• 04.09.2024 11:05

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası təsdiqlənib.

Proses.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, vergi orqanı tərəfindən vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri aşağıdakı qaydada müəyyənləşdirilir:

– gəlir (mənfəət) vergisi ödəyicisinin əvvəlki hesabat ili üzrə seçdiyi uçot metoduna uyğun olaraq təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi üzrə ümumi gəlirlər və cəmi xərclər (amortizasiya xərcləri istisna olmaqla) kimi əks olunan məbləğlər 12-yə (vergi ödəyicisi əvvəlki hesabat ilində tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;

– sadələşdirilmiş vergi ödəyicisinin əvvəlki hesabat rübü üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən satışdankənar gəlirlər də daxil olmaqla təqdim edilmiş mallara (işlərə, xidmətə) görə əldə edilmiş hasilatın həcmi və vergi ödəyicisinin təqdim etdiyi xərc sənədləri əsasında müəyyən edilmiş xərcləri 3-ə (vergi ödəyicisi əvvəlki hesabat rübündə tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;

– hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri faktiki fəaliyyət göstəricilərinə (vergi ödəyicisi müraciətinə faktiki fəaliyyət göstəricilərini əks etdirən arayışı müvafiq bəyannamə (gəlir, mənfəət və ya sadələşdirilmiş vergi bəyannaməsi) formasında tərtib etməklə və sadələşdirilmiş vergi ödəyicisi üzrə vergi ödəyicisinin təqdim etdiyi xərc sənədlərini əlavə etməklə təqdim etməlidir) əsasən hesablanmaqla fəaliyyət göstərdiyi ayların sayına bölünərək orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;

– hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin gəlir və xərclərinin, sadələşdirilmiş vergi ödəyicisinin xərclərinin doğruluğunun dəqiqləşdirilməsi məqsədilə vergi orqanında olan məlumat mənbələrindən (elektron qaimə-faktura, elektron alış aktı, nəzarət kassa aparatı çekləri, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti və idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və s.) istifadə olunur.

Vergi ödəyicisinin əvvəlki hesabat dövrü üzrə müvafiq olaraq gəlir, mənfəət və (və ya) sadələşdirilmiş vergi bəyannaməsi kameral vergi yoxlamasından keçirilənədək və ya kameral vergi yoxlamasının keçirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət keçənədək, eyni zamanda vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr təqdim edilməli olduğu halda, bəyannamələr təqdim edilənədək müraciət etdikdə vergi orqanı vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edir və vergi ödəyicisinə qeyd olunan hallar həll olunduqdan sonra yenidən müraciət etməsi barədə məlumat verilir. Orta aylıq gəlirdən orta aylıq xərclər çıxılaraq, üzərinə müraciət edilmə tarixinə vergi ödəyicisinin xəzinəsində (kassasında), milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı (orta aylıq gəlirlə orta aylıq xərcin müsbət fərqi qədər azaldılmaqla) gəlinməklə vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi borclarının ödənilməsi məqsədləri üçün sərbəst vəsaiti müəyyənləşdirilir. Vergi Məcəlləsinə uyğun olaraq təqdim edilən sənədlər əsasında vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, habelə Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərin çəkilməsi aşkar edilərsə, mütənasib olaraq sərbəst vəsaitin məbləği artırılır. Vergi ödəyicisinin vergi borcu müəyyənləşdirilən sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq uzadılır. Bu Qaydanın digər müddəalarından asılı olmayaraq, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan vəsait hesabına işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Azərbaycan Respublikasının avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri və yenidən qurulması layihələri çərçivəsində bu sahədə işləri həyata keçirən publik hüquqi şəxsə, onun tabeliyində olan publik hüquqi şəxslərə, hüquqi şəxs statusuna malik olmayan təşkilatlara (idarələrə), onların təsərrüfat cəmiyyətlərinə, filial və nümayəndəliklərinə ödənilən avanslara görə ƏDV borcu yarandıqda, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

“Bu nazirliyin bizə xeyri nədir?” – Nura Suridən sərt açıqlama

“Bu nazirliyin bizə xeyri nədir?” – Nura Suridən sərt…

“İllərdir mövcud olan problemi neçə vaxtdır xanəndə Almaxanım və Vüqar Əhməd işıqlandırır. Onlara qoşulub, yaşadıqları haqsızlığa göz yummayan xanəndə və…
Polşada ölən tələbə vəzifəli şəxsin oğlu imiş – FOTO

Polşada ölən tələbə vəzifəli şəxsin oğlu imiş – FOTO

Polşada qəfil vəfat edən tələbə Xəzər Cabbarlının nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi məlum deyil. Proses.az xəbər verir ki, bu barədə…
Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs edilənlər var

Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs…

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib. Proses.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki,…
Pənahəli xanın ocağından görüntülər – VİDEO

Pənahəli xanın ocağından görüntülər – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib. Proses.az xəbər verir…
Xuramanın oğlu xəstələndi, özünə yer tapmır: “Qorxuram ki, birdən…”

Xuramanın oğlu xəstələndi, özünə yer tapmır: “Qorxuram ki, birdən…”

Aktrisa Xuraman Əlizadənin oğlu Əlinin səhhəti pisləşib. Sosial şəbəkə hesabında açdığı canlı yayımda o ağlayaraq bildirib ki, uşaq məktəbdə xəstələnib:…
Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı…

Rövşanə “artist”lərdən yazdı: Bunlar niyə ayrı peşə seçiblər axı…

Aparıcı Rövşanə Ağasəfqızı paylaşımı ilə diqqəti özünə çəkib. O, ad çəkmədən səmimiyyətsiz insanlara söz atıb: “Var səmimi, var səmimi görünmək.…
Elgiz Polşada həyatının şokunu yaşadı – VİDEO

Elgiz Polşada həyatının şokunu yaşadı – VİDEO

Elgiz Əkbər həyatının şokunu yaşayıb. Tətilini Avropada keçirmiş aparıcı borş yemək istəyib. Varşavada olan aparıcıya polşasayağı borş gətirib. Borşun içində…
“Bir valideyn kimi yalvarıram, kömək edin”

“Bir valideyn kimi yalvarıram, kömək edin”

“Xahiş edirəm, bir valideyin kimi yalvarıram, bu uşağa və o 3 saylı uşaq evində olan uşaqlara kömək edin. Bu uşağın ağrısını, iç…
Cavanşir Məmmədovun nəvəsi özünə ev aldı

Cavanşir Məmmədovun nəvəsi özünə ev aldı

Mərhum Əməkdar artist Cavanşir Məmmədovun bloger nəvəsi Rəfiqə paylaşımı ilə diqqət çəkib. Proses.az baku.ws-ə istinadən bildirir ki, o özünə şəxsi…
Əlləriniz sizə qaraciyərinizin sağlamlığından xəbər verir

Əlləriniz sizə qaraciyərinizin sağlamlığından xəbər verir

Piylənmə kimi tanınan qaraciyər yağlanması xəstəliyini sadəcə əllərinizə diqqətlə baxmaqla aşkar etmək olar.  Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hepatoloq…
Yüksək vəzifəyə təyin olunan 3 gənc kimdir?

Yüksək vəzifəyə təyin olunan 3 gənc kimdir?

Cari ildə kolleclərdə aparılan monitorinqlərin nəticəsi olaraq kadr islahatları davam etdirilir. İndiyə qədər bir neçə müəssisənin rəhbərliyi dəyişdirilib və bu…
“İstisu” müalicəvidir, yoxsa süfrə suyu? – Ekspertdən XƏBƏRDARLIQ

“İstisu” müalicəvidir, yoxsa süfrə suyu? – Ekspertdən XƏBƏRDARLIQ

“İstisu” mineral sulardan hesab olunur. Tərkibindəki kimyəvi maddələrin, eləcə də mineralların çox olması onu təbii süfrə suyundan fərqləndirir. Təbii süfrə…
Nazir xanım polkovniki buna görə işdən çıxardı

Nazir xanım polkovniki buna görə işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mühasibat Uçotu İdarəsinin rəisi vəzifəsindən azad edilib. Proses.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə…
Bu bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı

Bu bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlı döyülüb. Proses.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonundakı 290 saylı bağçada…
Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul yazdırıb – FOTO

Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul…

Sentyabrın 11-də meyxanaçı Pərviz Bülbülənin oğlu İsmayıl üçün etdiyi 1000 nəfərlik toyun səsi-sədası hələ də səngimək bilmir. Proses.az bildirir ki, titul.az-ın əldə…