• 09.10.2024 12:16

“O sözlərin ünvanı atam olub” – Xalq artistinin siyasətçi qızından MARAQLI AÇIQLAMALAR

“O sözlərin ünvanı atam olub” – Xalq artistinin siyasətçi qızından MARAQLI AÇIQLAMALAR

“Bir müddət idi ki, Bakıda idim. Sabah yenidən Ankaraya yola düşürəm. Hazırda Ankarada, Hacettepe Universitetində siyasi elm və dövlət idarəçiliyi fakültəsində ingilis dilində təhsil alıram. Qarşıda hələ magistr təhsili də var. Siyasətə hər zaman marağım olub. Harada təhsil alsam da gələcəkdə öz ölkəmdə çalışacağam. Bakıya gəlməyimin məqsədi də atamın anım günündə iştirak etmək idi. Bakıya gələndə atamın çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatra getdim. Bir neçə tamaşaya baxmamışdım, onlara gedib baxdım. Teatrda Üzeyir Hacıbəyli həftəsi idi. “Məşədi İbad”, “Leyli və Məcnun” və s. tamaşalara baxdım. Teatrda atam haqqında danışıb onu yad etdilər”.

Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qızı Şölə Bağırova deyib.

O daha sonra əlavə edib: “Atam həmişə deyirdi ki, aktyor sənəti çox çətindir, kənardan baxan insana asan gələ bilər. Əslində atam məni həkim görmək istəyirdi. Siyasətə bağlı olduğumdan fikrimdən döndüm. Həkimlik və hüquq fakültələrini də qazanmışdım, amma mən siyasəti seçdim. Uşaq olanda aktrisa da olmaq istəyirdim. Lakin sonradan düşündüm ki, bu sənət sonsuzdur. Yəni, ömrünün axırına qədər öyrənməlisən, çalışmalısan. Aktyor sənəti ilə sən yerində saya bilməzsən. Məni bu qorxutmadı. Sadəcə düşündüm və ehtiyat etdim ki, atam kimi sənətkar ola bilmərəm. Həqiqətən də düz fikirləşmişəm”.

Ş.Bağırova söyləyib ki, ürəyində atasına deyə bilmədiyi çox söz qalıb: “Hər qız övladının atasına ehtiyacı olur. Mənim də bu gün atama çox ehtiyacım var. Sözsüz ki, anam heç vaxt mənə atasızlığı hiss etdirməyib. Atamdan sonra anamı arxamda özümə dağ kimi görmüşəm. O, həm təhsilimlə maraqlanıb, həm də bütün ehtiyaclarımı ödəyib. Hər səhər duranda anama deyirəm ki, Allah mənə elə şeylər nəsib etsin ki, sənin mənim üçün çəkdiyin əziyyətləri unutdurum, nə isə edə bilim. Yaxşı ki, anam, nənəm var. Amma atanın yeri tam başqadır. Onun üçün bir gözüm hər zaman arxada qalıb. Əlbəttə ki, elə sözlər olub ki, mən onu heç kimlə bölüşməmişəm, kimsəyə deməmişəm. O sözlərin ünvanı atam olub. Təəssüf ki, mən onu erkən itirdim. Atamı itirəndə hələ yeni-yeni dil açırdım. Mən bu gün problemlərimi, hansısa çətinliklərimi heç kimlə bölüşməyi sevmirəm. Şükür Allaha, heç bir problemim yoxdur, amma olsa belə, bunlardan heç kimin xəbəri olmaz. Həyatda nələrisə əldə etmək istəyirəm ki, atamın adını doğrulda bilim. Qismət. Biz çox şey istəyə bilərik, amma əsas nəticədir. Ona görə də bir çox şeyləri əldə etmədən öncə nələrisə söyləmək istəmirəm. Bunlar hamısı zamana bağlıdır”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…