• 09.07.2024 13:52

Kimlərə ayda 345 manat ödəniləcək?

Kimlərə ayda 345 manat ödəniləcək?

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Məşğulluq haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. 

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Hər iki qurum hazırlanan sənədlər ilə bağlı ölkə Prezidentinə məlumat verəcək.

Milli Məclisin VI çağırış deputatı olmuş Vüqar Bayramovun sözlərinə görə, qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək: “Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar”.

V.Bayramov əlavə edib ki, yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq: “Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır. Bütövlükdə, qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

DİGƏR XƏBƏRLƏR

Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda sürücü intizamının daha da yüksəldilməsinin vacib olduğunu bildirib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir…
“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

Xətai rayonunda 22 yaşlı qadını küçədə bıçaqla öldürməkdə, rəfiqəsinə isə xəsarət yetirməkdə ittiham olunan Səbuhi Qürbətovun məhkəmə araşdırması başa çatıb. Proses.az…
Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış araşdırmaçı-jurnalist İdris Heydərli məhkəməyə verilib. Proses.az lent.az-a istinadən bildirir ki, buna səbəb onun fərdi sahibkar kimi fonda olan borcları…
“Mənə maşın alanın anasını mələr qoyaram” – VİDEO

“Mənə maşın alanın anasını mələr qoyaram” – VİDEO

ATV kanalında yayımlanan “Həkimsən” verilişinin aparıcısı sosial şəbəkədə avtomobilində olan fotosunu paylaşıb. Proses.az sfera.az-a istinadən xəbər verir ki, məşhurun fotosuna…
Sabah qeyri-iş günüdür? – AÇIQLAMA

Sabah qeyri-iş günüdür? – AÇIQLAMA

Sabah – 18 oktyabr tarixində Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək. Sosial mediada sabahkı günün qeyri-iş günü olub-olmaması ilə bağlı…
Əhaliyə xəbərdarlıq: oktyabrın 19-u… – DİQQƏT!

Əhaliyə xəbərdarlıq: oktyabrın 19-u… – DİQQƏT!

COP29 tədbirinə hazırlıq məqsədi ilə bəzi yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Proses.az AYNA və BDYPİ-nin birgə məlumatını təqdim edir: 2024-cü…
Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə aldı – DETALLAR – VİDEO

Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə…

Qaradağ rayonunun Lökbatan qəsəbəsində öldürülən 1998-ci il təvəllüdlü İlham Haqverdiyevlə bağlı bəzi detallar məlum olub. Proses.az oxu.az-a istinadən xəbər verir…
Komaya düşən vəzifəli şəxs vəfat etdi – FOTO

Komaya düşən vəzifəli şəxs vəfat etdi – FOTO

Naxçıvan Muxtar Respublikası 5 Saylı Babək-Naxçıvan-Culfa Dairə Seçki Komissiyasının sədri Əzim Əzimov vəfat edib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki,…
Almaniyada azərbaycanlı tələbə itkin düşdü

Almaniyada azərbaycanlı tələbə itkin düşdü

Almaniyada yaşayan azərbaycanlı itkin düşüb. Proses.az xəbər verir ki, bu barədə lent.az-a həmin ölkədə yaşayan həmerlilərimiz məlumat veriblər. Məlumata görə,…
Türkiyəni gözəllik müsabiqəsində bu qız təmsil edəcək – FOTO

Türkiyəni gözəllik müsabiqəsində bu qız təmsil edəcək – FOTO

Ötən gün İstanbuldakı hotellərdən birində gözəllik müsabiqəsinin yekun nəticələri elan edilib. Milli.Az haberler-ə istinadla bildirir ki, Ayliz Duman “Miss Universe Türkiye…
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”

“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul…

“Yol hərəkəti təhlükəsizliyi komissiyasının son qərarlarından biri belə olmuşdu ki, Bakı şəhərinin ərazisində icazə verilən maksimum kütləsi 8 tondan yuxarı…
Paytaxtın bu ərazisindəki evlər söküləcək

Paytaxtın bu ərazisindəki evlər söküləcək

Son vaxtların ən mühüm problemlərindən biri də Bakının bəzi ərazilərindəki evlərin sökülməsidir. Əsasən də bu məsələ paytaxtın “Sovetski” və “kubinka”…
Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda azyaşlı qız qəfil vəfat edib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.…
Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi

Müəllimin öldüyü qəzaya görə sevgilisi həbs edildi

Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə nəticələnən yol qəzasının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Proses.az…
Bu gün cərimələnən tiktoker görün kim imiş – Oğlu anasından utanırmış… – VİDEO

Bu gün cərimələnən tiktoker görün kim imiş – Oğlu…

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkə paylaşımları ilə müzakirələrə səbəb olan Renka ləqəbli tiktokçu polisə dəvət olunub. Buna səbəb…