• 09.07.2024 13:50

Liposaksiya zamanı ölən iki uşaq anasının həkiminin ali təhsili yox imiş – Ailəsindən İDDİA

Liposaksiya zamanı ölən iki uşaq anasının həkiminin ali təhsili yox imiş – Ailəsindən İDDİA

“Reo-Med” klinikasına liposaksiya üçün müraciət edən və komaya düşərək vəfat edən 29 yaşlı Aybəniz Almuradovanın ailəsi həkimlərdən şikayətçidir.

Oxu.Az-a açıqlama verən A.Almuradovanın bacısı Gülər Əliyeva mərhumun ölümündə həkimləri günahlandırıb.

Onun sözlərinə görə, bacısı sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb:

“Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb. Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova – hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Heç bir səlahiyyəti olmadan… Biz ondan diplomunu tələb etdik, gətirmədi. Anestezioloq B.Mahmudovdan da tələb elədik. Mənə gətirdiyi diplom odur ki, adam müalicə işi üzrə keçən il universitet bitirib. Onun anesteziologiya üzrə heç bir təcrübəsi yoxdur”.

Mərhumun bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş:

“Əli Hüseynov da “Reo-Med” klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir. Düzdür onu Mətanət etməyib. Başqa həkim edib, amma o xəstəxanada olub. Biz şikayətə gedəndən sonra bildik ki, qanunsuz şəkildə işlədilib. Tibb bacılarının, həkimlərinin ali savadı yoxdur “.

Gülər Əliyeva deyir ki, bacısına ilkin tibbi yardım göstərilməyib:

“Qan analizi alınıb. Başqa analiz alınmayıb. Amma başqa analizlər də alınmalıydı. Əməliyyat otağında ilkin tibbi yardım göstərilməyib. Süni tənəffüs aparatı olmayıb. Sübutla, faktla bunlar mənim əlimdə var.

Digər klinikadan gələn komanda soruşdu ki, niyə bu aparatlara qoşulmayıb? Deyiblər ki, yox idi. Əgər yoxdursa, niyə sən məsuliyyətsizlik edib əməliyyat edirsən? Kimsə bilməsin deyə xəstəxanada 4 saat yubadılıb. Baxıblar ki, əlac yoxdur. Sonra müraciət ediblər. Əvvəlcə başqa klinikaya aparıblar. Daha sonra Neftçilər xəstəxanasına köçürülüb. 21 gün komadan sonra iyulun 2-də vəfat edib. Bildiyimizə görə, həkim hələ də xəstə qəbul edir və əməliyyatlar aparır.

Mətanət Eyvazova deyə bilər ki, bacıma əli dəyməyib, anestezioloq edib, amma o məsuliyyət daşıyırdı. Niyə xəstəni təcrübəsi olmayan anestezioloqa əmanət edirsən? Kimlərisə bədbəxt edirsən. Ona həkim deyilməməlidir, o lazeroloqdur. Biz xəstəxanadan da, həkimlərdən də şikayətçiyik. Bacımın iki balası yetim qaldı. Hər gün analarını soruşurlar. Nə cavab verəcəyimizi bilmirik. Həmin şəxslər qanun qarşısında cavab verəcəklər”.

DİGƏR XƏBƏRLƏR

“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

Aktyor Taleh Yüzbəyov bir neçə gün əvvəl dünyasını dəyişən anası Xuraman xanımla bağlı paylaşım edib: Proses.az həmin paylaşımı təqdim edir:…
İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı – VİDEO

İki oğlunu dənizdə batmaqdan xilas edən ata danışdı –…

Bilgəh çimərliyində ata son anda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən iki oğlunu xilas edib. Hadisə ötən gün baş verib.  27…
Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz iyrənməsin sizdən”

Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz…

Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  Sənətçi sosial şəbəkə hesabında onu keçirdiyi plastik və estetik əməliyyatlarına görə…
Ziya Bünyadovun qatillərini həbsdən buraxmaq istədilər – XARİCİ KƏŞFİYYAT İFŞA EDİLDİ

Ziya Bünyadovun qatillərini həbsdən buraxmaq istədilər – XARİCİ KƏŞFİYYAT…

Xarici xüsusi xidmət orqanları akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Zeynalov Mahir Nurhüseyn oğlunun azadlığa…
“Real”ın yeni səfər formasının FOTOSU

“Real”ın yeni səfər formasının FOTOSU

“Real Madrid” 2024/2025 mövsümündə geyinəcəyi yeni səfər formasını təqdim edib. “Qafqazinfo” bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir. Yeni…
Jurnalist Mətbuat Günündə vəfat etdi

Jurnalist Mətbuat Günündə vəfat etdi

Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib. Proses.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. O, Milli Mətbuat Günündə dünyasını…
II Şuşa Qlobal Media Forumu başa çatıb

II Şuşa Qlobal Media Forumu başa çatıb

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb.…
“Qarabağ”ın mümkün rəqibləri bəlli olub – PÜŞK

“Qarabağ”ın mümkün rəqibləri bəlli olub – PÜŞK

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. İdman.biz xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra…
Bu il xarici ölkələrdən Azərbaycana 24 nəfər ekstradisiya edilib

Bu il xarici ölkələrdən Azərbaycana 24 nəfər ekstradisiya edilib

Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan…
Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29-a dəvət etdi

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Proses.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb. Bildirilib ki,…
Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Minimum maaş bu tarixdə artacaq: ikirəqəmli olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə…
Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Xoşqədəm ailəsi ilə “Kənd həyatı”ndakı evdə – VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı bişirdiyi yeməklərlə ilə dünyada tanınan Əzizə xanımın Qusardakı məşhur evinə gedib. Aparıcı həyat yoldaşı Doğuş, əkizləri Arın…
“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“CBC Sport” yox, “İdman TV” yayımlayacaq

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi oyunlar “CBC Sport” telekanalında  yayımlanmayacaq. Proses.az xəbər verir ki, bu barədə…
“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42 yaş fərq var – FOTO

“Münasibətimiz mənə kabab gətirməsi ilə başladı” – Aralarında 42…

İngiltərədə sevgilisi özündən 42 yaş böyük olan gənc qadın münasibətlərinin necə başladığını açıq etiraf edib. O bildirib ki, sifariş etdiyi kababın…
Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır – AÇIQLAMA

Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır – AÇIQLAMA

“Dezinformasiya, nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var”. Bunu “Report”a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin…