• 17.08.2024 12:18

Laçın yolunda şəhidlərimizin ruhuna hörmətsizlik! – VİDEO

Laçın yolunda şəhidlərimizin ruhuna hörmətsizlik! – VİDEO

Laçın yolunda çəkilən görüntülər narazılıq doğurub. Kadrlarda Şuşadan Laçına gedən yolda yerləşən bulağın zibilliyə çevrilməsi əks olunub. Bu haldan narazı olan vətəndaş həmin ərazini lentə alaraq sosial şəbəkədə bəzi şəxslərin mədəniyyətsizliyindən gileylənib. O, bulağa atılmış plastik qabları, şirniyyat kağızlarını, siqaret qutularını, kötüklərini göstərərək bulağın zibilliyə çevrildiyini söyləyib.

Bu görüntülər deməyə əsas verir ki, çoxları torpaqlarımıza 30 il həsrət qaldığımız günləri unudub. Onlar bu torpaqların qarış-qarış azad edildiyini, bir metr kvadratı azad etmək üçün necə qanlı döyüşlər getdiyini yaddan çıxarıb. Minlərlə şəhidlərimizin canı, qanı bahasına əldə olunmuş torpaqların bu hala salınması sadəcə təəssüf doğurur. Bu kimi hərəkət şəhidlərimizin ruhuna, xalqımıza qarşı hörmətsizlikdir. Soyuq qış aylarında isti evində oturub Prezidentin kəndlərin azad olunması barədə yazdığı tvitləri həsrətlə gözləyənlər görünür torpaqlar azad olunduqdan sonra həmin ərazilərə laqeyd yanaşır, ətrafı zibilliyə çevirir.

Bir neçə gün əvvəl elan edilən rəsmi statistikada bildirilib ki, son 6 ay ərzində Qarabağın bərpasına 2 milyarddan çox pul xərclənib. Göründüyü kimi ermənilərin viran qoyduğu, xarabaya çevirdiyi Qarabağın bərpasına, dirçəlməsinə xeyli güc sərf edilir. Bəziləri isə sadəcə gözəlliklərin məhvinə çalışır. Belə hallarla tək Qarabağda, Laçına gedən yolda yox, demək olar ki, tez-tez başqa regionlarda, çimərliklərdə, istirahət mərkəzlərində, parklarda rast gəlirik. Təzə açılan parkların, ictimai ayaqyoluların, istifadəyə verilən dayanacaqların, avtobusların, bir sözlə ictimai olan çox yerdə eyni vəziyyət müşahidə olunur. Bəziləri pulsuz çimərlikləri zibilliyə döndərib. İctimai çimərliklərdə, xüsusən də Novxanı tərəfdə zibillərin çoxluğundan quma ayaq basmağa yer tapmaq olmur. Hətta, bəzən ödənişli məkanlarda da bu kimi natəmizlik müşahidə olunur.

İslam dininin üstünük təşkil etdiyi ölkəmizdə “təmizlik imandan gəlir” kəlamına əhəmiyyət verməyən, öz pintiliyini hər yerdə nümayiş etdirən, ətrafı qəsdən zibilləyən minlərlə şəxs var. Onları bu hərəkətdən çəkindirməyin yeganə yolu cərimələrin tətbiqi kimi görünür. Başqa ölkələrdə bu kimi hərəkətlər edənlərə qarşı yüksək məbləğli cərimələrin tətbiqi ətrafın daha təmiz, daha səliqəli olmasına kömək olur.

Bu kimi məsələlərdə ekofəallar da aktiv olmalı, təbiəti zəhərləyənlərə qarşı ayağa qalxmalıdırlar. Unutmayaq ki, təbiət bizim evimiz, biz isə təbiətin kiçik zərrəsiyik. Ətrafın zibillənməsi birbaşa olaraq bizim içdiyimiz, yuyunduğumuz suya, qəbul etdiyimiz qidaya mənfi təsir edir. Buna görə də təbiəti qorumaq, ətrafı çirkləndirməkdən çəkinmək hər birimizin borcudur.

Milli.az

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…