• 28.08.2024 16:25

“700 bal yığan gənc olimpiya çempionundan daha üstündür”

“700 bal yığan gənc olimpiya çempionundan daha üstündür”

Son illər yeniyetmələr arasında aqressiyanın, anormal hərəkətlərin, məsuliyyətsiz, destruktiv davranışların artdığını və zərərli trendlərin yayıldığını müşahidə edirik.

Bu, yeniyetmələrdə davranış pozuntusu faktlarının çoxalması barədə şübhələr yaradıb.

Bəs görəsən, yeniyetmələrdə davranış pozuntusu ilə bağlı statistika nə yerdədir? Bu sindromun qarşısını almaq və fəsadlarını azaltmaq üçün nə etmək olar?

Proses.az xəbər verir ki, həkim-nevroloq Qalib Əsədov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O bildirib ki, uşaqların tərbiyə prosesində edilən yanlışlar bu məsələdə buraxılan ən böyük boşluqdur:

“Günümüzdə uşaqlar heç bir əziyyət görmürlər. Ata-anaları onların hər istədiklərini yerinə yetirirlər. Hətta bu məsələ o həddə çatıb ki, uşaq gecəyarısı ayağını yerə döyüb nəsə istəsə, valideynləri dərhal gedib onun arzusunu yerinə yetirirlər. Nəticədə uşaqda belə bir fikir formalaşır ki, problemini həll etmək və istədiyinə nail olmaq üçün qışqırmaq, haray-həşir salmaq lazımdır. Məhz onların ərköyün böyüdülməsi, hər istədiklərinin yerinə yetirilməsi gələcəkdə ciddi problemlərə yol açır.

İkinci olaraq, məktəblərdə təlim-tərbiyə işlərinin düzgün təşkil olunmamasını qeyd edə bilərik. Bütün məktəblərdə psixoloq var. Bəs onlar vəzifələrini düzgün yerinə yetirirlərmi? Müxtəlif konfranslar, tədbirlər, tematik işlərin keçirilməsi, çətin tərbiyə olunan uşaqlarla, onların valideynləri ilə fərdi söhbətlər nə dərəcədə aparılır? Keçmişdə pionerlər, komsomol təşkilatları var idi. Uşaqlarla iş aparılırdı. Amma indi bu iş aparılmır və hər kəs öz eqosuna xidmət edir.

İndiki gənc nəsildə “Rembo”lar, “Rokki Balboa”lar, “Bryus Li”lər, “Polad Alemdar”lar və “Memati”lər yetişir. Onların idealları məhz bu personajlardır. Yeniyetmələr nəticə etibarilə problemi ancaq öldürməklə, döyməklə və müxtəlif aqressiv üsullarla həll edirlər. Doğrudur, keçmişdə də döyüş filmləri var idi. Amma o filmlərdə düşüncə, məntiq, intellekt ön plana keçirdi. Artıq yeniyetmələr özlərini kriminal aləmin avtoritetlərinə bənzədir və bununla fəxr edirlər”.

Ekspert əlavə edib ki, bu gün idmanın döyüş növləri daha çox reklam olunur, nəinki elmlə bağlı olan intellektual verilişlər:

“Ölkəmizdə 700 bal yığan və ya Oksford, Kembric, Harvard kimi universitetlərdə təhsil alan tələbələr var. İdmançılardan fərqli olaraq, bu savadlı gənclər heç kimə məlum deyil. Amma mən deyərdim ki, həmin gənclər hansısa olimpiya çempionundan daha üstündürlər. Savadlı adam heç vaxt aqressiv ola bilməz.

Aqressiyanı yaradan səbəblərdən biri də dinin radikal qoludur. Hansı din olmasından asılı olmayaraq, radikalizm aqressiya ilə əks qardaşdır.

Psixi travmalar, çətinliklər insanı müdrikləşdirir. İnsan həyatda nə qədər çətinlik görsə, bir o qədər də müdrikləşir. Aqressiv gənclər, adətən, tam təmin olmuş ailələrdən çıxırlar. Uşaq evlərində böyüyənlər bir çox hallarda sakit olurlar və güzəştə getməyi bacarırlar”.

Q.Əsədov problemin çıxış yolu ilə bağlı bu fikirləri səsləndirib:

“İlk növbədə insanlar maarifləndirilməlidirlər. Elm insanları təbliğ olunmalıdırlar. Azərbaycan telekanallarında ancaq ailə-məişət verilişləri göstərilir. Sosial verilişlər lazımdır, amma elmi unutmamaq şərti ilə. Gəncləri oxumağa, təhsilə həvəsləndirmək lazımdır. Valideynlər uşaqlara qarşı daha diqqətli davranmalıdırlar. Onlar heç bir halda uşağa nəzarəti itirməməlidirlər. Aqressiv fikirlər aşılayan verilişlərdən imtina olunmalıdır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, davranış pozğunluğu ilə bağlı statistika gözləniləndən fərqli olaraq azalıb:

“Əvvəlcə bunu qeyd edək ki, açıqlanan statistika bütün ölkə üzrə tibb müəssisələrinin statistik rəqəmləri deyil. Yalnız TƏBİB tabeli tibb müəssisələrində yanvar-iyul ayları ərzində uşaq və yeniyetmə yaşında başlayan digər emosional pozuntular və davranış pozuntusu xəstəliyi ilə bağlı 2023-cü ildə 3 785, 2024-cü ildə isə 3 311 müraciət qeydə alınıb. Ümumilikdə 12.5% azalma müşahidə olunub”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…