• 04.10.2024 10:59

Bakıda arvadının başqası ilə intim yazışmasını görən kişi DƏHŞƏT SAÇDI

Bakıda arvadının başqası ilə intim yazışmasını görən kişi DƏHŞƏT SAÇDI

Ramana qəsəbəsində həyat yoldaşını boğaraq öldürən Nurəddin Məmmədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, hadisə xəyanət zəminində olub:

“Mayın 5-də hava küləkli olduğu üçün usta kimi çalışdığım işdən tez ayrılmışdım və bu barədə ailəmə məlumat verməmişdim. Artıq məndə şübhələr yarandığı üçün evə arxa qapıdan daxil oldum. Otağın qapısına çatanda eşitdim ki, o, kiminləsə danışır və “yox, göstərə bilmərəm, uşaqlar yanımdadır” ifadələrini işlədirdi. İçəri girəndə gördüm kimləsə qeyri-etik geyimdə danışır. Əlindən telefonu alanda zəngi söndürdü. Yenidən həmin nömrəsinə zəng etdikdə bir oğlan cavab verdi və həmin an söndürdü. Olayın izahını tələb etdikdə, mənə bildirdi ki, nömrəni bacısı Aytən verib.

Dedim ki, yaxşı, o verib sən niyə danışırsan? Dedi ki, uşaqlar eşitməsin deyə digər otağa keçək. Keçdikdən sonra məni təhqir etməyə və hədə-qorxu gəlməyə başladı. Bildirdi ki, bacısı ilə həmin danışdığı kişi gəlir, evə psixotrop maddə atıb məni tutduracaq. Daha sonra ona xəbərdarlıq etdim. Lakin o, təhqirlərinə davam etdi. Mən də əsəblə onu boğmağa başladım. Özümə gələndə gördüm ki, artıq nəfəsi kəsilib. Sonra qardaşıma zəng etdim. Hadisəni dedim. Dəstəyi asdıqdan dərhal sonra polisə zəng edib təslim oldum. Elə hadisə yerində polis əməkdaşlarının gəlməyini gözlədim”.

Nurəddin Məmmədov əlavə edib ki, Ayşə ilə öz istəkləri ilə ailə qurublar:

“Biz sevərək ailə qurmuşuq. Qoşulub qaçıb, daha sonra ailələrə bildirmişdik. Ailələr barışdıqdan sonra toy olub”.

O, aralarında problem olmadığını da deyib:

“Belə bir hal ilk 5 il ərzində olmamışdı. Bu ilin yanvar ayının axırında bildim ki, kimləsə danışır. Mən onun telefonla yazışdığını gördüm. Əlindən almağa çalışanda, qaçdı mətbəxə, telefonu da söndürdü. Daha sonra gördüm ki, “WhatsApp” tətbiqini silib.

Sonra rayona getdi və qayıdanda telefonu yox idi. Onda da əməlindən əl çəkmədi. Gördüm ki, gecələr mənim telefonumla yazışır. Səbəbini soruşurdum. Deyirdi bir səhvdir, uşaqlıqdır etmişəm. Amma görürdüm ki, yenə də eyni əməli təkrar edirdi. Mən daha sonra telefonumla Ayşənin telefonunun “Gmail” adreslərini birləşdirdim. Gördüm ki, bütün yazışmalarını ekrandan çəkir saxlayır. Hər dəfə bunlar haqda soruşanda, deyirdi ki, “Aytənin işidir”.

Daha dözməyib onu vurmuşdum. Bu məsələdən anasını da xəbərdar etdim. Dedi qızımla danışmışam, hər şey qaydasındadır. Dedim gəl məsələni həll et, yol pulunu da verirəm. Gəlmədi. Atası ilə hörmət saxladığımdan ona heç nə deməmişdim. Amma qardaşına məlumat vermişdim.

Bu iş boşanmağa qədər getmişdi. Fevral ayında məhkəməyə müraciət edərək, xəyanət səbəbindən boşanmaq istədiyimi söylədim. Fevralın 26-sı artıq işimizə məhkəmədə baxılacaqdı. Lakin ondan öncəki gecə ailəsinin təkidi ilə barışdıq”.

Təqsirləndirilən şəxs yoldaşının onunla bağlı şikayətinin olmadığını bildirib:

“Ayşənin maddiyatla bağlı şikayəti olmayıb. Ona hər toyda bir dəst paltar alırdım. Heç özüm bir dəst kostyum da almamışdım”.

Daha sonra zərərçəkmişin hüquqi varisi və atası Namaz İbrahimov ifadə verib:

“Mənim övladımın 5 il müddətində yoldaşı ilə problemi olmayıb. Hər şeyi Nurəddinin qardaşı korlayıb. Hər dəfə qardaşı qızımın evinə gələndə söz-söhbət yaranırdı. Həmişə gəlib bizim evdən nə tapırdısa, yığıb-yığışdırıb aparırdı. Heç bir dəfə evimə gələndə nəsə alıb gətirməmişdi. Şikayət etmirdim. Onun danışdıqları barədə məlumatım olmayıb. Mənim qızım başıaşağı və ədəbli qız olub. Heç kim onun haqda pis söz deyə bilməzdi. Nurəddin qızıma şər atır. Ona ən ağır cəza verilməlidir”.

Təqsirləndirilən şəxs hüquqi varisə sual olaraq bildirib ki, “ona xəyanət barəsində məlumat verəndə niyə tədbir görməyib?”

Bu zaman şahid bildirib ki, belə söhbət olmayıb. Nurəddin isə onunla telefon söhbətini etdikdə içkili olub. Namaz İbrahimov boşanma ilə bağlı suallara da aydınlıq gətirib: “Boşanma məsələsini soruşduqda qızım mənə demişdi ki, Nurəddin gedib xalası oğlu ilə içib evdə söz-söhbət yaradır”.

Hüquqi varis əlavə edib ki, barışıq əldə olunmayıb.

İclas 24 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, ittiham aktında görə, Nurəddin Məmmədov bu ilin aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşə Məmmədovanın naməlum şəxslə “WhatsApp”la görüntülü danışdığını görüb.

O, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edərək hiddətlənib. Nurəddin telefonu arvadının əlindən alıb onun başına vuraraq sinəsindən itələyib, daha sonra mətbəx bıçağını götürüb.

O, bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyəsindən bir dəfə vuraraq onun sağlamlığına yüngül zərər vurub.

Nurəddin bu il mayın 5-də evə gəlib arvadı Ayşənin yataq otağında “WhatsApp”la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra, Ayşənin ona xəyanət etməsindən əmin olub.

Nurəddin arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olduqdan sonra qəflətən hər iki əli ilə boğazından tutub yerə yıxıb, boğaraq öldürüb. Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…