• 22.10.2024 14:10

Sistem dəfələrlə artıq yüklənib – Rəsmi açıqlama

Sistem dəfələrlə artıq yüklənib – Rəsmi açıqlama

Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (ADSEA) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə APA-ya açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

“Məlum olduğu kimi bir neçə gündür ki, ölkə ərazisində intentiv yağışlı hava şəraiti müşahidə edilir. Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər”, – Ceyhun Musaoğlu qeyd edib.

Onun sözlərinə görə, ADSEA-nın rəhbərliyi və əməkdaşları, xüsusilə rayonlar üzrə sukanal idarələrinin rəhbərləri, ümumilikdə bütün işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işləri icra edirlər.

“Yağıntıların normadan dəfələrlə artıq olması müəyyən fəsadlar yaratsa da, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaranmış problemlərin aradan qaldırılması və əhalinin üzləşdiyi yağışın səbəb olduğu fəsadların minimuma endirilməsi üçün nəzərədə tutulan bütün tədbirləri sistematik və operativ formada həyata keçirir”, – Ceyhun Musaoğlu vurğulayıb.

O əlavə edib ki, “Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.

“Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin”, – mətbuat katıibi bildirib.

Əlavə olaraq qeyd edək ki, sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Vasif Məhərrəmli psixoloqların qonorarının çoxluğundan danışdı

Vasif Məhərrəmli psixoloqların qonorarının çoxluğundan danışdı

Əməkdar artist Vasif Məhərrəmli psixoloq qəbulunda olan zaman verdiyi qonorardan danışıb. Axşam.az xəbər verir ki, müğənni “İncə səhər” proqramında başına…
Rus jurnalist oteldə ölü tapılıb

Rus jurnalist oteldə ölü tapılıb

Rusiyalı jurnalist İnessa Papernaya Daşkənddə oteldə ölüb. BAKU.WS xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlunat yayıb. Məlumata görə, jurnalist…
Tuneldə boğularaq ölənlərdən birinin FOTOSU

Tuneldə boğularaq ölənlərdən birinin FOTOSU

Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Həyatını itirən şəxslərdən 48 yaşlı Elnur Fazil…
Azərbaycanlı müğənni küçədə “salfet” SATDI: “İş-güc yoxdur” – VİDEO

Azərbaycanlı müğənni küçədə “salfet” SATDI: “İş-güc yoxdur” – VİDEO

“İş-güc yoxdur” Medianews.az bildirir ki, ARB TV -nin “Günə Bax” verlişində maraqlı anlar yaşanıb. Belə ki, verlişdə qonaq olan gənc…
Tuneldəki ölümlə bağlı araşdırma başladı

Tuneldəki ölümlə bağlı araşdırma başladı

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq paytaxtda tuneldə vətəndaşın boğularaq ölməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb. Proses.az xəbər verir ki,…
Piyadaların üzərinə su sıçradan sürücülərin NƏZƏRİNƏ

Piyadaların üzərinə su sıçradan sürücülərin NƏZƏRİNƏ

“Sulu və ya palçıqlı yolda piyadalara, binalara və ətrafdakı nəqliyyat vasitələrinə qəsdən su sıçradılması hər bir sürücüdə, İnzibati Xətalar Məcəlləsinin…
Hacı Şahinin yenilənən məzarının GÖRÜNTÜSÜ – FOTO

Hacı Şahinin yenilənən məzarının GÖRÜNTÜSÜ – FOTO

Hacı Şahin Həsənlinin məzarı yenilənib. Bu barədə teleaparıcı Hacı Nuran sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Hacı Şahinə sadə baş…
Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi

Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi

Xalq artisti Ağadadaş Ağayevin balta insidenti ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Proses.az oxu.az-a istinadən xəbər verir ki, balta insidenti…
Kəmaləddin Heydərov su basmış ərazilərə gəldi – FOTO

Kəmaləddin Heydərov su basmış ərazilərə gəldi – FOTO

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda yağıntılarla bağlı su basmış ərazilərə gedib. Bu barədə Proses.az-a nazirlikdən məlumat verilib. Bildirilib…
Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin barəsində olan hökmdən apellyasiya…
Meyxanaçı və 2 qadın faciəvi şəkildə öldü – FOTOlar

Meyxanaçı və 2 qadın faciəvi şəkildə öldü – FOTOlar

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib. Medianews.az qafqazinfo.az-a istinadən xəbər verir ki,…
Azərbaycanda bunu edən şəxslər 15 il müddətində həbs oluna bilərlər – QƏRAR

Azərbaycanda bunu edən şəxslər 15 il müddətində həbs oluna…

Azərbaycanda ekosidə görə cinayət məsuliyyəti tətbiq ediləcək. Proses.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün…
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb

Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. İdman.biz xəbər verir ki,…
“Sabunçu keçidi”ndə iki nəfər boğularaq ölüb

“Sabunçu keçidi”ndə iki nəfər boğularaq ölüb

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə…
Eldar Əzizov hadisə yerində: “Ola bilsin, bəzi nöqsanlara yol verilib” – VİDEO

Eldar Əzizov hadisə yerində: “Ola bilsin, bəzi nöqsanlara yol…

Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub. Proses.az APA-ya istinadən xəbər verir ki, bu barədə…