• 17.07.2024 20:40

Azərbaycanda orqan alverinin “QARA BAZAR”I – QİYMƏTLƏR

Azərbaycanda orqan alverinin “QARA BAZAR”I – QİYMƏTLƏR

– Böyrək elanı paylaşmısız?

+ Bəli, böyrəyini satan mənəm.

– Neçə yaşınız var?

+ 33. Atamı əməliyyat etdirməliyəm. 35 min pula ehtiyacım var. Buna görə çarəni böyrəyimi satmaqla tapdım.

“Böyrəyimi satıram. Fikri ciddi olanlar yazsın. Başqa şəxslər narahat etməsin. Qiymət 50 min manatdır”.

Və daha neçə-neçə belə elanlar…

Bəli, müxtəlif sayt və səhifələrdə bu şəxs kimi orqanlarını satışa çıxaran çox sayda insan elanı var. Buna səbəb kimi isə pula ehtiyacları olduğunu əsas gətirirlər.

Müasir dövrdə insan orqanlarının köçürülməsi (transplantasiyası) əməliyyatları az qala adi hala çevrilib. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il daxili bədən orqanlarının dəyişdirilməsinə nail ola bilməyən minlərlə xəstə ölür. Tibbin inkişaf etdiyi ölkələrdə qara və ağ ciyər, mədəaltı vəzi, dəri, sümüklər, ürək, böyrək, qol, əl, hətta sifət orqanlarının transplantasiyası həyata keçirilir.

Azərbaycanda isə insan orqanlarının transplantasiyasına 1999-cu il oktyabrın 28-də qəbul edilən qanunla icazə verilib. Həmin qanuna əsasən, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanları ilə əvəz edilə bilər.

Leqal aparılan bu əməliyyatlara baxmayaraq, bu gün dünyanın bir sıra ölkələrində insan orqanlarının al-verilə məşğul olan “qara bazar”lar da fəaliyyət göstərir. Bura Ermənistan, Rusiya, Hindistan, Çin, Əfqanıstan və bəzi Afrika ölkələri aid edilir. İnsan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkarların hər il milyardlarla dollar gəlir əldə etdiyi bildirilir. Xarici mətbuat yazır ki, bu “bazar”da hər bir insan orqanının öz qiyməti var: ürək 200 min, qara ciyər 150 min, böyrək 50 min dollar.

Çox təəssüf ki, yaxın günlərdə Azərbaycanda da daxili orqanların “qara bazar”dakı qiymətləri açıqlanıblar:

Ağ ciyər – 309 min manat, böyrək – 160 min manat, insan skleti – 8 min manat, ürək – 600 min manat, qanın yarım litri – 300 manat!

Lent.az ölkəmizdə orqan transplantasiyası ilə bağlı kiçik araşdırma edib.

Əvvəla, qanunsuz aparılan orqan transplantasiyasının sağlamlığa təsiri ilə bağlı danışaq. Maraqlıdır, qanunsuz orqan transplantasiyası yaşamaq üçün nə qədər təminat verir?

Mövzu ilə bağlı Lent.az-a münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, donor bankı yaradılmalıdır:

“Əvvəla deyim ki, orqan nəqli ilə bağlı bütün qərarlar leqal olmalıdır. Azərbaycan qanunvericiliyi bunu tələb edir. Çünki bu kriminala gedən yoldur. Heç bir böyrək satışından söhbət gedə bilməz. Böyrək satışı alt mənasında kriminal elementləri gizlədir.

İnsan niyə böyrəyini satmalıdır ki?

Donor bankı olmalıdır. Ora toplanan orqanlar siyahıda gözləyən şəxslərə nəql olunmalıdır. Böyrəyin və başqa orqanların qanunsuz satışı cinayət sayılır. Bunların qarşısını almaq üçün donor bankı yaratmalıyıq. Bütün dünya təcrübəsində belədir”.

Bəs, qanun bu məsələdə nə deyir? Pulla orqan almaq mümkündürmü? Orqan “qara bazarı” ilə məşğul olanları hansı cəza gözləyir?

Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev Lent.az-a bildirib ki, orqan transplantasiyası və orqanların köçürülməsi Azərbaycan Respublikasında qəbul olunmuş qanuna və Nazirlə Kabinetinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilir:

“Orqan transplantasiyası üçün müvafiq xəstəxanaların, müvafiq klinikaların yerləri müəyyən edilib. Amma klinikalardan kənarda bu işi həyata keçirmək və pul ödənişləri müqabilində qanundan kənar yollarla orqan satmaq Azərbaycan Respublikasının Cinayət məcəlləsində müvafiq olaraq məsuliyyətə səbəb olur. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi orqan transplantasiyasına məcburetmə hallarında vətəndaş cinayət məcəlləsinə uyğun olaraq 3 ildən 5 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

Orqan transplantasiyası yalnız şəxsin razılığı əsasında beyin ölümü keçirdikdən sonra baş tuta bilər. Bu proses artıq ölkəmizdə 2 ilə yaxındır ki, Səhiyyə Nazirliyinin tabeliyində olan Koordinasiya Mərkəzində həyata keçirilir.

Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Lent.az-a danışarkən açıqlayıb ki, 5 nəfər canlı sümük iliyi donoru var:

“Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə son 1 il ərzində 32 nəfər orqan bağışlamaq üçün müraciət edib. Müraciət edənlər arasında böyrək üzrə orqan bağışlamaq istəyənlərin sayı üstünlük təşkil edir. Hazırda, ümumiyyətlə, orqan bağışlamaq üçün müraciət edən şəxslərin sayı 38 nəfər təşkil edir. Ümumilikdə, canlı olaraq sümük iliyi donoru olmaq üçün müraciət edən şəxslərin sayı 5 nəfərdir”.

Görünən odur ki, tibb inkişaf etdikcə insanın həyatda qalması üçün müxtəlif yollar kəşf edilir. Yəni bunlar hər şeyi, sağlamlığımızı belə qanuni yolla düzəltməyimizə şərait yaradır.

Bu da belə… Orqanını satmaq yox, bağışlamaq istəyənlər “Qara bazar”dan yan qaçın!

DİGƏR XƏBƏRLƏR

Deputatları başdan çıxaran iranlı qızlar: Aralarında görün kimlər var -ŞOK FAKTLAR

Deputatları başdan çıxaran iranlı qızlar: Aralarında görün kimlər var…

Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bəzi İran vətəndaşlarının fahişəliklə məşğul olduğu üçün ölkədən deport olunması və ölkəyə girişinə məhdudiyyət…
“Oğlan dayısı arvadı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır, RÜSVAYÇILIQDIR”

“Oğlan dayısı arvadı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır,…

Xəbər verdiyimiz kimi, həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İnarə Yusibovanın narkomaniyadan əziyyət çəkməsinə dair veriliş hazırlanıb. Onu…
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”… – VİDEO

İrəvanın mərkəzində, Respublika meydanında oxunan “Qarabağ” mahnısı erməni mediası və ictimaiyyətində panika yaradıb. Musavat.com axar.az-a istinadən bildirir ki, videonun köhnə olduğu…
Onlar həmin qəzada öldülər – FOTOlar

Onlar həmin qəzada öldülər – FOTOlar

Faciə ABŞ-da son 20 ildə ən ölümcül hava fəlakəti ola bilər. ABŞ-da ölümlə nəticələnən American Airlines təyyarə qəzasının ən gənc…
Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Bayramov Türkiyənin yeni səfiri ilə görüşdü – Fotolar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb. Bu barədə Proses.az-a Xarici İşlər…
Sabahdan çörəyin qiyməti bahalaşacaq

Sabahdan çörəyin qiyməti bahalaşacaq

Azərbaycanda çörəyin qiymətində artım olacaq. Globalinfo.az-ın paytaxtdakı bəzi mağazalarda keçirdiyi sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörəyin qiyməti 5…
Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM XƏBƏR

Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM…

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdiriləcək. Bu, Prezident…
Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Penitensiar Xidmətə işə düzəldəcəkdi, TUTULDU

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun…
Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində bir ailənin 5 üzvünün həyatını itirməsi ilə nəticələnən partlayış ölkəmizdə postmüharibə dövründə partlamamış hərbi sursat (PHS)…
Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Plastik cərrahların sənəd qəbulu dayandırıldı

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların…
Leysan Məmmədova vəzifə verildi

Leysan Məmmədova vəzifə verildi

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib. Proses.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məmmədov Leysan Novruz…
Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur. Proses.az xəbər verir ki, bunu Report-a “Konstitusiya Araşdırmaları…
İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artistindən yeni xəbər

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə “Report”a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun…
“Roşka” yenidən həbs olundu

“Roşka” yenidən həbs olundu

O, canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi…
Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıdadır

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib. Proses.az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Xatırladaq ki,…