• 04.10.2024 14:41

Baləli “Qarabağ”ı tənqid etdi: Belə davam edə bilməz – MÜSAHİBƏ

Baləli “Qarabağ”ı tənqid etdi: Belə davam edə bilməz – MÜSAHİBƏ

Ötən gün “Qarabağ” Avropa Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində “Malmö”nü qəbul etdi. Məlum olduğu kimi təmsilçimiz İsveç klubu ilə dueldən məğlub ayrıldı – 1:2.

Oyundan əvvəl kimə Ağdam klubunun yeniləcəyini desəydin, inanmazdı. Çünki hər kəs Qurban Qurbanovun yetirmələrindən qələbə gözləyirdi. Ancaq oyunun nəticəsi gözlənildiyi kimi olmadı.

Görüşü medianın yaxınlıqdakı sektorda bir sıra tanınmış şəxslər də izləyirdi. Onlar arasında hamının yaxşı tanıdığı meyxanaçı Baləli Rzayev (Maştağalı) da vardı. O, qarşılaşmanı həyəcanla izləyirdi. Bəzən səsini qaldırır, emosiyalarına hakim ola bilmirdi. Matçdan sonra hər kəs kimi məğlubiyyətin üzüntüsünü yaşayırdı.

Elə alındı ki, Baləli ilə həmsöhbət olduq. Məğlubiyyətin onu necə dilxor etdiyini görməmək mümkün deyildi. Fürsətdən istifadə edib söhbətimizi müsahibəyə çevrirmək qərarına gəldim.

– Baləli, gözləyirdin belə nəticəni?

– Təəssüratlarım çox pisdir. Qəbələ gözləyirdim, məğlubiyyət yox. “Malmö” “Qarabağ”dan güclü komanda deyildi. Amma komandamız qalib gələ bilmədi. Belə deyək, alınmadı.

– Belə demək olarmı ki, “Qarabağ” qələbə qazanmağa öyrəşdirdiyi üçün hər kəs hazırda təəssüf içindədir…

– Elə komandalar var ki, onlar “Qarabağ”dan güclüdür. Biz deyə bilmərik ki, gedib İngiltərədə “Tottenhem”i udsun. Hər halda “Malmö”nü burada məğlub etmək olar da…

– Keçən mövsümkü “Qarabağ”la “Malmö” ilə oyunda gördüyümüz arasında fərqlər çoxdur deyirlər…

– Hə, bir az eniş var. Açıq aşkar hiss olunur. Amma bəzən oyun da alınmır…

– “Qarabağ”da qələbə üçün nə çatmadı?

– Yarımmüdafiənin sağ cinahında problem var idi. O mövqeni yaxşı bir oyunçu ilə gücləndirmək lazımdır. Belə çox davam edə bilməz. Elə oyunçular var ki, onları göndərib, daha yaxşılarını gətirmək lazımdır. Transfer eləmirlər. Transfer siyasəti zəifdir. Emmanuel Adday yeni alınıb. O, sol cinahda oynayan futbolçudur, bu dəfə “sağ”da çıxış elədi.

– Ardıcıl 2 məğlubiyyətdən sonra pley-off şanslarını necə dəyərləndirirsən?

– Pley-offa yüksələ bilməyəcəyik. Bu oyunla çətin alınsın. Bu, Qurban müəllimlik (red – “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu nəzərdə tutur.) məsələ deyil. Futbolçuların kefiyyəti o qədər də yaxşı deyil. Hər şey bir kənara, futbolçular döyüşməli, mübarizə aparmalı, can qoymalıdırlar. Bizim futbolçularda döyüşkən ruh yoxdur. Ola bilər ki, legionerlərin sayı çoxdur, mentalitet fərqi var. Bəlkə də onlar bizim kimi düşünmürlər. Amma meydanda milli ruh yoxdur. Futbolçular oyunun sonunda döyüşməli, yeri gələndə dava eləməli idilər. Onu görmədik. Belə olsaydı, nəticə başqa cür ola bilərdi.

– Ola bilərmi ki, “Bayer” ilə tarixi oyunlardan sonra futbolçularda arxayınlıq yaranıb, “ulduz xəstəliyi”nə tutulublar?

– “Bayer”lə oyunlar tarix idi. Amma inanmıram ki, komandaya o qədər təsiri olsun. Çatışmazlıqlar var. Onlar aradan qaldırılmalıdır. Ondan sonra qələbə qazanmaq olar. (publika.az)

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…