• 12.10.2024 11:14

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

Kirayə ev bazarındakı vəziyyət hazırda çoxlarının diqqət mərkəzindədir. Əmlak qiymətlərinin artması və mənzil təminatındakı çatışmazlıqlar səbəbindən çox sayda insan kirayə evlərdə yaşamaq məcburiyyətində qalır. Xüsusilə, paytaxtda və digər böyük şəhərlərdə kirayə evlərin tapılması və uyğun qiymətlərin seçilməsi əsas problemlərdən birinə çevrilib.

Son vaxtlar daha bir nüans kirayəçiləri narahat edir. Belə ki, vətəndaşlar iddia edirlər ki, mənzildə kirayə qalan zaman ev sahibi ilə müqavilə bağlanmadıqda cərimə yazılır – ev sahibi 800 AZN, evdə qalan şəxslərin hər biri isə 50 AZN ödəməli olur. Bir qisim isə cərimənin kirayə müqaviləsi bağlanmadığına görə deyil, qeydiyyat məsələləri ilə bağlı tətbiq olunduğunu iddia edir.

Proses.az bildirir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Kamandar Nəsibov bildirib ki, ölkənin mülki qanunvericiliyinə əsasən müəyyən olunan vergilər ev sahibi tərəfindən ödənmədikdə cərimə tətbiq oluna bilər:

“Mülki Məcəlləyə əsasən, kirayə müqaviləsi yazılı formada bağlanılır. Kirayə müqaviləsi bağlayan vergi uçotuna alınmayan fiziki şəxs qeyri-sahibkarlıq fəaliyyəti həyata keçirir və 14% gəlir vergisi ödəyir. Ev sahibi tərəfindən sözügedən vergilər ödənilmədiyi təqdirdə, Vergi Məcəlləsinə əsasən, cərimə tətbiq oluna bilər.

Həmçinin, qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr, o cümlədən yaşayış sahələrinin kirayə müqaviləsi notariat qaydasında təsdiqlənməlidir”.

K.Nəsibov vurğulayıb ki, kirayəçi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən sənəd əldə etmədiyi halda idarə tərəfindən cərimələnə bilər.

“Əgər mənzil kirayəsi müqaviləsinin müddəti 11 aydan çoxdursa, onda həmin müqavilə dövlət qeydiyyatına alınmalıdır. Kirayəçinin qeydiyyatı olmadıqda Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməli, bununla bağlı müvafiq sənəd əldə etməlidir. Əks təqdirdə idarə tərəfindən qeydiyyatda olmadığı üçün cərimələnə bilər”, – deyə hüquqşünas izah edib.

Həmçinin, Kamandar Nəsibov kirayə müqaviləsi olmadıqda ev sahibinin kirayəçini cərimələmək kimi bir səlahiyyətinin olmadığını da nəzərə çatdırıb.

Qeyd edək ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə tənzimlənir.

Maddəyə görə:

563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir;

563.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə onlar beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilirlər.

Ancaq DİN Mətbuat xidməti idarəsinin şöbə rəisi Anar Qafarov bildirib ki, İXM-in 563-cü maddəsinin 2-ci bəndi evini kirayə verən şəxslərə tətbiq edilə bilməz.

DİGƏR XƏBƏRLƏR

Renat Dadaşov bu Avropa klubuna keçdi

Renat Dadaşov bu Avropa klubuna keçdi

Polşanın “Radomyak” komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yaylb. 25 yaşlı forvardla…
“Camaat niyə belə vəhşiləşib, bilmirəm…” – VİDEO

“Camaat niyə belə vəhşiləşib, bilmirəm…” – VİDEO

Rəqqasə Rəna Ağamuradovanın (Renka) ötən gün illər əvvəl qarlı havada lentə alınan görüntülərinə görə tənqid edilməsinə reaksiya bildirib. Axşam.az xəbər…
“Bu maşınları sürmək üçün bayağı mahnı oxuyacağam”

“Bu maşınları sürmək üçün bayağı mahnı oxuyacağam”

“Bayağı müğənnilər bəzi saytalara aylıq ödəniş edirlər ki, piar olunsunlar. Onları qınamıram, çünki dolanışıqları oradan çıxır”. Axşam.az xəbər verir ki,…
Əsgərin ölümü ilə bağlı cinayət işi başlandı

Əsgərin ölümü ilə bağlı cinayət işi başlandı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.…
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar – 26 min manat…

Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar –…

Bakıda süprgəçi qadının başına oyun açıblar. Musavat.com bildirir ki, Qlobal.net-ə bu barədə oxucu məktub göndərib. Məktubda deyilir: “Bu gün çox acınacaqlı…
“İstərdim ki, sabah Şuşaya səfər edim, lakin kəskin hava şəraiti var”

“İstərdim ki, sabah Şuşaya səfər edim, lakin kəskin hava…

“Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin bildiyiniz kimi, kəskin hava şəraiti var”. Proses.az xəbər verir ki, bu…
“Nikosayağı” ilə bağlı yeni XƏBƏR – İkinci dəfə…

“Nikosayağı” ilə bağlı yeni XƏBƏR – İkinci dəfə…

Ağır avtomobil qəzasından sonra gözdən itən bloger Nicat Şakirlinin (Nikosayağı) ailəsində xoş hadisə baş verib. Bu barədə sosial şəbəkələrdə iddialar…
Heydər Cəfərli bu quruma departament müdiri təyin olundu

Heydər Cəfərli bu quruma departament müdiri təyin olundu

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib. Proses.az xəbər verir ki, ADY-nin yeni yaradılmış Marketinq və tarif siyasəti…
Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun hərbi qulluqçusu Məcidov…
Pərvin dəbdəbəli villasını göstərdi

Pərvin dəbdəbəli villasını göstərdi

Aktrisa Pərvin Abıyeva yaşadığı dəbdəbəli villasını növbəti dəfə nümayiş edib. OLAY yazır ki, Pərvin malikanəsinin ikinci mərtəbəsinin eyvanından böyük həyətinin…
Mətləb Bağırova 12 il HƏBS

Mətləb Bağırova 12 il HƏBS

“SalamNews” informasiya agentliyi və “İnteraz”ın çoxsaylı cinayətlərdə ittiham olunan rəhbəri Mətləb Bağırova hökm oxunub. “Qafqazinfo”nun məlumatına görə, onun işinə Bakı…
Generalın 21 yaşlı oğlu vəfat etdi

Generalın 21 yaşlı oğlu vəfat etdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini general-mayor Orxan Qasımovun oğlu dünyasını dəyişib. Proses.az “Unikal”a istinadən xəbər verir ki, generalın övladı…
Sabah Bakıda 8 dərəcə şaxta olacaq

Sabah Bakıda 8 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Proses.az xəbər verir ki, bu…
ƏDV ilə bağlı qərar dəyişdi – YENİ QƏRAR

ƏDV ilə bağlı qərar dəyişdi – YENİ QƏRAR

Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş…
İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı

İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı

Fevralın 22-də intihara cəhd edən gənc şair Həsən Kürün vəziyyəti açıqlanıb. “Qafqazinfo”nun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)…