• 22.11.2024 15:36

İlaira Katastini: Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər – MÜSAHİBƏ VİDEO

İlaira Katastini: Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər – MÜSAHİBƏ VİDEO

İtaliyanın “MAIRE” Fondu enerji keçidi ilə bağlı məlumatlılıq səviyyəsini müəyyən etmək üçün Azərbaycanda araşdırma aparıb. Keçirilən sorğularda iki min respondent iştirak edib. Fondun baş direktoru araşdırma ilə bağlı İlaira Katastini AZƏRTAC-ın suallarını cavablandırıb.

– Bakıda keçirilən COP29-da hansı məqsədlə iştirak edirsiniz?

– Mən keçən il apardığımız araşdırma ilə bağlı COP29 çərçivəsində təqdimat keçirmək üçün Bakıdayam. Enerji keçidi ilə bağlı səriştə və bacarıqların yaradılmasının əhəmiyyəti və təcili olması barədə ölkələrin (onların sayı ümumilikdə on ikidir) məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə Azərbaycanda və Qazaxıstanda olmuşam. Keçən il biz on ölkə ilə bağlı araşdırma aparmağa başladıq. Bunlar İtaliya, Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, Türkiyə, Əlcəzair və Çili idi. Bu il isə Azərbaycanla və Qazaxıstanla bağlı araşdırma apardıq və çox maraqlı məqamlar üzə çıxdı.

-Azərbaycanla bağlı araşdırmaların nəticələri barədə nə deyə bilərsiniz?

-Araşdırmalar göstərdi ki, Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər. Müsahibə götürdüyümüz respondentlərinin yarıdan çoxu enerji keçidinin prioritet olduğuna inandıqlarını söyləyib.

-Sizcə nə üçün İtaliya, Böyük Britaniya, ABŞ və Çin ilə müqayisədə Azərbaycanda və Qazaxıstanda daha çox insan enerji keçidini iqlim dəyişmələri ilə mübarizədə vacib hesab edir?

-Biz bu araşdırmanın nəticəsi olaraq gördük ki, bu ölkələrdə yaşayan insanlar enerji keçidinin təkcə ekoloji faydaları deyil, iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması və atmosferə istixana qazı emissiyalarının azaldılması üçün enerji keçidinin mütləq olması, o cümlədən sosial faydaları barədə məlumatlıdırlar.

Məsələn, yeni iş yerlərinin yaradılması, neft-qaz sektorunda və qazıntı yanacaq sektorunda çalışan insanların ixtisasının artırılması bacarıq və səriştə ehtiyacını ödəmək üçün onların təcrübələrini genişləndirə bilər. Bunlar da öz növbəsində qazıntı yanacaqdan bərpaolunan enerjiyə, xətti iqtisadiyyatdan dairəvi iqtisadiyyata və klassik sənaye sahələrindən dayanıqlı sənaye sahələrinə keçid üçün tətbiq oluna bilər. Bu keçid tədricən olmalıdır və onun faydaları da tədricən üzə çıxacaq. Bu araşdırma həm də onu göstərdi ki, müsahibə götürdüyümüz ali təhsili şəxslər, yəni ictimai fikir liderləri və qərar qəbul edən şəxslər bu faydalar barədə məlumatlıdırlar.

– Araşdırmanızı digər ölkələrə də genişləndirməyi planlaşdırırsınızmı?

-Bəli, “MAİRE” qrupunun təsis etdiyi “Fondazione MAİRE” fondu tərəfindən hazırlanmış bu araşdırmanın növbəti illərdə daha da inkişaf etdirilməsinin zəruri olduğunu düşünürük. Bu araşdırmada ölkələrin enerji keçidini dərk etməsi və bu keçidin tələb etdiyi bacarıq və səriştələrin yaradılmasının əhəmiyyəti ilə bağlı məlumatlı olması barədə unikal qlobal perspektiv təqdim olunur.

Bu çərçivə COP29 və gələcək COP tədbirləri kimi konfranslarda strategiyaların formalaşdırılması üçün dəyərli ola bilər ki, bu da onu qlobal miqyasda enerji keçidi ilə bağlı siyasətlərinə yön vermək üçün vacib alətə çevirir.

– Sizcə, enerji keçidi hər bir ölkədə mümkündürmü?

– Biz qəti şəkildə inanırıq ki, bu, nəinki mümkün, həm də hər bir ölkə üçün vacibdir. Azərbaycanda və Qazaxıstanda aparılan builki araşdırmalar göstərdi ki, bu ölkələrdə enerji keçidi ənənəvi iqtisadiyyatla bərabər tədricən inkişaf etdirilə və onu daha dayanıqlı edə bilər.

Enerji keçidi yeni iş yerləri yarada, emissiyaları azalda və iqlim dəyişmələrinin təsirlərini yumşalda bilər. İnsanlar buna hazırdırlar – onlar dərk edirlər ki, bu, biznes imkanları, iş yerləri və rifah yaradır. Əsas odur ki, enerji keçidi günəş panelləri kimi bərpaolunan enerji mənbələri ilə məhdudlaşmır. Bura, həmçinin sənaye prosesləri, məhsul dizaynı və iqtisadi modellərin yenidən nəzərdən keçirilməsi daxildir. Müxtəlif növ bacarıqlar və peşələr tələb olunur ki, hər bir ölkə, o cümlədən Azərbaycan bu mühüm səriştələrə töhfə verə bilər.

– Sizcə, enerji keçidinin əsas komponentləri hansılardır?

– Biz bunu COP29 çərçivəsində geniş şəkildə müzakirə etdik. Birinci komponent maliyyədir. İkincisi, siyasi iradədir. Üçüncüsü, enerji keçidi üçün texnologiyaların olmasıdır. “MAIRE” olaraq biz dünya üzrə sənayelərə emissiyaları azaltmağa imkan verən texnologiyalar portfelinin inkişafına fokuslanan xidmət göstəririk.

Ancaq çox vacib olan dördüncü komponent də var ki, bu da səriştə və bacarıqlardır. Bunsuz tələb olunan müddət ərzində iqlim məqsədlərimizə çatmaq üçün digər üç komponentdən səmərəli istifadə edilə bilməz.

– “MAIRE” Fondu yeni mütəxəssislərə təlim keçirilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq edəcəkmi?

– Əlbəttə, bəli. Biz artıq İtaliyada və Avropada etdiyimiz kimi, təlimçilər üçün təlimlər təşkil etmək və təhsil proqramlarını işləyib hazırlamaq üçün Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıyıq.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…