• 09.07.2024 13:45

Burun əməliyyatına girən qadının gözündə çəplik yarandı – FOTO

Burun əməliyyatına girən qadının gözündə çəplik yarandı – FOTO

“Anam burnundakı polipə görə girdiyi əməliyyatdan gözündən zədə alaraq çıxıb. Həkim isə bizə “gözləyin, düzələcək”, – deyir. Təkrar əməliyyata girməlidir. Həkim yaxın durmur”.

Proses.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya paytaxt sakini Ramilə Məmmədova müraciət edib.

Vətəndaş iddia edir ki, anası, Sumqayıt şəhər sakini Nuridə Zülfüqarovanın gözündəki problem həmin əməliyyatdan sonra yaranıb: “Anam astma xəstəsi olduğu üçün burnundakı polip onu çox narahat edirdi, nəfəs almasını çətinləşdirirdi. Buna görə də, mayın 29-da anam Sumqayıt şəhərində yerləşən “Liman” klinikasında burun əməliyyatına girdi. Əməliyyatı Əfqan Ağagülov etdi. Əməliyyat bitəndən sonra biz anamın gözündə çəplik yarandığını gördük. Bununla bağlı həkimə bildirdikdə bizə dedi ki, “1 ay gözləyin, düzələcək”. 1 ayın tamamında qəbuluna getdik. Bu dəfə bizə dedi ki, “4-5 ay gözləyin”. Sual verdik ki, bəs 4-5 ay sonra düzəlməsə? Dedi ki, “onda gedərsiniz, əməliyyat etdirərsiniz”. Pulumuz olmadığını, gözdəki problemi o yaratdığı üçün əməliyyatın da xərcini onun çəkməli olduğunu dedikdə isə bizə “Sizə borcum var?!” sözünü dedi.

Anamın əməliyyatı sığorta ilə olub. Buna görə də həkim deyir ki, “mənə heç bir pul verilməyib”.

Qızının sözlərinə görə, 54 yaşlı Nuridə Zülfüqarova II qrup əlildir. 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərib. Hazırda isə səhhətində yaranan problemdən dolayı işləyə bilmir: “Anam gözünə görə yeriyə də bilmir. Bu səbəbdən atam da işə gedə bilmir və ona qulluq edir. Biz başqa həkimlərin qəbulunda olduq. Hazırda anamın gözünü iki əməliyyat gözləyir. İlk olaraq gözünün alt hissəsindəki sümük 4 mm qırıldığı üçün təkrar əməliyyat edilməli, 6 ay sonra isə gözündə yaranan çəplik aradan qaldırılması üçün yeni bir əməliyyata girməlidir. Hər keçən gün bizim üçün olduqca önəmlidir. Çünki həkimlər bildirdi ki, əgər vaxtında əməliyyat olunmasa, görmə qabiliyyətini itirəcək. Axırıncı dəfə Əfqan Ağagülova ötən həftənin 5-ci günü zəng etdik. Ona bildirdik ki, əməliyyatın birinə 3000 manat pul lazımdır. Pulu bizə yox, elə əməliyyatı edəcək həkimə verin. Lakin o verməyəcəyini bildirdi. Çarəsiz qalmışıq. Burnundakı problemi həll etdirmək istəyərkən daha böyük problemlə qarşı-qarşıyayıq. Başımız o qədər gözə qarışıb ki, artıq burun yaddan çıxıb”.

Şikayətçinin sözlərinə görə, onlar həkimlə danışıq apararaq məsələni həll etmək istəyiblər. Bunun üçün dəfələrlə onun qəbulunda olub, telefonla da danışıblar. Lakin həkim onlarla kobud rəftar edib. Buna görə də vətəndaş məsələ ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib.

Fotoda: Əfqan Ağagülov

Məsələ ilə bağlı “Qafqazinfo” ittiham edilən tərəf – otorinolarinqoloq Əfqan Ağagülovla əlaqə saxlayıb. Həkim bildirdi ki, şikayətçi şəxslər əməliyyatın müalicəsini gözləməyiblər: “Mənə deməyiblər ki, xəstəni müalicə et. Pul tələb edirlər. Mən özüm də bu gün hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Hərə öz əməlinə görə cavab verəcək. Mən sonuncu dəfə xəstəni müayinə edəndə gördüm ki, verilmiş təyinata əməl etməyib. Nuridə xanımın əməliyyatdan əvvəl və sonrakı müayinə nəticələri var. Həmin nəticələrdən irəliləyişin olduğu bəlli olur. Onlar xəstəni həkimdən qaçırdılar. Başqa professorların yanına apardılar. Mən onlara demişdim xəstəni gətirin. Lakin onlar gətirmədilər, müalicədən yayındılar. Müalicə davamlı getsə, irəliləyiş də olacaqdı. Onun burnu sağalmalıdır ki, daha sonra gözünü də müalicə edək. Əməliyyatların qiyməti də İcbari Tibbi Sığortanın xidmətlər zərfində var. İTS qanunla nizamlanan dövlət orqanıdır və onların dediyi cərrahi əməliyyat 250 manat qiymətləndirilir, 3000 manat yox. Məni döyməklə hədələdilər, təhqir etdilər. Bütün bunlara görə qanun qarşısında cavab verməli olacaqlar. Qanunvericiliklə hər şey həll olunur. Klinikanın təhlükəsizlik kameraları var. Əməliyyat olunan xanımın qızları öz telefonları ilə gizli şəkildə çəkiliş aparıblar. Xəstənin müalicəsini gözləmədən pul tələbinə başlayıblar”.

DİGƏR XƏBƏRLƏR

Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ ALIB – VİDEO/FOTO

Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ…

Aparıcı Xəyalə Hüseynlinin başına iş gəlib. Milli.Az xəbər verir ki, onun at minmək həvəsi aparıcıya baha başa gəlib Belə ki,…
Qətlə yetirilən Elnurun FOTOları

Qətlə yetirilən Elnurun FOTOları

Ötən gün Lənkəran şəhərində 1990-cı il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü…
Vəzifəli şəxs yol qəzasında ÖLDÜ

Vəzifəli şəxs yol qəzasında ÖLDÜ

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib. Proses.az report-a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.…
Bakıda yaşlı kişi küçələrdə yaşayır: “Burada daha rahat və azad oluram” – VİDEO

Bakıda yaşlı kişi küçələrdə yaşayır: “Burada daha rahat və…

Bakıda yaşlı kişi günlərdir ki, küçələrdə yaşayır. Proses.az Xəzər TV-yə istinadən bildirir ki, 70 yaşlı Nazim Əsgərzadə deyir ki, ali…
Pensiya alanların NƏZƏRİNƏ: Artım olacaq

Pensiya alanların NƏZƏRİNƏ: Artım olacaq

“Azərbaycanda minimum pensiya artırılacaq. Bununla bağlı cənab prezidentin göstərişi var. Hazırda minimum pensiya 280 manatdır və artımlardan sonra növbəti ildən…
Qəbələdə iki nəfərin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Qəbələdə iki nəfərin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb.…
Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün çempiondur” – VİDEO

Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün…

“Ramanla qürur duyuram, mənim üçün o, medalsız belə çempiondur. İdmançı ilə yaşamaq çox çətindir. Çünki bu, bütün həyatın intizamla keçməlidir…
Azərbaycanda tələbə qəfil ÖLDÜ – FOTO

Azərbaycanda tələbə qəfil ÖLDÜ – FOTO

Azərbaycanda tələbə ürəktutmadan qəfil vəfat edib. Proses.az bildirir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə mərhumun sinif yoldaşı Kənan Yunisli məlumat…
Ruben Vardanyan barədə QƏRAR VERİLDİ

Ruben Vardanyan barədə QƏRAR VERİLDİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar…
Gəncədəki partlayışdan belə xilas edildilər – VİDEO

Gəncədəki partlayışdan belə xilas edildilər – VİDEO

Xəbər verdiyimiz kimi, Gəncədə binada partlayış baş verib. Proses.az bildirir ki, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş…
Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Proses.az paylaşımı təqdim edir:
Noyabrda bu tarixlərdə iş olmayacaq

Noyabrda bu tarixlərdə iş olmayacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az APA-ya istinadla bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət…
Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda sürücü intizamının daha da yüksəldilməsinin vacib olduğunu bildirib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir…
“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

Xətai rayonunda 22 yaşlı qadını küçədə bıçaqla öldürməkdə, rəfiqəsinə isə xəsarət yetirməkdə ittiham olunan Səbuhi Qürbətovun məhkəmə araşdırması başa çatıb. Proses.az…
Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış araşdırmaçı-jurnalist İdris Heydərli məhkəməyə verilib. Proses.az lent.az-a istinadən bildirir ki, buna səbəb onun fərdi sahibkar kimi fonda olan borcları…