- 29.08.2024 14:24
Paşinyanın sinəsinin böyüklüyü bu xəstəliyin əlaməti imiş: Həkim açıqladı
Bir neçə gündür ki, erməni telegram kanalları ölkənin baş naziri Nikol Paşinyanın çimərlikdə olan görtüntülərini müzakirə edirlər.
Proses.az musavat.com-a istinadən bildirir ki, sosial mediada müzakirələrə səbəb olan bu videoda Paşinyanın sinəsinin qabarıq olmasına işarət edilib.
Erməni sosial şəbəkə istifadəçiləri baş nazirin sinəsinin bu qədər böyük olmağını onun hansısa xəstəliyinin olması ilə əlaqələndiriblər.
İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a açıqlamasında bu məsələyə münasibət bildirib:
“Bu görüntülər mənim də diqqətimi çəkdi.
Çəkilişlə bağlı müəyyən detalların olması da mümkündür. Amma kişilərdə süd vəzi qisminin belə böyük olması tibdə qinekomastiya adlanan bir xəstəlikdir. Bəzən bu həm süd vəzisinin özündə olan iltihabi məsələlərə aid ola bilər. Bir sıra hallarda da müəyyən hormonların dəyişikliyinə bağlı olaraq bu kimi hallara rast gəlinə bilinir. Bu sahə ilə məşğul olan mütəxəssislər isə daha çox endokrinoloq və mamoloqlardır”,- deyə həkim bildirib.
Qeyd edək ki, qinekomastiya kişilərdə süd vəzilərinin ölçüsündə birtərəfli və ya ikitərəfli artım, vəzili toxumanın çoxalması və ya sinə bölgəsində yağ qatlarının əmələ gəlməsi səbəbindən baş verir. Çox vaxt bu xoşxassəli bir patologoyadır, lakin uzun müddətlidirsə, döş xərçənginin inkişaf riskini artırır.