- 22.08.2024 13:13
Ali məktəblərə qəbulun nəticələri nə vaxt elan olunacaq? – RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, universitetlərə ixtisas seçimi avqustun 20-si başa çatıb.
Bəs nəticələr nə vaxt elan olunacaq?
Proses.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ali təhsil müəssisələrinə qəbulun nəticələrinin iki gün ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edilib ki, cavablar ixtisas seçimi yekunlaşdıqdan sonra 3 gün ərzində elan olunur.