• 09.07.2024 13:43

Orbanın Kiyev, Moskva və Pekin səfəri – Nəyə çalışır?

Orbanın Kiyev, Moskva və Pekin səfəri – Nəyə çalışır?

Macarıstan Baş naziri Viktor Orban ölkəsinin AB Şurasına həmsədrliyi çərçivəsində Ukrayna, Rusiya və Çinə səfərləri üç aspektdən xüsusi əhəmiyyət kəsb edir.

Proses.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

Professor Ukrayna müharibəsinin AB üçün də ciddi təhlükəyə çevrildiyini və onu ABŞ-dan asılı hala salaraq müstəqil aktor kimi manevr qabiliyyətini məhdudlaşdırdığını bildirib:

“Birincisi, Macarıstan son dövrdə Rusiya ilə olan münasibətləri və Ukrayna müharibəsinə yanaşmasına görə AB-nin bir çox ölkəsi tərəfindən tənqid edilir. Bu mənada Orbana təzyiq edənlər və səfəri əngəlləməyə çalışanlar var idi. Lakin maneələrə, fikir ayrılıqlarına rəğmən, Orban qətiyyətli davranaraq, Kiyevdən sonra Moskvaya getdi. Macarıstan baş naziri həmsədrlik səlahiyyətlərini həm öz ölkəsi, həm də AB üçün fürsət kimi dəyərləndirməyə çalışır. Bununla rəsmi Budapeşt həm milli və ortaq təhlükəsizliklə bağlı təhdidlərin ön plana çıxdığını, eyni zamanda Moskva və Kiyevlə eyni məsafədə olduğunu göstərdi. İkincisi isə odur ki, Ukrayna müharibəsi hər keçən gün kompleks şəkildə genişlənməyə və dərinləşməyə doğru gedir. Yəni müharibə yalnız Rusiyaya deyil, həm də Avropaya təsir edir. Ona görə də əslində Orbanın səfəri AB-nin də yararınadır. AB onun vasitəsilə Ukrayna müharibəsi ilə bağlı narahatlıqlarını, mövqeyini Rusiyanın nəzərinə çatdırıb. Müharibənin təsirləri yalnız xarici siyasətlə bağlı deyil. Çətinliklər AB ölkələrində ifrat sağın hakimiyyətə gəlməsinə, güclənməsinə və radikallığın artmasına münbit şərait yaradır. Orban da AB Şurasının həmsədr ölkəsinin başçısı kimi müharibənin uzanmasının qitə ölkələrinə heç bir faydasının olmadığının fərqindədir. Digər tərəfdən AB Vaşinqtonun dərinləşdirilmiş Asiya-Sakit okean siyasətində arada qalmaq istəmir və bunun öz müstəqilliyinə, strateji muxtariyyətinə, təhlükəsizliyinə dərin təsir göstərdiyini, prosesin belə formada uzun müddət davam etdirilməsinin qeyri-mümkünlüyünü anlamağa başlayıb. Rusiya səfərini AB-nin Orban üzərindən Moskvaya bir sıra mesajların verilməsi həmləsi kimi də qiymətləndirə bilərik. Yəni AB axtarış içərisindədir və bu səfər Makronun da ifadə etdiyi strateji muxtariyyətə xidmət edəcək diplomatik kanalların yenidən bərpası üçün ilk addımdır. Digər tərəfdən AB Orbanın səfərləri ilə ABŞ-a artıq balanslaşdırılmış siyasət izləyəcəkləri barədə də mesaj verməsi mümkündür. Çünki ABŞ Ukrayna münaqişəsi vasitəsilə AB-ni özündən asılı vəziyyətdə saxlamaq niyyətindədir. Orban bununla ölkəsinin və təşkilatın sülh istədiyini, müharibənin bitməsi üçün çalışacaqları mesajını verdi”.

Alim AB-nin eyni anda Rusiya və Çinlə mübarizə aparmaq istəmədiyini vurğulayıb:

“Sonuncu məqam Çinlə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu səfər Macarıstan və AB-nin tərəf olmağa məcbur edilməsi ilə əlaqədardır. Hər nə qədər ABŞ-ın yanında olduqlarını göstərsələr də, AB-nin təhlükəsizlik maraqları qarşılarında Rusiya ilə bərabər Çin təhdidinin olmamasını tələb edir. Yəni Ukrayna müharibəsi ilə Vaşinqtondan asılı hala gələn AB Çini də qarşısına alaraq çoxqütblü dünya imkanlarını tamamilə sıfra endirmək istəmir. AB Macarıstan üzərindən Moskvaya olduğu kimi Pekinə də mesaj verir. Ümumiyyətlə isə Orbanın bu səfərlərində əsas məqsəd Ukrayna müharibəsinin həll yollarının müzakirəsi, eyni zamanda AB-ni ABŞ, Rusiya və Çinin mübarizə sahəsi olmaqdan çıxarmaq və onun müstəqilliyinin davamlılığını təmin etməkdir”.

DİGƏR XƏBƏRLƏR

“18 minlik kostyumumun üstünə 4 bakal pivə tökdü” – VİDEO

“18 minlik kostyumumun üstünə 4 bakal pivə tökdü” –…

Xalq artisti Bilal Əliyevin sosial şəbəkələrdə yayılmış videosu müzakirə yaradıb. “Qafqazinfo” xəbər verir ki, sözügedən videoda Xalq artistinin stolun üstündən…
“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

Aktyor Taleh Yüzbəyov bir neçə gün əvvəl dünyasını dəyişən anası Xuraman xanımla bağlı paylaşım edib: Proses.az həmin paylaşımı təqdim edir:…
İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı – VİDEO

İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı –…

Bilgəh çimərliyində ata son anda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki oğlunu xilas edib. Hadisə ötən gün baş verib.  27…
Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz iyrənməsin sizdən”

Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz…

Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  Sənətçi sosial şəbəkə hesabında onu keçirdiyi plastik və estetik əməliyyatlarına görə…
Ziya Bünyadovun qatillərini həbsdən buraxmaq istədilər – XARİCİ KƏŞFİYYAT İFŞA EDİLDİ

Ziya Bünyadovun qatillərini həbsdən buraxmaq istədilər – XARİCİ KƏŞFİYYAT…

Xarici xüsusi xidmət orqanları akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Zeynalov Mahir Nurhüseyn oğlunun azadlığa…
“Real”ın yeni səfər formasının FOTOSU

“Real”ın yeni səfər formasının FOTOSU

“Real Madrid” 2024/2025 mövsümündə geyinəcəyi yeni səfər formasını təqdim edib. “Qafqazinfo” bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir. Yeni…
Jurnalist Mətbuat Günündə vəfat etdi

Jurnalist Mətbuat Günündə vəfat etdi

Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib. Proses.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. O, Milli Mətbuat Günündə dünyasını…
II Şuşa Qlobal Media Forumu başa çatıb

II Şuşa Qlobal Media Forumu başa çatıb

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb.…
“Qarabağ”ın mümkün rəqibləri bəlli olub – PÜŞK

“Qarabağ”ın mümkün rəqibləri bəlli olub – PÜŞK

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. İdman.biz xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra…
Bu il xarici ölkələrdən Azərbaycana 24 nəfər ekstradisiya edilib

Bu il xarici ölkələrdən Azərbaycana 24 nəfər ekstradisiya edilib

Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan…
Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Proses.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb. Bildirilib ki,…
Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə…
Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı bişirdiyi yeməklərlə ilə dünyada tanınan Əzizə xanımın Qusardakı məşhur evinə gedib. Aparıcı həyat yoldaşı Doğuş, əkizləri Arın…
“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlar “CBC Sport” telekanalında  yayımlanmayacaq. Proses.az xəbər verir ki, bu barədə…
“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42 yaş fərq var – FOTO

“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42…

İngiltərədə sevgilisi özündən 42 yaş böyük olan gənc qadın münasibətlərinin necə başladığını açıq etiraf edib. O bildirib ki, sifariş etdiyi kababın…