- 25.07.2024 12:39
Azərbaycanda vəzifəli şəxs xidməti otağında qəfil öldü
Kürdəmir rayonun icra və probasiya şöbəsinin rəisi vəfat edib.
“Report”un bölgə müxbirinin əldə etdiyi xəbərə görə, icra və probasiya şöbəsinin rəisi 1977-ci il təvəllüdlü Arif Yəhyazadə öz xidməti otağında qəfildən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.