• 25.09.2024 14:44

Psixoloqdan qalmaqallı açıqlama: “Türk seriallarını izləyən kütlə cahildir, səviyyəsi aşağıdır”

Psixoloqdan qalmaqallı açıqlama: “Türk seriallarını izləyən kütlə cahildir, səviyyəsi aşağıdır”

Azərbaycanda Türkiyə serillarının və filimlərinin böyük izləyici kütləsi var. Son dönəmlərdə həmin ekran əsərlərində zorakılıq səhnələrindən çox istifadə olunduğu müşahidə edilir. Fiziki, psixoloji, cinsi, ailədaxili və sair şiddət növləri mənfi hal kimi ictimailəşdirilir. Əslində şiddətin yaxşı hal olmadığını nümayiş etdirmək, geniş auditoriyaya bu yöndə mesaj vermək müsbət hadisədir. Lakin bəzi hallarda bunun əks-təsir yaratdığı, bir sıra problemlərə yol açdığı, hətta şiddəti, zorakılığı adiləşdirdiyi iddia olunur. Əgər iddialar doğrudursa, bu, sosial münasibətlərə, insanın empatiya qabiliyyətinə, gündəlik həyat tərzinə necə təsir edir?

Proses.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Samirə Bağırova Türkiyə seriallarının illərdir dəyişməyən süjetinin olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, şiddət, zorakılıq, yeni doğulmuş uşaqdan imtina kimi ssenarili filmlər artır və mütləq şəkildə fəsadlar zamanla özünü göstərir: “Mən bunu hələ illər öncə müşahidə etmişəm. Türk seriallarını izləyən kütlənin düşüncə səviyyəsi, adi film izləyənlərin düşüncə səviyyəsindən qat-qat aşağıdır, cahildir. Türk seriallarını təhlil etsək görəcəyik ki, illərlə dəyişməyən süjet var. Kasıb qız varlı ailənin oğluna ərə gedir. Həbsxana, xəstəxana, uşaq oğurluğu və sair kimi ssenarilər illərlə dəyişmir. Serialdakı rol adlarını yeni doğulan uşaqlara qoyurlar, hərçənd ki, uşağın özünəməxsus məna daşıdığı adı olmalıdır. Böyüdükcə adının serialdan götürüldüyünü öyrənir, həmin obrazı izləyərək onun kimi olmağa çalışır və əsl kimliyi basdırılmış olur. Əlavə olaraq doğma ana dilimiz unudulur. Çox sıx-sıx gənc qız və oğlanların türkcə danışmasına rast gəlirəm. Türk kəlmələri Azərbaycan dili kimi qəbullanır. Çoxu öz dilimizdəki tərcüməni bilmir. Şiddət, zorakılıq, yeni doğulmuş uşaqdan imtina kimi ssenarili filmlər artır və mütləq şəkildə fəsadlar zamanla özünü göstərir”.

Psixoloq vurğulayıb ki, türk serialları izləyənlərin beyni donuq olur. Onun qənaətincə, belə adamlara sual verirsən, sanki qısaqapanma yaşanır: “Dünən 12 yaşlı şagird qızla söhbət edirəm, 15- ə yaxın türk serialı adı çəkdi. Anası fəxrlə deyir ki, gecə-gündüz izləyir, üstəlik mənə də danışır. Amma bir şeir və ya yaşına uyğun hansısa hekayə adını soruşdum. heç nə bilmədiyi üzə çıxdı. Hərçənd ki, dərslərindən beş qiymət alır. O da əzbərçiliklə. Özünü ifadə etmək üçün bir neçə sual verdim, bir cümləni 3-4 dəfə təkrar etməklə guya uzun şəkildə özünü təqdim edirmiş kimi göstərdi. Halbuki 12 yaşında kiçik yeniyetmə, əl işlərindən tutmuş, dərsdən əlavə maraqlı bilgilərə sahib olmalı, sərbəst şəkildə söhbət etməlidir. Uşağın şəxsi bacarıqlarını inkişaf etdirməlidir valideyn. Gələcəyi ilə bağlı xəyal gücünü gücləndirməlidir. Amma şüuraltında seriallardan parçalar, həyatının eyni şəkildə təkrarlanmasına səbəb olur. Çünki nə izləyirsən, nə yeyirsən, nə dinləyirsən osan. Məhz türk serialları izləyənlərin beyni donuq olur, sual verirsən sanki qısaqapanma yaşanır”.

S.Bağırova söyləyib ki, seansa müraciət edənlər sırasında serial izləyənləri o dəqiqə sezmək olur: “Halbuki, digər xarici seriallar da mövcuddur. Hansı ki, insanı aydınlandırır. Əlavə yeni bilgi əldə etməyə, yaxud düşünməyə sövq edir, vəziyyətə başqa tərəfdən baxmağı öyrədir. Təəssüf ki, bu ssenari bizim insanlara maraqlı deyil. Çünki çoxu sevgiyə, sevgi dolu sözlərə acdır. Qadınların kişilərdən görmədikləri romantik davranışları izləyərək ac emosiyasını təmin etmiş olurlar, bədbəxt olanlar isə uşaqlar və cəmiyyətdir”.

DİGƏR XƏBƏRLƏR

Avropa çempionu azarkeşin formasını oğurlayıb – VİDEO

Avropa çempionu azarkeşin formasını oğurlayıb – VİDEO

Portuqaliya millisinin futbolçusu Luiş Nani azarkeşin formasını oğurlamaqda günahlandırılıb. Idman.biz xəbər verir ki, hadisə 37 yaşlı Avropa çempionunun çıxış etdiyi…
Məşhur vəkil efirdə ağladı: ” Onları görüb dəli oldum” – VİDEO

Məşhur vəkil efirdə ağladı: ” Onları görüb dəli oldum”…

Tanınmış vəkil Şəfiqə Nağıyeva efirdə efirdə kövrələrək göz yaşı axıdıb. Milli.Az xəbər verir ki, Lalə Azərtaşın təqdimatında efirə gedən “Təsir dairəsi”…
“Peyğəmbərlərin ixtiyarları olmayıb ki, nəyəsə halal və ya haram desinlər” – VİDEO

“Peyğəmbərlərin ixtiyarları olmayıb ki, nəyəsə halal və ya haram…

“Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaşır”.…
Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir – FOTO

Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir – FOTO

Tanınmış aktyor və bloqer Emil Musayev məhkəməyə verilib. Proses.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun fərdi sahibkar fonda…
Kəmaləddin Heydərov Salyana rəis təyin etdi

Kəmaləddin Heydərov Salyana rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib. Proses.az qaynarinfo.az-a istinadən…
Türkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışır

Türkiyə indi də 12 körpənin dəhşətli ölümündən danışır

Türkiyədə uzun müddətdir körpə ölümləri ilə bağlı qandonduran hadisə müzakirə edilir. Bu günlərdə həmin məsələyə dair araşdırma başa çatıb. “Qafqazinfo” Türkiyə…
“Kurtlar Vadisi” ilə bağlı illər sonra etiraf – oğurluq imiş? – VİDEO

“Kurtlar Vadisi” ilə bağlı illər sonra etiraf – oğurluq…

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında Süleyman Çakır obrazı ilə yadda qalan Oktay Kaynarca serialla bağlı illər sonra etiraf edib. Milli.Az haberler-ə…
İsgəndər Xəlilova ağır itki üz verdi

İsgəndər Xəlilova ağır itki üz verdi

“ISR Holding” şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib. Proses.az manşet.az-a istinadən xəbər verir ki,…
COP29 zolaqlarına daxil olanlar cərimələnəcək – RƏSMİ AÇIQLAMA

COP29 zolaqlarına daxil olanlar cərimələnəcək – RƏSMİ AÇIQLAMA

Yollarda çəkilən COP29 zolaqları avtobus zolaqlarıdır. Əslində, şəhərin mobillik planı çərçivəsində bu avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulmuşdu. Sadəcə, COP29 tədbiri…
Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi

Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi

Mərkəzi Univermaqda satıcı qadın müştərilərin qızıllarını ələ keçirməkdə ittiham edilir.  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətin üstü aldadılan şəxslərin polisə…
Bakıda rəfiqələr arasında dava – 19 yaşlı qız bıçaqlandı

Bakıda rəfiqələr arasında dava – 19 yaşlı qız bıçaqlandı

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı “Qafqazinfo”ya bildirib ki, hadisə…
Bayrağın bu formada asılmasını tənqid etdi – Foto

Bayrağın bu formada asılmasını tənqid etdi – Foto

Aparıcı Leyla Quliyeva Bakıda lentə aldığı görüntünü paylaşaraq bayrağın ütülənməmiş formada asılmasını tənqid edib. Axşam.az xəbər verir ki, bu barədə…
Azərbaycanı “Miss Universe”də o təmsil etdi – FOTOlar

Azərbaycanı “Miss Universe”də o təmsil etdi – FOTOlar

Türkiyədə Miss Universe” gözəllik müsabiqəsi keçirilib. Proses.az gecce.az-a istinadən xəbər verir ki, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın təşəbbüsü ilə Azərbaycanı…
Həmin klinika cərimələndi

Həmin klinika cərimələndi

“Medera Hospital” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib. Proses.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət…
COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Proses.az APA-ya istinadən bildirir ki, bu…