- 25.12.2024 12:37
SON DƏQİQƏ: İlham Əliyevdən qəza ilə bağlı XÜSUSİ TAPŞIRIQ
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bir sıra dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Qazaxstana yola düşüblər.
Proses.az-ın məlumatına görə, hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.