• 10.09.2024 12:59

Azərbaycanda maaşlarla bağlı ŞOK yenilik: Aylıq əməkhaqqı ləğv edilir, bu tarixdən…

Azərbaycanda maaşlarla bağlı ŞOK yenilik: Aylıq əməkhaqqı ləğv edilir, bu tarixdən…

Bu il yekunlaşmaq üzrədir. İlin sonunda pensiya və əməkhaqlarında artım gözləniləndir. İqtisadçıların fikrincə, növbəti il üçün minimum əməkhaqqı 400 manat ola bilər. Bir neçə ay öncə mübahisələndirilən saat hesabı əmək haqqına keçid məsələsi ilə bağlı isə məlumat hələki yoxdur.

Mövzu ilə Referans.az-a danışan iqtisadçı – ekspert Natiq Cəfərli deyib ki, hazırda Azərbaycanda orta əmək haqqının artım tempi təxminən 6-7 faiz arasıdır:

“Bu baxımından məsələyə yanaşsaq, yəqin ki, yenidən formalaşan Parlamentin noyabr ayında büdcə zərfinə baxması üçün müddət başlanacaq. Dekabrda 2025-ci illə bağlı yeni büdcə qəbul olunacaq. Büdcənin tərkibində minimum əməkhaqqının artması ilə bağlı qərar verilə bilər. Əmək haqlarında 10 faiz civarında artım gözləniləndir. Maraqlı detal bundan ibarətdir ki, bəzi mətbuat orqanlarında gedən yazılarda və deputatların açıqlamalarında bildirilirdi ki, saat hesabı minimum əmək haqqına keçid baş verə bilər. Bununla bağlı rəsmi mövqe, açıqlama görmədik. Ancaq mediada yazıların getməsinə şahid olduq”. vakansiyalar

İqtisadçı hesab edir ki, əgər minimum əməkhaqqından saat hesabı əməkhaqqına keçid baş verəcəksə, yeni qanun layihəsinə ehtiyac yaranacaq və “aylıq hesablanan minimum əmək” haqqı sözlərinin bütün qanunvericilik aktlarından çıxarılmasına ehtiyac yaranacaq: “Onlarla qanunda dəyişikliyə ehtiyac var. Bütün bunları yanvar ayınadək çatdırıb edə biləcəklərmi, bilmirəm. Yanvar ayınadək bu məsələlər həllini tapmalıdır ki, yeni qaydalar işə düşsün. Amma, ən azı bununla bağlı müzakirələr var. Çox ehtimal ki, indiki sistem qalsa, minimum əmək haqqı hazırda 345 manatdır, 35 manatadək artım gözələnilir ki, bu da 380 manat edir”.

“Hazırda ölkədə normativ hüquqi aktlara görə 8 saatlıq iş rejimi tətbiq edilir. Hətta, 5 günlük iş hissəsini hesablasaq, indiki 345 manatı saat hesabına böləndə, saata təqribən 1 manat 80 qəpik düşmür. Bu çox aşağı göstəricidir. Ciddi artım olmalıdır ki, insanların büdcəsinə təsir eləsin. Tənzimlənmə mexanizmi çox dəqiq olmalıdır. Bəlkə də bizim xəbərimiz yoxdur, artıq bununla bağlı çoxdan işləyiblər, hər şey hazırdır, qəflətən bu sistemə keçid alacağıq. Söz- söhbət varsa, çox güman ki, bu sistemə keçid baş verəcək. Bizdə bir problem də bundan ibarətdir ki, əmək bazarında dövlət sektoru üstünlük təşkil edir. Onların işləmə qaydası necə hesablanacaq? Bu əmək haqqı bazarında yeni dəyişlikliklər tələb edir. Ona görə də yeni sistem köklü dəyişikliklərə səbəb olmalıdır”, – deyə müsahib sözlərinə əlavə edib.

Ekspert bildirir ki, aylıq əmək haqqında indiki sistem qalsa, qanunvericilikdən digər məsələ də çıxarılmalıdır. Bu VÖEN-lə çalışan insanların əldə etdiyi əmək haqqı ilə bağlıdır: “Bizdə VÖEN-lə çalışan 800 minə yaxın insan var. Əmək haqqı artan kimi, onların vergi yükü avtomatik olaraq artır. Bu doğru deyil. Qanunvericlikdə bu dəyişikıik də əksini tapmalıdır ki, VÖEN -lə çalışanlarda bu böyük problem yaratmasın”.

Natiq Cəfərli sonda qeyd edib ki, yanvar ayından minimum əməkhaqqının hansı formada olacağı bilinməsə də artmın olması dəqiqdir, Təqaüdlərlə bağlı artım isə Prezidentin verdiyi qərar və ya fərmandan asılı olacaq. Təqaüdlərin artımının da 8-10 faiz artım gözləniləndir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…