• 09.09.2024 12:16

Tələbələrə yataqxana və nəqliyyat üçün də kredit veriləcək? – Rəsmi AÇIQLAMA

Tələbələrə yataqxana və nəqliyyat üçün də kredit veriləcək? – Rəsmi AÇIQLAMA

Təhsil Tələbə Krediti Fonduna (TTKF) məxsus elektron portalda 52 min ətrafında müraciət qeydə alınıb, 40 minə yaxın rəsmiləşmə həyata keçirilib.

Yenisabah.az-ın məlumatına görə, bunu TTKF-in İdarə heyətinin sədri vəzifəsini icra edən Bəhruz Əzimov deyib.

O qeyd edib ki, yeni müraciət dövrü açıq olduğundan bu rəqəm sürətlə dəyişir. Bu semestr üçün daxil olan 6000-ə yaxın müraciətdən 3000-dən çoxuna razılıq verilib. “Proses fevralın sonunadək davam edəcək. 10 mindən çox müraciət və 10 min ətrafında rəsmiləşmə olacağını gözləyirik. Hətta daha çox da ola bilər, çünki hər semestrdə müraciət sayında və rəsmiləşmədə artan dinamikanı müşahidə edirik”, – o, nazirliyin rəsmi qəzetinə müsahibəsində vurğulayıb.

Bəhruz Əzimovun sözlərinə görə, təhsil tələbə krediti dövlətin vətəndaşa qayğısının göstəricisidir:

“Fondun yaranmasının başlıca məqsədi əhalinin həssas qruplarının təhsilə çıxış imkanlarını asanlaşdırmaq, hər kəs üçün bərabər imkanlar yaratmaq, təhsilin əhatə dairəsini genişləndirmək, eyni zamanda təhsilin keyfiyyətinə təsir göstərməkdir. Fond uyğun şərtlərlə kredit verir. Kreditdən istifadə dövründə tələbə yaxşı oxuyarsa, çoxlu fayda əldə edir, bir çox güzəştlərdən istifadə etmək imkanı qazanır. Məsələn, tələbənin əldə etmiş olduğu kredit gələcəkdə, geri ödəmə zamanı faizsiz, eyni zamanda standart kredit götürən tələbə “əlaçı” oxuyaraq məbləğin 25 faizinin, sosial kredit alan isə 50 faizinin bağışlanmasına nail ola bilər. Bu şərt təhsil kreditindən yararlanan tələbəni daha yaxşı oxumağa həvəsləndirir. Nəticə etibarı ilə tələbəni öztəhsil göstəricilərini yaxşılaşdırmağa həvəsləndirərək təhsilin də keyfiyyətinə təsir göstəririk”.

O qeyd edib ki, tələbələrin dəstək ola biləcəyimiz yataqxana, nəqliyyat, yemək, təlimlər, dərslik kimi xərcləri ola bilər. Sədr əvəzinin sözlərinə görə, ilk müzakirələr yataqxana xərclərinə dəstək vermək məqsədi ilə aparılıb, bir sıra araşdırmalar, təhlillər olub.

“Bunun üçün nə qədər vəsaitin tələb olunması, kreditdən istifadə edəcək tələbələrin xüsusi çəkisi müəyyənləşdirilməlidir. Bununla bağlı yaxın olmasa da, gələcək planlarımız var” – deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Yüksək vəzifəyə təyin olunan 3 gənc kimdir?

Yüksək vəzifəyə təyin olunan 3 gənc kimdir?

Cari ildə kolleclərdə aparılan monitorinqlərin nəticəsi olaraq kadr islahatları davam etdirilir. İndiyə qədər bir neçə müəssisənin rəhbərliyi dəyişdirilib və bu…
“İstisu” müalicəvidir, yoxsa süfrə suyu? – Ekspertdən XƏBƏRDARLIQ

“İstisu” müalicəvidir, yoxsa süfrə suyu? – Ekspertdən XƏBƏRDARLIQ

“İstisu” mineral sulardan hesab olunur. Tərkibindəki kimyəvi maddələrin, eləcə də mineralların çox olması onu təbii süfrə suyundan fərqləndirir. Təbii süfrə…
Nazir xanım polkovniki buna görə işdən çıxardı

Nazir xanım polkovniki buna görə işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mühasibat Uçotu İdarəsinin rəisi vəzifəsindən azad edilib. Proses.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə…
Bu bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı

Bu bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlı döyülüb. Proses.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonundakı 290 saylı bağçada…
Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul yazdırıb – FOTO

Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul…

Sentyabrın 11-də meyxanaçı Pərviz Bülbülənin oğlu İsmayıl üçün etdiyi 1000 nəfərlik toyun səsi-sədası hələ də səngimək bilmir. Proses.az bildirir ki, titul.az-ın əldə…
İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən – FOTOLAR

İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən – FOTOLAR

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı…
Prezident Qarabağ Universitetində çıxış etdi – VİDEO

Prezident Qarabağ Universitetində çıxış etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı…
Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…