• 13.08.2024 13:04

“Hamı düşünür ki, bu, Azərbaycanın ziyanına ola bilər, əslində isə…”

“Hamı düşünür ki, bu, Azərbaycanın ziyanına ola bilər, əslində isə…”

Məlum olduğu kimi, ötən həftə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyi müqaviləsindən çıxarılması barədə fikirlər səsləndirib. Onun sözlərinə görə, hər iki tərəf sözügedən bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirməklə bağlı razılığa gəlib. 

“Qafqazinfo” xəbər verir ki, İTV-nin “Diqqət mərkəzi” proqramına qonaq olan politoloq Eldar Namazov mövzunu şərh edərək bunun çox vacib qərar olduğunu açıqlayıb.

“Bu qərar Azərbaycanın mövqelərini möhkəmləndirir, Ermənistanı daha da çətin vəziyyətə salır. Burada bir hadisədən söhbət getmir – bu təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil, ümumiyyətlə, kommunikasiya məsələləri müqavilədən çıxdısa, hamı düşünür ki, bu, Azərbaycanın ziyanına ola bilər. Əslində isə, burada bir neçə vacib hadisə baş verdi. Azərbaycanla Ermənistan arasında 3 kommunikasiya müzakirə olunurdu. Biz daha çox Zəngəzur dəhlizi haqqında danışırdıq. Ermənilər daha çox Culfaya dəmir yollarının açılması və Culfa vasitəsilə İranla dəmir yollarına birləşməsi haqqında danışırdılar. Ermənistan özünün sanki Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib oyunçusuna çevriləcəyi haqqında bəyanatlar verirdi. Həmçinin İcevan-Qazax dəmir yolunun açılmasını istəyirdilər. Belə çıxır ki, hər 3 məsələ bir az təxirə salınır”, – politoloq bildirib.

E.Namazov vurğulayıb ki, E. Əmirbəyovun müsahibəsindən sanki, ermənilərin qarşısında bir yol xəritəsinin qoyulduğu aydınlaşır: “Yəni, get əvvəlcə konstitusiyanı dəyiş, konstitusiyandan Azərbaycana qarşı ərazi iddialarını çıxar, bəzi qanunlara düzəliş et. Bütün bunlardan sonra Ermənistanla sülh sazişi imzala bilər. Və bundan sonra kommunikasiyalar məsələsinə baxa bilərik”.

Politoloq bildirib ki, əslində biz “onların düşdükləri dalanın qapısını bağlayırıq və açarı da cibimizə qoyuruq”: “N Paşinyanın bir müddət əvvəl bəyanat verdi ki, yeni konstitusiya hazırlanmalıdır. Bunun üçün 2026-cı ilin sonuna qədər Ermənistan hakimiyyətinə vaxt verib. Əgər konstitusiya o vaxt hazırlansa, referendum 2027-ci ildə olacaq. Ondan sonra kommunikasiya məsələsini müzakirə edə bilərik. Bu onu göstərir ki, onların qarşısına yol xəritəsi, şərt qoyulub.

Belə vəziyyət yaranır ki, ermənilər yaxın 3-4 ildə öz daxili işləri ilə məşğul olmalıdır. Azərbaycan isə həm Avropa İttifaqı və Çinin dəstəyi ilə Gürcüstanla bir yerdə Orta Dəhlizi genişləndirməlidir. Zəngəzur dəhlizindən aşağıda Araz dəhlizi deyilən yer var, biz oradan İran ərazisindən Türkiyəyə yol açacağıq. Bakı-Tbilisi-Qars yolumuz da var idi ki, indi modernizə olunur. Bu isə ikinci yoldur. İran tərəfi də elan edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi Azərbaycandan keçəcək. Artıq bununla bağlı qərar verilib.

Bir müddət əvvəl Şoyqu Azərbaycana gələndə onun yanında İqor Levit oturmuşdu, o Putinin beynəlxalq dəhlizlər üzrə köməkçisidir. O həm Tehrana, həm Bakıya gəlmişdi. Burada bir məqsəd var idi, Astara-Rəşt məsələsi həll olunur, Azərbaycan Rusiya-İran və bütün dünya arasında mühüm rol oynayacaq Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas oyunçusuna çevrilir. Bu qərarların hamısı eyni vaxtda elan olundu. Bundan sonra biz bütün dəhlizləri açırıq və genişləndiririk”.

E. Namazov əlavə edib ki, Azərbaycan ilk növbədə Şimal-Cənub Nəqliyyat Dəhlizinin Ermənistandan deyil, Azərbaycandan keçəcəyini təsdiqləyir. Araz dəhlizini açır, Orta dəhlizi genişləndirir. Bundan sonra isə Zəngəzur dəhlizini açacağıq. Bütün bunlar onu göstərir ki, biz öz planlarımızdan imtina etmirik. 

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…