• 11.07.2024 16:56

Onlar deputat olur? – Ağlasığmaz iddianın PƏRDƏARXASI

Onlar deputat olur? – Ağlasığmaz iddianın PƏRDƏARXASI

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə rəsmi qaydada start veriləndən sonra deputatlığa iddialı şəxslər ard-arda öz namizədliklərini açıqlamağa başlayıblar. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə bağlı müəmma davam etdiyi üçün siyasi arenada daha çox müstəqil və müxalifət yönümlü şəxslər nəzərə çarpırlar. Seçki marafonuna kifayət qədər sürpriz namizədlərin qoşulacağı da istisna edilmir. 

Yenisabah.az xatırladır ki, son günlər mətbuatda iki yüksəkrütbəli sabiq məmurun da deputatlığa namizəd olacağına dair iddialar ortaya atılıb. Bu sırada ən çox Azərbaycan Mərkəzi Bankının keçmiş sədri Elman Rüstəmovun və Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinin sabiq rəisi, eks-deputat Cavid Qurbanovun adı hallanır. Hər iki şəxsin sentrabrın 1-də deputat mandatına sahib ola biləcəyi istisna edilmir. Onların namizədliklərinin hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürüləcəyi bildirilir.

Elman Rüstəmov və Cavid Qurbanov deputat ola bilərmi? YAP-ın onların namizədliyini irəli sürməsi nə dərəcə realdır?

“Yeni Sabah” məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, YAP-ın deputatlığa namizədlərinin siyahısında nə Elman Rüstəmovun, nə də Cavid Qurbanovun adı var. Hakim partiya özünün sadiq və siyasi cəhətdən fəal üzvləri ilə seçki mübarizəsinə qoşulacaq.

Cavid Qurbanov və Elman Rüstəmovun adlarının deputatlığa namizəd kimi hallanmasında iqtidar partiyasının hər hansı rolunun olmadığı bildirilir. İddialara görə, bu xəbərlər həmin şəxslərin yaxın ətrafı tərəfindən dövriyyəyə buraxılıb.

“Hazırda Cavid Qurbanov Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir. Tutduğu post onun deputatlığa namizəd olmasını qadağan edir. Cavid Qurbanovun YAP tərəfindən deputatlığa namizəd göstərilməsinin yolu onun vəzifədən uzaqlaşdırılmasından keçir. Qurbanovun adının YAP-ın siyahısınd olması üçün ilk növbədə onunla bağlı sərəncam olmalıdır”, – deyə məlumatlı şəxs bildirib.

Mənbə qeyd edib ki, Cavid Qurbanov yaxın ətrafı vasitəsilə bu cür informasiyaları mətbuata ötürməklə özünü YAP-ın “yadına salmaq” istəyir. Səxavətli olması ilə tanınan nazir müavini ümid edir ki, partiya rəhbərliyi bu xəbərlərə biganə qalmayacaq.

Məlumatlı şəxsin sözlərinə görə, Cavid Qurbanov hazırda nazir müavini olsa da, faktiki olaraq əlində heç bir səlahiyyət yoxdur. Buna görə də, nazir müavini postunu məmnuniyyətlə deputat mandatına dəyişməyə hazırdır.

Elman Rüstəmovla bağlı da oxşar vəziyyət hökm sürür. İşdən çıxarılandan sonra “kölgəyə” çəkilən sabiq bankirin evdə darıxdığına dair məlumatlar var. Buna görə deputat mandatı keçmiş sədr üçün “ikinci nəfəs” sayıla bilər.

Məlumatlı şəxsin fikrincə, 72 yaşlı Rüstəmovun bu arzusunun reallaşması qeyri-mümkündür. YAP-ın deputatlığa namizədlərinin siyahısı hazırlanarkən onun namizədliyi nəinki müzakirə olunmayıb, heç adl da hallanmayıb…

DİGƏR XƏBƏRLƏR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Bu məşhur jurnalistlərin övladı BİRİNCİ OLDU – FOTOLAR

Məlum olduğu kimi, bu gündən Azərbaycanda 2024-2025-ci tədris ili başlanır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,…
Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Azərbaycanlı aktyor səhnədə yaralandı – FOTOLAR

Aktyor Ziya Ağanın səhhətində problem yaranıb. Proses.az olay-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Ziya bildirib…
Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda DƏHŞƏT: qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib. Yenisabah.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.…
Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ – VİDEO

Musiqi sədaları ilə dəfn olunan gəncin SON GÖRÜNTÜSÜ –…

Sosial şəbəkələrdə bir müddət öncə musiqi sədaları ilə dəfn olunan gəncin görüntüsü yayılmışdı. Yol qəzasında vəfat edən gəncin son çəkildiyi…
Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Narin buna görə öldürülüb – DƏHŞƏTLİ FAKTLAR

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir. İndiyə kimi 11 nəfər saxlanılıb. Proses.az Publika.az-a istinadla xəbər verir…
Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri kimdir? – DOSYE

Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. Yada salaq ki, Riçard Mur ADA Universitetində olub,…
Sabah Azərbaycana QAR yağacaq

Sabah Azərbaycana QAR yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz…
Tanınmış idman ustası vəfat etdi

Tanınmış idman ustası vəfat etdi

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib. Proses.az report-a istinadən xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını…
259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbin direktoru valideynləri “qəfəsə salır”- Narazılıq

259 nömrəli məktəbə uşaqlarını birinci sinfə qoyan valideynlərlə direktorun arasında elə ilk gündən narazılıq yaranıb. Səhifəmizə verilən məlumata görə direktor…
Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyə gözəli onu tənqid edənlərdən danışdı – FOTOLAR

Türkiyədə keçirilən “Miss Turkey 2024” yarışmasının qalibi İdil Bilgen haqqında yazılan mənfi rəylərdən danışıb. Proses.az baku.ws-ə istinadən bildirir ki, model…
Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Türk məşhurun azərbaycanlı qızla səmimi görüntüsü yayıldı – FOTOLAR

Bakının məşhur məkanlarından birində konsert proqramı ilə çıxış edən Yusuf Güneyin onunla şəkil çəkdirmək üçün səhnəyə çıxan azərbaycanlı qıza verdiyi…
Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım – VİDEO

Əməkdar artist Nailə İslamzadə nəvəsi ilə bağlı paylaşım edib. Proses.az olay-a istinadən bildirir ki, o, iki yaşı tamam olan Sofianın…
Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Elnur Məmmədliyə vəzifə verildi – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.…
Ərdoğan onları vəzifəsindən azad etdi

Ərdoğan onları vəzifəsindən azad etdi

Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib. Proses.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam…
“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün…