• 28.09.2024 22:31

DİN piramida şəbəkəsini ifşa etdi – “Zevs”in qardaşı həbs olundu – Video

DİN piramida şəbəkəsini ifşa etdi – “Zevs”in qardaşı həbs olundu – Video

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq piramidasını ifşa edib.

Proses.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bildirilib ki, son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən “farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb:

“Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək “farmaniya.com” saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

H.Quliyevin idarəçisi olduğu “farmaniya.com” tətbiqi vasitəsilə zərərçəkən digər vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.

Sonda bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərini təşkil edən şəxslərə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən “farmaniya.com” tipli tətbiqlərə inanmamağa çağırırıq”.

Qeyd edək ki, Hüseyn Quliyev yutuber “Zevs” kimi tanınan Ruslan Quliyevin qardaşıdır.

DİGƏR XƏBƏRLƏR

Bayrağın bu formada asılmasını tənqid etdi – Foto

Bayrağın bu formada asılmasını tənqid etdi – Foto

Aparıcı Leyla Quliyeva Bakıda lentə aldığı görüntünü paylaşaraq bayrağın ütülənməmiş formada asılmasını tənqid edib. Axşam.az xəbər verir ki, bu barədə…
Azərbaycanı “Miss Universe”də o təmsil etdi – FOTOlar

Azərbaycanı “Miss Universe”də o təmsil etdi – FOTOlar

Türkiyədə Miss Universe” gözəllik müsabiqəsi keçirilib. Proses.az gecce.az-a istinadən xəbər verir ki, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın təşəbbüsü ilə Azərbaycanı…
Həmin klinika cərimələndi

Həmin klinika cərimələndi

“Medera Hospital” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib. Proses.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət…
COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək. Proses.az APA-ya istinadən bildirir ki, bu…
Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ ALIB – VİDEO/FOTO

Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ…

Aparıcı Xəyalə Hüseynlinin başına iş gəlib. Milli.Az xəbər verir ki, onun at minmək həvəsi aparıcıya baha başa gəlib Belə ki,…
Qətlə yetirilən Elnurun FOTOları

Qətlə yetirilən Elnurun FOTOları

Ötən gün Lənkəran şəhərində 1990-cı il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü…
Vəzifəli şəxs yol qəzasında ÖLDÜ

Vəzifəli şəxs yol qəzasında ÖLDÜ

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib. Proses.az report-a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.…
Bakıda yaşlı kişi küçələrdə yaşayır: “Burada daha rahat və azad oluram” – VİDEO

Bakıda yaşlı kişi küçələrdə yaşayır: “Burada daha rahat və…

Bakıda yaşlı kişi günlərdir ki, küçələrdə yaşayır. Proses.az Xəzər TV-yə istinadən bildirir ki, 70 yaşlı Nazim Əsgərzadə deyir ki, ali…
Pensiya alanların NƏZƏRİNƏ: Artım olacaq

Pensiya alanların NƏZƏRİNƏ: Artım olacaq

“Azərbaycanda minimum pensiya artırılacaq. Bununla bağlı cənab prezidentin göstərişi var. Hazırda minimum pensiya 280 manatdır və artımlardan sonra növbəti ildən…
Qəbələdə iki nəfərin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Qəbələdə iki nəfərin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb.…
Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün çempiondur” – VİDEO

Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün…

“Ramanla qürur duyuram, mənim üçün o, medalsız belə çempiondur. İdmançı ilə yaşamaq çox çətindir. Çünki bu, bütün həyatın intizamla keçməlidir…
Azərbaycanda tələbə qəfil ÖLDÜ – FOTO

Azərbaycanda tələbə qəfil ÖLDÜ – FOTO

Azərbaycanda tələbə ürəktutmadan qəfil vəfat edib. Proses.az bildirir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə mərhumun sinif yoldaşı Kənan Yunisli məlumat…
Ruben Vardanyan barədə QƏRAR VERİLDİ

Ruben Vardanyan barədə QƏRAR VERİLDİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar…
Gəncədəki partlayışdan belə xilas edildilər – VİDEO

Gəncədəki partlayışdan belə xilas edildilər – VİDEO

Xəbər verdiyimiz kimi, Gəncədə binada partlayış baş verib. Proses.az bildirir ki, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş…
Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Proses.az paylaşımı təqdim edir: