• 17.08.2024 11:42

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub- Yeni faktlar

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub- Yeni faktlar

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonrakı dövrdə elə bir seçki, mühüm beynəlxalq tədbir olmayıb ki, Qərbin müdaxiləsi şəraitində keçməsin. Yaxın tarixi səthi təftiş etmək kifayətdir ki, ölkəmizdə formalaşdırılmış və xaricdən idarə olunan şəbəkələrin pozuculuq fəaliyyəti, qarşıdurma yaratmaq, sabitliyi pozmaq cəhdləri özünü büruzə verməsin.

Siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media, müstəqil kimi qələmə verilən ekspertlər ölkəmizdə baş verən az və ya çox əhəmiyyətli məsələləri hədəfə götürərək beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanı mümkün qədər qara rəngdə göstərmək üçün sıraya düzülüblər. Özlərini müxalifətin liderləri kimi qələmə verən şəxslərin  ermənipərəst konqressmenlərin Azərbaycana qarşı odlu-alovlu nitqlərini ayaqüstə alqışlamasından tutmuş beynəlxalq tədbirlərdə  ölkəmizə total müharibə elan edən hüquq müdafiəçilərinə, cəmiyyətimizdə baş verən istənilən hadisəni siyasiləşdirməyə çalışan jurnalistlərə qədər hər şeyi görə-görə gəlmişik.

Bu gün biz 1990-cı illərin Azərbaycanında yaşamırıq və o dövrün reallıqları da artıq tarixçilərin ixtiyarına buraxılmış bir mərhələdir. Dövlətimizə meydan oxuya biləcək xəyanətkar siyasətçilər, vətəndaş cəmiyyətini dövlətlə üz-üzə qoymağa çalışan QHT-lər, qələmini milli maraqlarımıza qarşı çevirən mirzələr dövrü artıq geridə qalıb. Çünki dövlətimiz ayaq üstədir, öz sözünü demək, mövqeyini müdafiə etmək iqtidarındadır.

Qərbdən, Şimaldan, Cənubdan idarə olunan və dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edilən şəbəkələr dağıdılıb. Qərbin Azərbaycanda sonuncu böyük şəbəkəsi bu ilin əvvəlində ifşa olundu, onun maliyyə təminatı dayandırıldı, bu prosesdə iştirak edən şəxslər həbs edildi. Bu şəbəkənin əsas avanqardı qismində Abzas Media, Toplum TV və III Respublika platforması artıq məntiqi sonluqları ilə üzləşsələr də, onların xaricdə reanimasiyası istiqamətində iş aparılır. Ümumilikdə, xaricdə reanimasiya prosesi təkcə adları çəkilən media və qurumları əhatə etmir, daha geniş və əhatəli xarakter daşıyır.

Artıq mediada gedən çoxsaylı məlumatlardan da göründüyü kimi, Qərb dairələri parlament seçkiləri dövründə Azərbaycanda vəziyyəti qarışdırmaq üçün bütün vasitələrdən istifadə edirlər və son desant qüvvələrini cəbhəyə atırlar. Bir tərəfdən BMT-nin İnsan Hüquqları Şurası ABŞ başda olmaqla Qərbin təzyiqi ilə seçki öncəsi istintaqda olan bir sıra şəxslərin hüquqları məsələsini qaldırıb. Digər tərəfdən son günlər Qərb diplomatlarının Azərbaycanın müxalifəti ilə təmasları artıb. Eləcə də Balkan ölkələrində Azərbaycan gənclərindən ibarət xüsusi qruplar formalaşdırılır, onlara təlimlər keçirilir və yaxın zamanlarda bu qrupların müxtəlif yollarla ölkəmizə göndərilməsi planlaşdırılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maraq kəsb edən daha bir məqam Qərbin anti-Azərbaycan şəbəkəsinin tərkib hissəsi olaraq keçmiş diplomatların da aktiv şəkildə prosesə cəlb edilməsidir. Emin İbrahimov adlı keçmiş diplomat məişət zəminində baş vermiş cinayət əməli nəticəsində istintaqa cəlb edilib və istintaq prosesində onun dövlətin əleyhinə fəaliyyət göstərməsinə dair ciddi faktlar ortaya çıxıb.

Açıq mənbələrdə olan məlumata görə, Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. 2012-2016-cı illərdə ABŞ-dəki səfirliyimizdə, 2016-2019-cu illərdə isə Uruqvaydakı diplomatik nümayəndəliyimizdə çalışıb.

Ermənilərin ciddi kök saldığı və işğal dövründə Qarabağda hava limanının tikintisini həyata keçirmiş erməni milyarder Ernest Ernukyanın vətəni olan Uruqvayda diplomat kimi işləmiş Emin İbrahimov 2020-ci ilin martında Azərbaycanda siyasi sisteminə etiraz edərək işdən çıxıb.

Həmin dövrdə E.İbrahimovun fəaliyyəti ilə bağlı başlanmış araşdırmalar nəticəsində onun bəzi əməlləri, xüsusilə Uruqvayda olan Qərb xüsusi xidmət orqanlarının rezidenturası ilə təmasları ciddi şübhə doğurub. E.İbrahimov 4 il ərzində Bakıda heç yerdə işləməyib, xüsusi xidmət orqanlarının dili ilə desək “gizli hüceyrə” kimi fəaliyyət göstərib və daha çox sosial media üzərindən ictimai dəstək toplamağa çalışıb. Onunla bağlı əsas hədəf isə  parlament seçkiləri və  COP29 olub. Əldə edilmiş dəlillər onu deməyə əsas verir ki, E.İbrahimov məhz bu dövrdə fəallaşmalı və radikal addımlar atmağa başlamalıydı.

Araşdırmalar onu da göstərir ki, E.İbrahimov tək olmayıb, onun fəaliyyətini və addımlarını gücləndirmək üçün başqa keçmiş diplomat da bu yaxınlarda Azərbaycana göndərilib. Həmin şəxsin adı bizə bəllidir, lakin hazırda rəsmi təsdiq olmadığına görə açıqlamırıq. 2015-ci ildə Rumıniyada işləyən zaman bu şəxsin Qərbin xüsusi xidmət orqanları ilə şübhəli əlaqələri müəyyən edilib və buna görə də o, XİN sistemindən xaric edilib. Həmin şəxs diplomatik xidmətdə olan zaman səfirliyin bütün diplomatik yazışmalarını açıq mənbələrə tam şəkildə sızdırmışdı. Ölkə xaricində fəaliyyəti müddətində yüksək peşəkarlıq və kibertəhlükəsizlik qaydalarına riayət edərək ingilis dilində Azeri Herald internet resursu yaradıb və məqsədli şəkildə ölkəmizin daxili və xarici siyasətini hədəfə alıb. Mütəxəssislərin fikrincə, bu cür təhlükəsizlik parametrləri olan internet resursunun yaradılması, hətta ən öncül kibertəhlükəsizlik şirkətlərinin imkanları xaricindədir. Onun Xarici İşlər Nazirliyi sistemində hazırda işləyən şəxslərlə vahid şəbəkə formasında əlaqələri müəyyən olunub.

Göründüyü kimi, Qərbin xüsusi xidmət orqanları tərəfindən “verbovka” olunmuş keçmiş diplomatlar vardır ki, onların parlament seçkiləri və COP29 öncəsi ölkəmizə qarşı ciddi təxribatlar həyata keçirməsi hədəflənibmiş. Demək olar ki, bu da Qərbin formalaşdırdığı anti-Azərbaycan şəbəkəsinin bir qoludur desək, yəqin ki yanılmarıq.

Əldə olunan məlumatlara görə, bu, “hekayənin” sonu deyil. Yaxın zamanlarda yeni faktların ortaya çıxacağı və yeni xəbərlərin olacağı istisna edilmir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…