- 18.11.2024 16:40
Nazilə Səfərli: “Siz itin, pişiyin, donuzun ətindən hazırlanmış…”
Nazilə Səfərlinin qarğıdalı saçağını yeməsi başına iş açıb.
Yenisabah.az xəbər verir ki, buna görə qınanan şairə “Instagram” səhifəsində videoaçıqlama yayıb.
O qeyd edib: “Qarğıdalı saçağını yeməyim çoxlarının təəccübünə səbəb olub. Siz itin, pişiyin, atın, eşşəyin, donuzun, toyuğun əti və sümüyündən hazırlanmış kolbasa və sosis yeyəndə mən sizə bir söz deyirəm?! Çinlilərə baxıb, gördüm ki, onlar yeyirlər. Mən də dadına baxdım, xoşuma gəldi. Bundan sonra qarğıdalını, noxudu, buğdanı da çiy yeyəcəyəm. Ürəyim belə istəyir. Mən yetim dağda-daşda yaşayan insanam. Məndən nə istəyirsiniz?!”