- 18.11.2024 15:11
Narin cinayətində yeni DETAL: Qanlı əlcək kimindir?
Diyarbəkirdə itkin düşdükdən 19 gün sonra cansız bədəni çay yatağında tapılan Narin Güran cinayəti ilə bağlı məhkəmə prosesi davam edərkən yeni bir inkişaf baş verib.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, Narinin öldürüldüyü güman edilən tövlənin qarşısında tapılan qanlı əlcəyin kimə aid olduğu maraq doğurur.
Məhkəmə heyəti, təqsirləndirilən şəxslərin qaçma, gizlənmə və yaxalanmama ehtimalını nəzərə alaraq onların həbsdə qalmasına və məhkəmənin 26 dekabr tarixinə təxirə salınmasına qərar verib.
Əldə edilən görüntüdə isə tövlənin olduğu yerdə qanlı bir əlcək tapılıb.