• 25.09.2024 14:22

“Kimdə nə yoxdursa, ona meyilli olur…”

“Kimdə nə yoxdursa, ona meyilli olur…”

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngini dəyişməsi gündəm olub. Bu proses kimiləri tərəfindən tənqid olunur, kimiləri isə “yaraşan etdirsin” deyə fikirlər səsləndirir.

Maraqlıdır, insanlarda xüsusilə yaşıl, mavi kimi rənglərə meyillilik nədən irəli gəlir? Öz bədənlərində nəyisə dəyişmək istəyinin alt qatındakı psixoloji səbəblər nələr ola bilər?

Proses.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, son zamanlar əksəriyyətin əməliyyat etdirdiyi, nələrisə dəyişməyə çalışdığı müşahidə olunur:

“Hər kəs öz əvvəlki halından narazı olmağa başlayıb. Çünki insanlar effektlə foto çəkirlər, sonra real şəkillər çəkəndə özlərini bəyənmirlər. Məsələn, filterlə olan fotolarda xanımlar badam gözlü, yaxud rəngli gözlü olurlar, lakin reallıq belə deyil. Nəticədə bu cür olmaq istəyi yaranır. Bəzi hallarda isə əməliyyat mütləqdir. Görürük ki, avtoqəzadan, yanğın və ya digər oxşar faciəvi hadisələrdən sonra xanımda hər hansı çapıqlar, izlər, yanıqlar və.s olur. Belə olan halda şəxsin görüntüsü onun özgüvənini aşağı salır və əməliyyat qaçılmaz hala çevrilir. Amma bu gün göz rəngini dəyişirsənsə, bu, sənin öz zövqündən irəli gələn məsələdir, vacibiyyat deyil. İnsan hər zaman özündə olmayan şeyləri etməyə meyilli olur. Fikir verirsinizsə, qıvırcıq saçlı xanımlar həmişə saçlarını düz etmək istəyir, Rəngli gözləri olan xanımlar hər zaman qara gözlərə meyilli olurlar və ya əksinə… Ümumilikdə xanımlar özlərini olduqlarını kimi sevməyə çalışmalıdırlar. Belə olan zaman insan daha xoşbəxt, özgüvəni isə yüksək olur”.

Psixoloq qeyd etdi ki, flaak əməliyyatlarını (göz rəngini dəyişdirmək) daha çox məşhurlar edir:

“Bu əməliyyatların kifayət qədər qiymətləri var, hər kəs edə bilməz. Amma tələbələr belə linza vasitəsilə göz rənglərini dəyişməyə çalışırlar, həvəskardırlar. Məşhurlar edir və insanlar da onları təkrarlayır. İndi isə bu proses daha da asanlaşıb. Paylaşımlar vasitəsilə hər kəs bunu görür, göz alışır və tətbiq etməyə çalışırlar. Biz buna təqlid psixologiyası deyirik. Məsələn, bədən şəkilləndirmə əməliyyatını əvvəllər aparıcılar, müğənnilər edirdi, indi isə adi vətəndaşlar edir. Heç çalışmayan biri də, müəllimlər də, digər sadə təbəqədən olan insanlar da bu əməliyyata girir. Bu cür əməliyyatlara meyilli olan insanların kompleksi var, özlərini bəyənmirlər. Amma bu, flaak əməliyyatına aid deyil. Bu prosedur insanların arzusudur. İnsanlar o cür rəngli gözlərlə doğulmağı arzulayırlar. Bunu da reallaşdırmağa çalışırlar. Yəni flaak əməliyyatları insanların kompleksi deyil, onların istəkləridir. Digər əməliyyatlar – sinə kiçiltmə, böyütmə, bədən şəkilləndirmə və.s. bunlar hamısı özgüvənsizlikdən, komplekslərdən irəli gəlir, diqqət çəkmək üçün olunur. Mən bunu teleaparıcılara, müğənnilərə, kütlə qarşısında olan insanlara uyğun görürəm. Bir psixoloq kimi bunu hər azərbaycanlı xanımına məsləhət bilmirəm. Belə əməliyyatlarla biz sağlamlığımıza da ziyan vura bilərik”.

DİGƏR XƏBƏRLƏR

Avropa çempionu azarkeşin formasını oğurlayıb – VİDEO

Avropa çempionu azarkeşin formasını oğurlayıb – VİDEO

Portuqaliya millisinin futbolçusu Luiş Nani azarkeşin formasını oğurlamaqda günahlandırılıb. Idman.biz xəbər verir ki, hadisə 37 yaşlı Avropa çempionunun çıxış etdiyi…
Məşhur vəkil efirdə ağladı: ” Onları görüb dəli oldum” – VİDEO

Məşhur vəkil efirdə ağladı: ” Onları görüb dəli oldum”…

Tanınmış vəkil Şəfiqə Nağıyeva efirdə efirdə kövrələrək göz yaşı axıdıb. Milli.Az xəbər verir ki, Lalə Azərtaşın təqdimatında efirə gedən “Təsir dairəsi”…
“Peyğəmbərlərin ixtiyarları olmayıb ki, nəyəsə halal və ya haram desinlər” – VİDEO

“Peyğəmbərlərin ixtiyarları olmayıb ki, nəyəsə halal və ya haram…

“Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaşır”.…
Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir – FOTO

Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir – FOTO

Tanınmış aktyor və bloqer Emil Musayev məhkəməyə verilib. Proses.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun fərdi sahibkar fonda…
Kəmaləddin Heydərov Salyana rəis təyin etdi

Kəmaləddin Heydərov Salyana rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib. Proses.az qaynarinfo.az-a istinadən…
Türkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışır

Türkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışır

Türkiyədə uzun müddətdir körpə ölümləri ilə bağlı qandonduran hadisə müzakirə edilir. Bu günlərdə həmin məsələyə dair araşdırma başa çatıb. “Qafqazinfo” Türkiyə…
“Kurtlar Vadisi” ilə bağlı illər sonra etiraf – oğurluq imiş? – VİDEO

“Kurtlar Vadisi” ilə bağlı illər sonra etiraf – oğurluq…

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında Süleyman Çakır obrazı ilə yadda qalan Oktay Kaynarca serialla bağlı illər sonra etiraf edib. Milli.Az haberler-ə…
İsgəndər Xəlilova ağır itki üz verdi

İsgəndər Xəlilova ağır itki üz verdi

“ISR Holding” şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib. Proses.az manşet.az-a istinadən xəbər verir ki,…
COP29 zolaqlarına daxil olanlar cərimələnəcək – RƏSMİ AÇIQLAMA

COP29 zolaqlarına daxil olanlar cərimələnəcək – RƏSMİ AÇIQLAMA

Yollarda çəkilən COP29 zolaqları avtobus zolaqlarıdır. Əslində, şəhərin mobillik planı çərçivəsində bu avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulmuşdu. Sadəcə, COP29 tədbiri…
Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi

Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi

Mərkəzi Univermaqda satıcı qadın müştərilərin qızıllarını ələ keçirməkdə ittiham edilir.  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətin üstü aldadılan şəxslərin polisə…
Bakıda rəfiqələr arasında dava – 19 yaşlı qız bıçaqlandı

Bakıda rəfiqələr arasında dava – 19 yaşlı qız bıçaqlandı

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı “Qafqazinfo”ya bildirib ki, hadisə…
Bayrağın bu formada asılmasını tənqid etdi – Foto

Bayrağın bu formada asılmasını tənqid etdi – Foto

Aparıcı Leyla Quliyeva Bakıda lentə aldığı görüntünü paylaşaraq bayrağın ütülənməmiş formada asılmasını tənqid edib. Axşam.az xəbər verir ki, bu barədə…
Azərbaycanı “Miss Universe”də o təmsil etdi – FOTOlar

Azərbaycanı “Miss Universe”də o təmsil etdi – FOTOlar

Türkiyədə Miss Universe” gözəllik müsabiqəsi keçirilib. Proses.az gecce.az-a istinadən xəbər verir ki, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın təşəbbüsü ilə Azərbaycanı…
Həmin klinika cərimələndi

Həmin klinika cərimələndi

“Medera Hospital” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib. Proses.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət…
COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Proses.az APA-ya istinadən bildirir ki, bu…