- 26.08.2024 18:31
NTV niyə onların çıxışını yayımlamadı? – FOTO
Ötən gün Rusiyanın NTV kanalında Bakıda keçirilən “Dream Fest” beynəlxalq musiqi festivalında yer alan ifaçıların çıxışları yayımlanıb.
Proses.az axşam.az-a istinadən yazır ki, konsertdə diqqət çəkən məqam isə bəzi müğənnilərin çıxışının efirə verilməməsi olub.
Belə ki, müğənnilər Səmra Rəhimlinin, Mehin Hümbətovanın və Aiselin çıxışı konsertin efir versiyasından kəsilib.
Mehin vurğulanan sayta məsələ ilə bağlı belə şərh verib:
“Bildiyim qədəri ilə NTV-də əsas artistlərin çıxışı yayımlanıb. Bizim də yer aldığımız konsert proqramı “Jara TV”də efirə gedəcək”.