• 12.10.2024 11:11

Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? – Vəkil danışdı

Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? – Vəkil danışdı

Xəbər verdiyimiz kimi, ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı baş tutan məhkəmədə yekun qərar verilib.

Məhkəmənin qərarı ilə Əhməd Əhmədov ömürlük ruhi xəstəxanada təkadamlıq kamerada qalacaq. Məhkəmə heyəti onun psixi pozuntusunu nəzərə alaraq, həbsxanaya göndərməyib və birbaşa müalicə müəssisəsində məcburi müalicəsi haqda qərar çıxarıb.

Hazırda cəmiyyəti maraqlandıran məqamlardan biri də  Əhməd Əhmədovun ailə mülkiyyətinin kimə qalacağı ilə bağlıdır. Faktiki olaraq, onun birinci dərəcəli ailə üzvlərindən heç biri həyatda deyil.

Mövzu ilə bağlı Musavat.com-a danışan vəkil Sadiq Əfəndiyev deyib ki, məhkəmənin yekun qərarı ilə Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi müəyyən edildiyindən Əhmədin digər 1-ci növbəli vərəsələrlə (baba və nənə ilə) birlikdə bərabər şəkildə mirasdan pay almaq hüququ var.

“Çünki mülki qanunvericiliyə görə şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün  hüquqi əsas vərəsə tərəfindən miras qoyana, yəni ölmüş şəxsə qarşı etdiyi cinayətin qəsdlə törədilməsidir.

Əgər cinayət qəsdlə törədilməmişdirsə ləyaqətsiz vərəsədən söhbət gedə bilməz. O zaman cinayət qəsdlə törədilmiş hesab olunur ki, şəxs cinayəti törədərkən öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bunları arzu edir.  Yəni o, gördüyü və dərk etdiyi nəticənin baş verməsinə şüurlu surətdə yol verir.  Anlaqsız bir şəxsin isə öz əməlinə bu cür daxili münasibət bəsləməsi mümkün deyil.  Bu baxımdan Əhmədin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi məhkəmə qaydasında sübuta yetirildiyindən, ləyaqətsiz vərəsəliklə bağlı mülki qanunvericlikdə nəzərdə tutulmuş normaların onun barəsində tətbiq edilməsi mümkün  deyil və onun digər birinci növbəli vərəsələrlə, yəni hazırda sağ olan baba və nənəsi ilə birlikdə mərhumların mirasından pay almaq hüququ vardır.

Bu zaman nəzərə alınmalıdır ki, Əhməd yalnız öz ata və anasına münasibətdə birinci növbəli vərəsədir, o, bacısına münasibətdə ikinci növbəli vərəsə hesab edilir. Birinci növbəli vərəsə olduğu halda, növbəti növbənin vərəsələri vərəsəliyə çağırılmır və vərəsəlikdə iştirak etmir. Ona görə də Əhmədin bacısının birinci növbəli vərəsəsi sayılan rəsmi nikahda olduğu həyat yoldaşı varsa, Əhmədin bacısından qalmış mirasdan pay almaq hüququ olmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Renat Dadaşov bu Avropa klubuna keçdi

Renat Dadaşov bu Avropa klubuna keçdi

Polşanın “Radomyak” komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yaylb. 25 yaşlı forvardla…
“Camaat niyə belə vəhşiləşib, bilmirəm…” – VİDEO

“Camaat niyə belə vəhşiləşib, bilmirəm…” – VİDEO

Rəqqasə Rəna Ağamuradovanın (Renka) ötən gün illər əvvəl qarlı havada lentə alınan görüntülərinə görə tənqid edilməsinə reaksiya bildirib. Axşam.az xəbər…
“Bu maşınları sürmək üçün bayağı mahnı oxuyacağam”

“Bu maşınları sürmək üçün bayağı mahnı oxuyacağam”

“Bayağı müğənnilər bəzi saytalara aylıq ödəniş edirlər ki, piar olunsunlar. Onları qınamıram, çünki dolanışıqları oradan çıxır”. Axşam.az xəbər verir ki,…
Əsgərin ölümü ilə bağlı cinayət işi başlandı

Əsgərin ölümü ilə bağlı cinayət işi başlandı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.…
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar – 26 min manat…

Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar –…

Bakıda süprgəçi qadının başına oyun açıblar. Musavat.com bildirir ki, Qlobal.net-ə bu barədə oxucu məktub göndərib. Məktubda deyilir: “Bu gün çox acınacaqlı…
“İstərdim ki, sabah Şuşaya səfər edim, lakin kəskin hava şəraiti var”

“İstərdim ki, sabah Şuşaya səfər edim, lakin kəskin hava…

“Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin bildiyiniz kimi, kəskin hava şəraiti var”. Proses.az xəbər verir ki, bu…
“Nikosayağı” ilə bağlı yeni XƏBƏR – İkinci dəfə…

“Nikosayağı” ilə bağlı yeni XƏBƏR – İkinci dəfə…

Ağır avtomobil qəzasından sonra gözdən itən bloger Nicat Şakirlinin (Nikosayağı) ailəsində xoş hadisə baş verib. Bu barədə sosial şəbəkələrdə iddialar…
Heydər Cəfərli bu quruma departament müdiri təyin olundu

Heydər Cəfərli bu quruma departament müdiri təyin olundu

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib. Proses.az xəbər verir ki, ADY-nin yeni yaradılmış Marketinq və tarif siyasəti…
Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun hərbi qulluqçusu Məcidov…
Pərvin dəbdəbəli villasını göstərdi

Pərvin dəbdəbəli villasını göstərdi

Aktrisa Pərvin Abıyeva yaşadığı dəbdəbəli villasını növbəti dəfə nümayiş edib. OLAY yazır ki, Pərvin malikanəsinin ikinci mərtəbəsinin eyvanından böyük həyətinin…
Mətləb Bağırova 12 il HƏBS

Mətləb Bağırova 12 il HƏBS

“SalamNews” informasiya agentliyi və “İnteraz”ın çoxsaylı cinayətlərdə ittiham olunan rəhbəri Mətləb Bağırova hökm oxunub. “Qafqazinfo”nun məlumatına görə, onun işinə Bakı…
Generalın 21 yaşlı oğlu vəfat etdi

Generalın 21 yaşlı oğlu vəfat etdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini general-mayor Orxan Qasımovun oğlu dünyasını dəyişib. Proses.az “Unikal”a istinadən xəbər verir ki, generalın övladı…
Sabah Bakıda 8 dərəcə şaxta olacaq

Sabah Bakıda 8 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Proses.az xəbər verir ki, bu…
ƏDV ilə bağlı qərar dəyişdi – YENİ QƏRAR

ƏDV ilə bağlı qərar dəyişdi – YENİ QƏRAR

Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş…
İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı

İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı

Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti açıqlanıb. “Qafqazinfo”nun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)…