• 30.08.2024 14:06

“Əgər mənim kimi “konfet” bir kişi onu alıbsa…”

“Əgər mənim kimi “konfet” bir kişi onu alıbsa…”

“Həyat yoldaşımı özüm bəyənib, almışam. Buna söz yox… Bir qələtdir də, onu almışam. Bu kişi aldı sonra isə boşadı – bu kişiyə çox pis baxıram. Necə yəni sevirsən, alırsan sonra isə onu boşayırsan?!”

Medianews.az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Əli Mirəliyev qonaq olduğu “Nigar xanım” verilişində deyib.

Sənətçi xanımı ilə münasibətlərindən söz açıb:

“Xanımım gözəl olmasaydı onu almazdım. Əgər mənim kimi “konfet” bir kişi onu alıbsa… Özüdə “konfet”… Kişi də özünə “konfet” deyər? Biz evdə “it-pişik” kimi yola gedirik. Biz uşaqlıqdan xanımımla bir-birimizi tanımışıq və qapı-qonşu olmuşuq. O mənim 15 yaşımdan yanımdadır. Mən xanımımdan 5-6 yaş böyüyəm. Cavan olanda qızlar məni çox sevirdi. Hətta iki qız məni o qədər sevirdi ki, özlərini yandırmışdırlar. Xanımım məndən iki əlli yapışdı. O anamı çox istəyirdi. Ona görə də anam deyirdi ki, mən səni oğluma alacağam. Başqa qız istəmirəm. Əsas odur ki, xanımım əvvəlcə anamın sonra isə mənim sevgimi qazandı. Budur məsələ… O zaman isə mənim 21 yaşım vardı. Əvvəllərdə olub ki, həmkarlarım gediblər gənc qızları alıb sonra isə boşayıblar. Mən o kişi müğənnilərə hər zaman pis baxmışam. Özümə dedim ki, mən onların səhvini təkrarlamamalıyam. Əgər mən efirdə düzgün danışıramsa, ailənin müqəddəs olduğunu deyirəmsə, özgələri bir yox hətta dörd arvad alıb sonra isə boşatdıqlarına görə qınayıramsa… Özü də o “Xalq artisti” fəxri adını daşıyır. Ayıbdır! Olmaz axı… Həmin şəxs dünyasını dəyişib. Misal üçün Əbülfət Əliyev. O arvadından boşandıqdan sonra gedib cavan qızla evlənmişdir. Mən düz sözü ürəyimdə saxlaya bilmirəm. Mən bu həyata kişi gözü ilə baxıram. Düzdür o arvadını boşayıb sonra başqa arvad alan kişilərdə öz aləmlərində özünü dırnaq içində kişi sayır. Amma mən onları kişi saymıram. Onlar fikirləşmirlər ki, özlərindən sonra uşaq qoyublar. O uşağın neçə atası olacaq? Uşağın bir anası və bir atası olmalıdır. Mən həyata belə baxıram. Əgər belə deyilsə demək ki, bu ailə deyil. Mənim uşaqlarım olmasaydı həyat yoldaşımla çoxdan ayrılmışdım. Bilirsiniz niyə görə, çünki o da hirsli məndə hirsli… Amma o uşaqlar (qızım, oğlum, nəvələrim) bizi elə birləşdirdilər ki, dalaşsaq da belə yenə də bir yerdəyik”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…