• 28.09.2024 22:41

Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? – ARAŞDIRMA

Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? – ARAŞDIRMA

Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilir. Rusiyadan, Hindistandan gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə edilir. Gələn il Çindən gələnlərin sayında da ciddi çoxalma proqnozlaşdırılır.

“Azərbaycanı ən çox rusiyalı turistlər ziyarət etsə də, Hindistan gələn turistlərin sayındakı artıma görə birincidir”. İqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramovun sosial media hesabında paylaşdığı statistika təkcə ölkəmizə gələn turistlərin sayının artımının göstəricisi deyil, həmçinin bu rəqəmləri qoruyub saxlamağın və daha da artırmağın yollarını tapmaq üçün ipucudur. Belə ki, Azərbaycana həm MDB, həm Avropa İttifaqı, həm Asiya, həm də körfəz ölkələrindən gələn turistlərin sayında ciddi artım var. İqtisadçının fikrincə, turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektor kimi məşğulluğa da xüsusi töhfə verir:

“Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər”.

Ölkəmizə gələn turistlərin artım tempini qoruyub saxlamaq və Avropa ölkələrini seçən turistlərin diqqətinə yönəltməyin yollarını isə daha çox turizmçilər bilirlər.

“Kaspi” qəzetinin mövzuya dair yazısını təqdim edirik.

Təki ölkəyə turist gəlsin

Turizmçi Azər Hüseynov hesab edir ki, ölkəmizə turist axınının başlıca səbəbi bu istiqamətdə düzgün təbliğatın qurulması ilə bağlıdır:

“Biz bütün beynəlxalq sərgilərdə iştirak edirik. İstər regionlarımız, istər paytaxtımız daim yenilənir: yeni hotellər açılır, turizm obyektləri, attraksionlar tikilir. Bütün bu amillər ölkəmizə gələn turistlərin artımına kömək edir”.

Turizmçi hazırda ölkəmizə gələn turistlərin siyahısında hindistanlı turistlərin birincilik təşkil etməsini belə izah edir:

“Hindlilərin gəlməsinin səbəbi birbaşa təyyarə reyslərinin açılmasıdır. Son iki ildə Çin bazarı da ölkəmizə diqqət yönəldib. O cümlədən, Avropa, Rusiya, Qazaxıstan və Özbəkistandan da turistlər gəlir. Xüsusən rus, qazax və özbək turistləri bizim sanatoriyalar, Naftalan vannaları və digər neft və termal vannalar cəlb edir”.

Ərəblər niyə əvvəlki kimi gəlmirlər?

A.Hüseynov ölkəmizə gələn ərəblərin sayının keçən illərə nisbətən azalmasına da münasibət bildirib:

“Bir dubaylı Bakıya 4-5 dəfə gəlib. Onlar təzə gəlməyə başlayanda biz elə də yeniliklər etməmişdik. Məsələn, Şahdağa gedib yalnız kanat görürdülər, əlavə attraksionlar yox idi. Onlar yenilik axtarırlar. Amma sonradan kompleksdə paraşütlər və yeni attraksionlar yarandı. Bu inkişaf etdikcə turistləri daha çox cəlb etməyə başladı”. Turizmçinin fikrincə, ölkəyə daha çox turist cəlb etmək və artım tempini qoruyub saxlamaq üçün atılacaq addımlar sırasında müntəzəm təbliğat da yer almalıdır:

“Ölkə olaraq daim yenilik etməliyik, çünki turist yenilik istəyir. Biz hotellərin rəhbərliyi ilə görüşür və “necə etsək qonaqlar bizi seçər?” sualı ətrafında qarşılıqlı tövsiyələr verir, başqa ölkələrin təcrübələrini müzakirə edirik. Bu yeniliklər sayəsində bir turisti ikinci dəfə də ölkəmizə gətirə bilirik. Amma yenilik olmayanda turist sayı azalmağa doğru gedir”.

Çin turistləri Hindistandan gələnləri də üstələyəcək

Turizmçi hesab edir ki, biz ölkəmizə fərqli ölkələrdən turistlər cəlb etməyə çalışmalıyıq:

“Çin turistləri İpək Yolu xətti ilə səyahət etməyi sevirlər. Böyük ehtimal ki, növbəti mövsümdə Çin turistləri Hindistandan gələnləri də üstələyəcək”.

Turizmçi onu da deyir ki, ölkəyə gələn turistlərin sayının artımı üçün hava yolu şirkətlərinin qiymətləri də münasib olmalıdır:

“Biz tez-tez milli hava yolu şirkətinin rəhbərləri ilə görüşür, bu məsələləri müzakirə edirik. Onlar da qarşılarında qoyulan “həm insanları xoşbəxt edin, həm də qazanc gətirin” tapşırığına əməl etməyə çalışırlar. Əlbəttə, bunların ikisini bir yerdə etmək çətindir. Onlar da, biz də uçuşların sayını artırmaq istəyirik. Məsələn, mən şirkət olaraq çarter təyyarə götürmək istəyirəm, amma milli hava daşıyıcı şirkətinin o qədər təyyarəsi yoxdur. İndiki halda uçuşu artırmaq mümkün deyil. Çünki o qədər təyyarəmiz yoxdur. Hazırda ödənişləri edib, müqavilələr imzalayıblar, növbəti illərdə təyyarələrin sayı artacaq. Beynəlxalq hava yollarını da cəlb edirlər, təki ölkəyə turist gəlsin”.

Turizmçi hesab edir ki, ölkəmizə gələn turistlərin stabilliyini qorumaq, Avropa ölkələrinə daimi can atan dünya turistlərini cəlb etmək üçün yenə də işlər görülməlidir:

“2023-cü ilin turizm statistikasında İtaliya, İspaniya, Fransa kimi ölkələr top beşlikdə yer alıb. Bu ölkələr hər il milyonlarla turist qəbul edirlər. Onların turizm keçmişi var. Bizim ölkəmizə 2016-ci ildən turist axını başlayıb. Biz həm gənc ölkəyik, həm də turizm arxivimiz o qədər böyük deyil. Amma tədbirlərdə bizə də xoş gəlir ki, ölkəmizi Türkiyə ilə, Avropa ilə rəqabətdə göstərirlər. Qısa bir müddətdə ölkəmizi zəngin turizm tarixi olan ölkələrlə bir sıraya gətirib çıxara bilmişiksə, bu, balaca uğur deyil”.

Əyləncə, istirahət, tarix

Turizmçi Vasif Yadigarov hesab edir ki, gələn turistlərin zövqündən çox şey asılıdır: “Məsələn, İran, ərəb və körfəz ölkələri adətən sırf əyləncə və gəzmək nəzərdə tuturlarsa, Avropa ölkələrindən gələnlər tarixlə maraqlanırlar”.

V.Yadigarovun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi də ölkəmizə turist axınında böyük rol oynayıb:

“Nəinki Bakıda, regionlarda da hotellərin sayı artıb. Bu il hətta regionlarda da boş hotel yoxdur. Hesab edirəm ki, turistləri Azərbaycana cəlb etmək üçün milli yeməklərimizi reklam edib, onların paketlərinə əlavə etmək lazımdır”.

“Elə turistlər var ki, təkrar-təkrar gəlirlər”

Turizmçi Sürayyə Axundovanın fikrincə, Azərbaycana gələn turistlərinin sayının artmasında ölkəmizin dünyada təbliğatı rol oynayır:

“Hətta hava limanlarında belə, ölkəmizin reklamı gedir. Ölkəmizdən gedən turistlər ətraflarındakı insanlara Azərbaycan haqqında müsbət məlumatlar verirlər. Bu da turistlərin daha çox gəlməsində rol oynayır. Hətta elə turistlər var ki, təkrar-təkrar gəlirlər”.

Turizmçi hesab edir ki, ölkəmizdə keçirilən beynəlxalq oyunlar, dünya şöhrətli müğənnilərin Azərbaycanda konsert proqramları da qonşu dövlətlərdən olan turistlərin diqqətini cəlb edir.

DİGƏR XƏBƏRLƏR

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib. Kifayət Mahmudova Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirilib. Müvafiq…
143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə təqsirli bilinən əsas fiqurlar – general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəisləri hökmdən narazıdırlar.…
19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət…
SON DƏQİQƏ! Tanınmış ekspert həbs edildi

SON DƏQİQƏ! Tanınmış ekspert həbs edildi

Azərbaycanda informasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbs edilib. Proses.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman…
Bağcı Azərbaycana bu sözlərlə vida etdi – FOTO

Bağcı Azərbaycana bu sözlərlə vida etdi – FOTO

Diplomatik fəaliyyətini başa vuran Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı “X” hesabında Azərbaycanla bağlı vida paylaşımı edib. Proses.az xəbər verir ki,…
Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü – VİDEO

Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü – VİDEO

Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub. Bu barədə tanınmış bloger Nail…
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb. Onunla birlikdə RM…
Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsdən xəbər var

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsdən xəbər var

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb. Proses.az bildirir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə,…
Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı – FOTOLAR

Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı – FOTOLAR

Dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. “Qafqazinfo” xəbər verir ki,…
Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində…

Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində…

Yanvarın son günlərində maqnit qasırğaları gözlənilir ki, bu da təkcə insanların rifahına deyil, həm də rabitə vasitələrinin işinə təsir göstərə…
Sumqayıtda polisin narkotik əməliyyatı – VİDEO

Sumqayıtda polisin narkotik əməliyyatı – VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət…
Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son vəziyyəti açıqlanıb. Aktrisanın səhhəti stabil olaraq qalır. Bu barədə Fatma Mahmudovanın…
Hüseyn toyu ilə bağlı açıqlama verdi

Hüseyn toyu ilə bağlı açıqlama verdi

Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov toyunun harada olacağını açıqlayıb. Bu barədə bloger izləyicilərinin suallarını cavablandırarkən bildirib. O, “Toy nə vaxtdır”…
Acun ilk dəfə birinci xanımı ilə – FOTO

Acun ilk dəfə birinci xanımı ilə – FOTO

TV8-in rəhbəri Acun Ilıcalı ilk dəfə birinci xanımı Seda Başbuğla foto paylaşıb. O, qızı Banunun ad günündə çəkilən şəkli izləyiciləri…
İqor Kşnyakin kabinədən videosu yayıldı

İqor Kşnyakin kabinədən videosu yayıldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin kabinədən videosu yayılıb. Görüntülərin bir neçə gün əvvəl…