- 21.08.2024 14:30
Dollar 3 manat OLACAQ? – AÇIQLAMA
“Azərbaycanda dollar-manat məzənnəsinin dünya bazarı ilə birbaşa əlaqəsi yoxdur”
Bu barədə News24.az-a iqtisadçı-ekspert Natiq Cəfərli danışıb.
İqtisadçı bildirib ki, dollarda artım ola bilər:
“Məsələn manatın avroya nisbətən məzənnəsi, dollar-avro məzənnəsinə görə hesablanır. Yəni, çarpaz məzənnə sistemi tətbiq olunur. Ona görə də dünyada baş verən hadisələrin birbaşa təsiri yoxdur. Çünki Azərbaycanda manat inzibati qaydada tənzimlənir ki, bu da Mərkəzi Bankın və hökümətin inzibati qərarları ilə ola bilər. Ona görə də birdən-birə dolların 3 manat olması ehtimalı çox aşağıdır, çünki bu Azərbaycan iqtisadiyyatına da böyük zərbə vura bilər. Amma təqribən 15-20%-lik devalivasiya mümkündür. Bu il olmasa da gələn ilin sonuna yaxın belə bir mənzərənin şahidi ola bilərik. Yəni dollar 2 manat civarında, 2 manatdan bir az yuxarı ola bilər”