- 09.08.2024 08:00
“Obrazıma görə təhqirlərə məruz qaldım”
“Oynadığım obraz böyük qalmaqala səbəb olub. Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” adlı romanı əsasında serial çəkilib. Orada Fira adlı rəfiqə obrazını canlandırmışam. Bu seriala baxan insanlar tərəfindən öz ünvanıma çox sayda tənqidlər eşitdim. Obraz olaraq yox şəxsiyə keçərək təhqirlərə məruz qaldım. Xoş olmayan şərhlər yazırlar”.
Proses.az olay-a istinadən bildirir ki, bu sözləri aktrisa Ofeliya Novruzqızı qonaq olduğu “Nigar xanım” verilişində deyib. Sənətçi bildirib ki, onun serialda canlandırdığı rol başına bəla olub:
“Obrazda – iki rəfiqə bir yerdə məktəbdə oxuyublar. Firanın sonradan lüks həyatı olur. Həyatda pul, var-dövlət onun üçün daha önəmlidir. Övlad sahibi olmaq istəmir. Yəni bu yaşayış onun üçün daha rahatdır. Rəfiqəsi isə əziyyət çəkir. Ona Fira deyir ki, səni istəyən var idi, niyə lütün biri ilə ailə qurdur. O qızı bu kimi məsləhətlərlə yoldan çıxır və ərindən ayrılır. Fira rəfiqəsini öz tanıdığı bir kişi ilə tanış edir. Bu isə tanışlıq sonda peşmançılıqla nəticələnir. Fira isə bir müddət sonra rəfiqəsindən uzaqlaşır. Demək olar ki, Fira qızın xoşbəxt həyatını dağıdır, puç edir. Amma efir vasitəsi ilə o serialı izləyən tamaşaçılara demək istəyirəm ki, orada canlandırdığım insan həyatda da belədir. Xeyr! Tamam fərqli obrazlardır”.