- 16.08.2024 10:17
Yeni tikdirdiyi hovuzun altında qalıb öldü
Sabirabadda 65 yaşlı qadın yeni tikilmiş hovuzun uçması nəticəsində ölüb.
Proses.az APA-ya istinadən bildirir ki, hadisə Qurban Namazəliyev küçəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Hüseynova Xuraman Fazil qızı yaşadığı evin həyətində tikintisi hadisədən iki gün öncə başa çatdırılmış içərisi su ilə dolu hovuzun uçması nəticəsində qalıqlar altında qalaraq ölüb.
Fakt araşdırılır.