayətlənib. Aktrisa bu haqda “Elgizlə izlə” verilişində danışıb. O bildirib…
Gənc qadının kənd istirahəti kabusa çevrildi – Kürəyində görün nə tapdılar

Gənc qadının kənd istirahəti kabusa çevrildi – Kürəyində görün…

Türkiyənin Eskişehir şəhərində bayram tətilində kəndə istirahətə gedən qadının başına gözlənilməz bir hadisə gəlib. Kənd ərazisinə gedən qadının belinə gənə…
“Döymələrim görünməyən yerlərdədir”

“Döymələrim görünməyən yerlərdədir”

Dilarə Kazımova maraqlı açıqlamlar verib. Döymələrindən danışan Avroviziya təmsilçimiz onların özü üçün mənalarını sadalayıb. “13 döyməm var. Hələ ikisi də…
Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ – VİDEO

Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ – VİDEO

Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin “gizli zonası”nın harada yerləşdiyini açıqlayıb. Jurnalistlər qeyd edirlər ki, uzaqməsafəli reyslərdə təyyarələrdə ekipaj üzvləri üçün…
Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu – VİDEO

Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu – VİDEO

“Glory” gecəsində Bəhram Rəcəbzadə 3-cü qrupda döyüşüb. “Qızıl Qurd” Asdren Qaşini 1-ci raundda nokaut edərək, yerə sərib. Mari Kromah –…
Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. Onun ölüm səbəbi isə açıqlanmayıb.…
İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi – FOTO

İrandan KRİTİK ADDIM: Ən böyük kabus gerçəkləşdi – FOTO

İran, İsrailin Təl-Əviv şəhərini ballistik raketlərlə vurmasının ardından Hürmüz boğazını gəmi hərəkətinə bağladığını elan edib. Milli.Az xəvər verir ki, bu…
Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA

Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də…
İsrail Xameneini də vuracaq – rəsmən elan edildi: “Qadağan olunan hədəf deyil”

İsrail Xameneini də vuracaq – rəsmən elan edildi: “Qadağan…

ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşri İsrailin İranla bağlı planları barədə sensasion məlumat yayıb. Musavat.com xəbər verir ki, Jurnalda dərc edilən xəbərə…
Artıq bir gün 25 saat olur – Alimlər AÇIQLADI

Artıq bir gün 25 saat olur – Alimlər AÇIQLADI

Yerin fırlanması yavaşlayır, ona görə də gələcəkdə bəşəriyyət 25 saatlıq sutka şəraitində yaşaya bilər. 24 saatlıq gün haqqında həqiqət Əslində…
Tiktoker “Əfi” həbs olundu

Tiktoker “Əfi” həbs olundu

Sosial şəbəkələrdə qeyri-etik paylaşımları ilə diqqət çəkən “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki,…