• 22.08.2024 14:46

“Məhkəmədə vəhy gəlmir, yoxsa ilahi gücümü göstərərdim” – FOTO

“Məhkəmədə vəhy gəlmir, yoxsa ilahi gücümü göstərərdim” – FOTO

Azərbaycanda falçı kişi işlərini asan yolla həll etmək məqsədilə ona müraciət edən həkim-kardioloqun başına oyun açıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı və Quba rayonlarında yerləşən evlərini satmaqda çətinlik çəkən kardioloq xanım tanışlarının məsləhəti ilə falçıya üz tutub. Onu inandırıblar ki, Astaranın dağ kəndində yaşayan Alim adlı falçı bağlı yolları açmaqda, hər cür problemlərin həllində və şər qüvvələri insandan uzaqlaşdırmaqda mahirdir.

İstintaq materiallarında yazılıb ki, tanışlarının dediklərini sınamaq qərarına gələn həkim falçı Alimə üz tutub. Falçı elə ilk söhbətində həkim xanımı vahiməyə salıb. Guya Alim zərərçəkmişin oğlunun gələcəkdə bədbəxt hadisə nəticəsində bıçaqlanacağını görüb. O, gözlənilən bədbəxt hadisənin qarşısını almaq və evlərin satılması üçün yol açmaq adı ilə zərərçəkmişdən ayrı-ayrı vaxtlarda 22 min manat pul alıb.

Uzun müddət falçının dediklərini edən qadın aldadıldığının fərqinə 1 ildən sonra varıb. Onun şikayəti əsasında Alim Əliyev cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Məhkəmə ziyanı ödəməsi üçün şans verib, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilib.

Hazırda cinayət işini Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova araşdırır.

Anket məlumatlarından görünür ki, A.Əliyev ali təhsillidir, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirib.

Məhkəmədə zərərçəkmiş həkim falçının başına gətirdikləri haqda danışıb. Qadının sözlərinə görə, evin satışı ilə bağlı 10 gün təqsirləndirilən şəxslə birgə Bakıdan Qubaya gedib. İnanırmış ki, falçı evin bəxtini açır: “Özü də səhər saat 5-də şəhərdən çıxırdıq. O boyda yolu gedirdik, çatan kimi həyətdə fırlanırdı. Quran açırdı. Deyirdi ki, şər qüvvələri götürəcək, evin bəxti açılacaq. Nə bilim gah deyirdi evin yolları bağlıdır, gah deyirdi görünməz qüvvələr evin satışına icazə vermir. Nə isə 10 dəfə bunu götürüb Qubaya apardım. Amma heç bir nəticə olmadı. Sonuncu dəfə telefonla əlaqə yaratdıq. Mənə başına şal bağlanmış şəklini atdı, dedi bu dəqiqə sənin işini həll edirəm. Hissə-hissə ümumilikdə 22 min manat verdim. Həmin pulu istəyirəm”.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədiyini deyib. Dediyinə görə, ona İlahidən vəhy gəlir, Quranda gördüklərini insanlara deyir. O, zərərçəkmişi aldatmadığını, əksinə bağlı yollarını açdığını bildirib.

Falçı müttəhimin dedikləri hakimi təəccübləndirib: “Nə danışırsınız siz?! Deyirsiniz mənə vəhy gəldi ki, zərərçəkmişin oğlu bıçaqlanacaq və ya şər qüvvələri təmizləməsəniz, evi sata bilməyəcək. Belə şey olar?”

“Məhkəmə zalındayıq deyə vəhy gəlmir, yoxsa ilahi gücümü əyani göstərərdim”, – deyə falçı müttəhim hakimə cavab verib.

Hakim falçıya zərərçəkmişə şəxsə dəymiş ziyanı ödəməsini tapşırıb. Hakim qanunun tələbini izah etdikdən, ziyan ödənilməsə, təqsirli bilindiyi halda onu gözləyən cəzanı dedikdən sonra o, iki iclas sonra aldığı pulun hamısını zərərçəkmişə ödəyib.

Qarşıdakı iclaslarda bu iş üzrə qərar elan ediləcək. Zərərçəkmişə dəymiş ziyan və rüsum ödənildiyi üçün cinayət işinə xitam verilə bilər.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…