• 07.11.2024 13:28

Gündəmi zəbt edən İDDİA: Saxta plastik cərrahlar, siyahıda Xatirə İslamın bacısı da var – FOTO

Gündəmi zəbt edən İDDİA: Saxta plastik cərrahlar, siyahıda Xatirə İslamın bacısı da var – FOTO

Azərbaycanda tez-tez estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı şikayətlərə rast gəlinir.

Hələ bu ilin mayında Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti monitorinq etmişdi.

Araşdırmalar zamanı estetik cərrahiyyələri icra edən, kosmetoloji xidmətlər göstərən ümumlikdə 9 klinika və kosmetoloji mərkəzdə pozuntular aşkarlanmışdı. İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanmışdı və bundan başqa, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq qanun pozuntularından çəkindirmək məqsədi 8 halda vətəndaşlar və vəzifəli şəxslərə xəbərdarlıq edilib, habelə, həmin Qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilmişdi.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bu məsələni yenidən gündəmə gətirib. O, öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları saxtakarlıqda ittiham edib. Q. Ataşova, həmçinin sözügedən cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqlarını qeyd edib.

Q.Ataşovanın saxtakarlıqda ittiham etdiyi plastik cərrahlar arasında müğənni Xatirə İslamın bacısı Günel Əzizova da var. Jurnalistin sözlərinə görə, diplom olmadan insanlara inyeksiyalar edən, dodaq və bədən genişləndirmə işləri ilə məşğul olan şəxslər, hətta bəzi yerlərdə xarici ölkələrdə Türkiyə, Dağıstan, Rusiyada ucuz diplom əldə edib, Azərbaycana qayıdaraq özlərini peşəkar həkim kimi təqdim edirlər.

Məsələ ilə bağlı Günel Əzizovanın köməkçisi ilə əlaqə saxlasaq da, o heç bir açıqlama vermək istəmədi.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə Milli.Az-ın sorğusuna cavab olara bildirildi ki, plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə Analitik Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2023-cü il tarixindən 23 fevral 2024-cü il tarixinədək araşdırma və nəzarət tədbirləri görülüb. Eyni zamanda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də müvafiq araşdırma həyata keçirilib.

Siyahıda adları göstərilən şəxslərin qeyd olunan müəssisələrdə fəaliyyətlərinin araşdırılması məqsədilə ümumilikdə 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb, aidiyyəti üzrə şəxslərin fəaliyyəti hər bir müəssisədə ayrıca araşdırılaraq müvafiq tədbirlər görülüb. Yekun olaraq, bir neçə müəssisədə adları qeyd olunan şəxslər müəyyən olunmayan, bəzi hallarda əmək müqavilələrinə artıq xitam verildiyi müəyyən edilən, 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib və ümumilikdə bütün müəssisə rəhbərliklərinə bu istiqamətdə xəbərdarlıq olunub. Mərkəzin səlahiyyətlərinə aid olmayan müəssisələrdə və məlumat natamam olan (və ya qeyri-müəyyən olan) hallarda araşdırma aparılmayıb. Məsələ daimi nəzarət altındadır. Yeni faktlar olduğu halda nəzarət tədbirləri görüləcək.

“Vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları mənfi hallarla əlaqəli şikayətləri Analitik Ekspertiza Mərkəzinin “qaynar xətt” (596 05 20) nömrəsinə, www.pharma.az saytının “Müraciət” bölməsinə və ya aem@pharma.az elektron ünvanına bildirsinlər”, – deyə məlumatda qeyd olunub.

Milli.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, jurnalist Qənirə Ataşaovanın da qeyd etdiyi şəxslərin bir çoxu barəsində əvvəlki dövrlərdə araşdırma aparılıb və qanunauyğun tədbirlər görülüb. Hazırda da məsələ aidiyyatı qurumlar tərəfindən nəzarətdə saxlanılır. Əlavə məlumat olarsa ictimaiyyətə bildiriləcək.

DİGƏR XƏBƏRLƏR

“TRT Belgeseldən “Qol atan cəbhəyə: “Qarabağ” adlı film – Video

“TRT Belgeseldən “Qol atan cəbhəyə: “Qarabağ” adlı film –…

Türkiyənin “TRT Belgesel” kanalı “Qarabağ” haqqında sənədli film hazırlayıb. “Qafqazinfo” xəbər verir ki bu barədə kanalın feysbuk hesabında paylaşım olunub.…
Bakı Olimpiya Stadionunda ərazi üzrə görülən işlər açıqlanıb

Bakı Olimpiya Stadionunda ərazi üzrə görülən işlər açıqlanıb

BMT-nin istifadə edəcəyi ərazi tamamilə hazırdır. Sadəcə ölkə pavilyonlarında materialları özləri gətirdiyi üçün hazırlıq işləri 92 faiz yekunlaşıb. Milli.Az xəbər…
Putin COP29-a gəlməsi məsələsinə aydınlıq gətirdi

Putin COP29-a gəlməsi məsələsinə aydınlıq gətirdi

Bakıda keçiriləcək BMT-nin iqlim konfransında Rusiyanı baş nazir Mixail Mişustin təmsil edəcək. Milli.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir…
“Biz onlara heç bir pislik etməmişdik, çörək vermişdik”

“Biz onlara heç bir pislik etməmişdik, çörək vermişdik”

“Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana…
Sabah leysan yağacaq

Sabah leysan yağacaq

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Proses.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı…
COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq

COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər…
Mehriban Əliyeva Zəfər parkı və Dövlət Bayrağı Meydanı ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Zəfər parkı və Dövlət Bayrağı Meydanı ilə…

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəfər parkı və Dövlət Bayrağı Meydanı ilə bağlı paylaşım edib. Proses.az paylaşımları təqdim edir:
Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

2024-cü il oktyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun…
Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik – Video

Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik – Video

Türkiyənin Kırklareli bölgəsində yaşayan fermer Azərbaycanın Zəfər Gününü növbəti dəfə özünəməxsus şəkildə təbrik edib. “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir…
Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Proses.az xəbər verir ki, məktubda deyilir: “Cənab Prezident, Əziz…
Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak…
Zəfər Parkı açılışa hazırlaşır – VİDEO

Zəfər Parkı açılışa hazırlaşır – VİDEO

Zəfər Parkı açılışa hazırlaşır  Musavat.com xəbər verir ki, 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur. Parkın…
Prezident Zəfər Günü ilə bağlı – Paylaşım etdi

Prezident Zəfər Günü ilə bağlı – Paylaşım etdi

Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Proses.az paylaşımı təqdim edir:
General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir?

General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir?

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, Sərəncama əsasən, nazirliyin aşağıdakı hərbi…
Estetik əməliyyatlar edən Natəvan Əmirova cərrah deyilmiş

Estetik əməliyyatlar edən Natəvan Əmirova cərrah deyilmiş

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bir neçə gün əvvəl rüşvət verərək estetik cərrah olduqları iddia olunan həkimlərlə bağlı məlumat yayıb.  “Qafqazinfo” xəbər…