- 02.01.2025 18:12
Polis əməliyyat keçirdi – 30 kiloqrama yaxın narkotik aşkarlandı
Polis əməkdaşları ötən gün ölkə ərazisində 30 kiloqrama yaxın narkotik aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 1-də ümumi çəkisi 28,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.