- 23.10.2024 17:36
Aktrisa öpüşmə səhnəsindən danışdı – VİDEO
“12 seriyada 15 saniyəlik səhnəni şişirdilər”.
Proses.az xəbər verir ki, ARB TV-nin “Özəl” verlişində qonaq olan aktrisa Şəhanə Rzayeva “Əqrəb mövsümü” serialında olan öpüşmə səhnəsindən danışdı:
“Mən qalmaqal olsun deyə, serialda cəkilmədim. 3 xanım obrazı var idi ki, onların arasından məni seçdilər. Azərbaycanın mentalitet düşüncəsində yaxınlıq, öpüş səhnələri olmaz. Amma xarici filmlərdə, seriallarda efirdə gorür və serial bitən kimi “YouTube”da gözləyirlər ki, o səhnəyə bir də baxsınlar.
Bizi isə daşqalaq edirlər. Təəssüf elədim ki, əməkdar artistlərimizdən bəziləri o səhnə haqqında pis rəylər yazdılar, hətta ilk dəfə o səhnəyə cəkilən xanım aktrisamız belə. O serial ona gorə sevildi ki, hər şey açıq aydın və səmimi idi”.