• 02.08.2024 13:51

“Ciyərlərim çürüyüb, yuxuya həsrətəm” – Xalq artisti, “komsomol Cəlal”

“Ciyərlərim çürüyüb, yuxuya həsrətəm” – Xalq artisti, “komsomol Cəlal”

Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı kimi qeyd olunur.

Proses.az xəbər verir ki, “Yeni Müsavat”ın əməkdaşı bu münasibətlə kino aktyoru, Xalq artisti Ənvər Həsənovu yada salıb.

Çoxsaylı obrazları ilə yadda qalan Xalq artistinin “7 oğul istərəm” filmində yaratığı Cəlal obrazı xüsusilə əfsanələşib. Lakin bu gün “komsomol Cəlal” yaşayışdan, səhhətindən və həyatından şikayətçidir. Biz də bu şikayətləri dinlədik:

– Ənvər müəllim, kinodan öncə sizdən danışaq. Bir müddət öncə nasazlamışdınız. İndi özünüzü necə hiss edirsiniz?

– Belim ağrayırdı, düşündüm ki, böyrəyimdəndir. Həkimə getdim. Sən demə, ciyərlərimdə problem var. Ciyərlərim artıq çürüyür. Analiz vermişəm. Bu gün cavablarını götürəcəyəm.

– Yəqin, işsizlik də sizi sıxır. Xəstələnməyinizdə bunun da payı var…

– Çox darıxıram. Ömrüm boyu fəaliyyət göstərən, işləyən adam olmuşam. Birdən-birə evdə oturmaq mənə ağır gəldi. Elə bilirsiniz ki, bu halvadır ? Bəlkə də, xəstəliklərim, ağrılarım evdə oturmaqdan oldu.

– Sənət dostlarınız gəlib sizə baş çəkirmi?

– Çox təəsüflər ki, olsun ki, bu iki il ərzində ən gözəl dostlarımı itirdim. Onlar hər həftə mənim yanımda idilər. İndi də dostlarım var. Onların maşınları yoxdur. Ona görə də telefonla əlaqə saxlayırıq. 15-20 gündən bir gəlib dəyirlər.

– Bəs nəvələr necə, qayğınıza qalırlarmı?

– Əşi, nəvələr öz işləri ilə məşğuldurlar.

-Müalicə xərclərinizi çatdırırsınızmı?

– Çətindir. Bu gün gedim, görüm təzə dərmanlardan nə yazacaqlar. Dərmanların da kefiyyəti yoxdur. Əvvəllər Rusiyadan gəlirdi, alırdıq. Yuxu üzünə həsrətəm, yata bilmirəm. Heç bir dərmanın kefiyyəti yoxdur.

– Bu gün kino günüdür. Azərbaycan kinosunun bugünkü durumu necədir?

– Lenin Rusiyada hakimiyyətə gələndə 7-ci tezisi o olub ki, bütün incəsənət növlərindən ən vacibi kinodur. Çox təəssüflər olsun ki, bizdə kinoya o qədər də qiymət vermədilər. Əvvəllər qiymət verirdilər. Yaxşı filmlər çəkirdik, gözəl sənətkarlar var idi. Çox təəssüflər olsun ki, nə sənətkarlarımız qalıb, nə də kino çəkirik.

– Kinostudiyaya gedib-gəlirsinizmi?

– Kinostudiyada adam qalıb ki, gedib kiməsə baş çəkim? Bina boşdur, söhbət etməyə adam tapmırsan.

Qeyd edək ki, Ənvər Həsənov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmində rol alıb. Rejissor kimi “Haray, Xocalım, haray”, ” Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmini çəkib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…