• 25.07.2024 12:15

Nəcməddin Sadıkovun yaxın adamının işi məhkəmədə: 42 milyon necə mənimsənilib?

Nəcməddin Sadıkovun yaxın adamının işi məhkəmədə: 42 milyon necə mənimsənilib?

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyonluq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib. İlk baxış iclası iyulun 31-nə təyin edilib.

Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək, şərti cəza verib. Z.Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib, apellyasiya məhkəməsi hökmdən verilmiş protesti təmin edərək Z.Niftəliyevi külli miqdarda rüşvət almaqda təqsirli bilib 8 il 6 ay azadlıqdan məhrum edib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Z.Niftəliyev öz adına formal şirkət açaraq, “Atabank”dan köçürülmüş 42 milyon manat krediti mənimsəməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan “Atabank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Növbəti məhkəmə iclaslarında Z.Niftəliyevin mənimsənilən xüsusilə külli miqdarda vəsaitlə bağlı izahı məlum olacaq.

Xatırladaq ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

DİGƏR XƏBƏRLƏR

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…
İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət günlərinin ardıcıllığını…
İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

Qarabağ Universitetində yeni təyinat olub. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq…
Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: “Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur, amma…” COVİD-19 pandemiyası ilə əlaqədar…